Страницы

18.06.2016

Qeyri-adi işgüzar ünsiyyət üsulları

Çox vaxt ətrafımızdakı insanlarla hansı şəkildə ünsiyyət qurduğumuza, bu zaman özümüzü necə apardığımıza ümumiyyətlə nəzər yetirmirik. İşgüzar ünsiyyəti düzgün şəkildəq urmaq və insanlarla lazımi ünsiyyəti qorumaq üçün bir sıra işgüzar üsulların mövcud olduğunuzu bilirdinizmi? Cavabınız xeyrdirsə, aşağıda bu üsullarla tanış ola bilərsiniz:

✓ Əgər bütün gününüz müştərilər ilə işləməkdən ibarətdirsə və bəzən onların özündən razı və kobud hərəkətlərindən təngə gəlmisinizsə özünüzdən arxa tərəfdə, müştərinin sizinlə söhbət edərkən özünü görə biləcəyi bir yerdə güzgü yerləşdirin. Bundan sonra müştərilərin özlərini artıq başqa cür apardıqlarının şahidi olacaqsınız. Axı heç kəs özünü kobud və əsəbi görmək istəməz!
✓İşgüzar görüş zamanı sizə qarşı kəskin tənqid etmək ehtimalı olan insanın yanında əyləşməyə cəhd edin. Bu halda o özünü daha sakit şəkildə aparacaq, sizdən uzaq məsafədə aqressiv apardığı kimi deyil.
✓Mübahisə zamanı nə vacibdir? – Vəziyyət. Vəziyyəti belə desək, tutmağı bacardıqdan sonra artıq heç nə deməyin. Bu sizin xeyrinizə olmayacaq. Rəqibinizə sizin sözlərinizi düşünmək və cavab vermək üçün şans verin.
✓Mübahisəli vəziyyətlərdə heç vaxt təxribata uymayın və sakitliyinizi qoruyun. Yadda saxlayın, bu zaman irəlidə olan siz olacaqsınız və rəqibiniz sizin qaydalarınıza görə oynamağa məcbur olacaq.
✓Gələcək əməkdaşınız ilə ilkin tanışlıq zamanı göz təması yaradaraq gülümsəməyə çalışın. Bu aranızda simpatiya yaradacaq və özünüzə həmsöhbət qazanmış olacaqsınız.

banker.az

Комментариев нет:

Отправить комментарий