Страницы

18.06.2016

Punktuallıq və dürüstlük arasında əlaqə

“Mənim fikrimcə, təyin edilmiş vaxtda görüşə gələ bilməyən, planlaşdırılmış tapşırığı yerinə yetirə bilməyən və yaxud cədvələ riayət edə bilməyən şəxsə digər məsələlərdə də inanmaq lazım deyil.
İnsan nizamsızlığının yaranmasına bir çox səbəb təsir edə bilər. Lakin qeyri-punktuallıq əsas simptomlardan biridir. Punktuallıqla digər insanın vaxtına, fikrinə, mülkünə, hüququna, razılığa hörmət arasında müəyyən əlaqə mövcuddur.
Məhz bu kriteriyalar əsasında həmin insanla razılığa gəlmək və danışıqlar aparmaq barədə son qərar verirəm. Lakin buna baxmayaraq, bəzən bu qaydalar çərçivəsindən kənara çıxıram və hər dəfə çətin vəziyyət ilə üzləşməli oluram.
Sizə belə bir nümunə gətirim: Bir şəxs mənimlə biznesə başlamaq istəyirdi və biz hava limanında görüşməyə qərar verdik. Burada mənim onunla söhbət etmək üçün cəmi 30 dəqiqə vaxtım var idi, çünki digər təyyarəyə çatmalı idim. Onunla faksla əlaqə yaradaraq bildirdim ki, onunla təyyarədən yerə enən kimi öz terminalımda görüşəcəm və biz söhbət etmək üçün biznes-bara yollanacağıq.
Təyyarədən endim, lakin həmin şəxs orada yox idi. 10 dəqiqə gözlədikdən sonra o mənə mesaj yazaraq bildirdi ki, o məni əsas terminalda gözləyir. Çünki hava limanına gec gəlib. Mən tramvayla 10 dəqiqə əsas terminala getməli oldum. Bu zaman söhbətimizi daha bir 10 dəqiqə azaltmalı idim, çünki öz təyyarəmə çatmalı idim. Bütün bu baş ağrısını özünü lazımı vaxtda lazımi yerə gəlməyə məcbur edə bilməyən bir şəxslə görüşəcəkdim.
Əgər o belə elementar tapşırığın öhdəsindən gələ bilmirsə, onun biznesdə həyati əhəmiyyətli məsələlərin öhdəsindən gələcəyinə ümid etməyə dəyərmi?! Lakin mən öz qaydalarımı pozaraq onunla işləməyə razılaşdım. Təbii ki, bu dəhşətli qərar idi. O yalan danışır, fırıldaqlıq edir, hər şeyi unudur, səhv salır və heç nə başa düşmürdü. O mənim zamanımın böyük bir hissəsini oğurladı və ondan xilas olmaq mənə bir neçə min dollara başa gəldi. Bu mənim həyatımda yaşadığım ilk belə vəziyyət deyildi. Və çox güman ki, sonuncu da deyil. Lakin sizə bir vacib məsləhət verim: PUNKTUAL OLMAYAN İNSANLARA ETİBAR ETMƏK OLMAZ!”

Den Kennedi, biznes sahəsində təşviqatçı və açıqsözlü 7 bestsellerin müəllifi. 
banker.az

Комментариев нет:

Отправить комментарий