Страницы

23.06.2016

Səfər Mehdiyev ingiliscə bilməyən nehrəmli generallara “yan baxır”

Qafqaz Xəbər Agentliyi olaraq ötən sayımızda dərc etdiyimiz  “İki qurumun “birgə naziri” Səfər Mehdiyev” başlıqlı yazıda Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini Səfər Mehdiyevin pərdəarxası əməllərindən bəhs etmişdik. Qısa xatırlatma üçün qeyd edək ki, əmək fəaliyyətinə “kalxoz”dan başlayan Səfər Mehdiyev uzun müddətdir ki, DGK-də kadr məsələlərini həll edir, büdcədən kənar maliyyə məsələlərinə baxır, bir sözlə komitədə “katyol” onun nəzarətindədir. Hətta dolaşan qeyri-rəsmi xəbərlərə görə, Səfər Mehdiyev “kassa”ya bir milyarddan çox pul atıb.
Bütün bunlar azmış kimi Səfər Mehdiyevin könlündən keçən Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsinin birləşməsi olan yeni quruma rəhbər təyin olunmaqdır.
Bu gün redaksiyamıza Səfər Mehdiyevlə bağlı maraqlı məlumat daxil olub. Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə, Səfər Mehdiyev özünü elitar təbəqəyə aid etdiyi üçün öz kəndlilərini bəyənmir, onlara yuxarıdan aşağı baxır.
Yaxın ətrafının dediyinə görə, Səfər Mehdiyev əslən Nehrəmdən olan generalları  rus və ingilis dilini bilmədikləri üçün qınayır. Hətta deyir ki, iki dili mükəmməl bildiyim üçün  yeni qurumun rəhbəri mən olmalıyam. Mehdiyev hətta belə bir misal da çəkir: Əgər ingiliscə bilməyən hansısa nehrəmli generalı nazir təyin etsələr, sabah beynəlxalq  təşkilatlardan gələn  nümayəndələrlə hansı dildə danışacaq? Onun fikrincə, düzdür  Aydın Əliyev də ingiliscə mükəmməl bilir, amma onun zamanı keçib.
Səfər Mehdiyev öz gələcək  “kadrolarını” da əvvəlcədən hazırlayıb.  Belə ki, öz bacanaqlarına da məsləhət görüb ki, hər iki dili yaxşı öyrənsinlər.
Səfər Mehdiyev uzun illərdir ki, Hindistandan gətirilən camış ətinin monopoliyasını bacanaqlarına həvalə edib. Təsəvvür edirsiniz, min tonlarla camış ətini ucuz  qiymətə ölkəmizə idxal edən bacanaqlar hansı məbləğə sahib olublar? Bacanaqlar ölkəmizdəki kolbasa istehsalını öz  bizneslərinə daxil ediblər. Ölkəmizə  gətirilən bahalı VİSKİ biznesi də uzun illər Mehdiyevin bacanaqlarının nəzarətində olub.  Son bir neçə  ayda əllərindən alınıb.
İki dil bilməyi ilə öyünən Səfər Mehdiyev düşünmür ki, bir gün görüşdüyü  beynəlxalq təşkilatların nümayəndələri ondan soruşacaqlar ki, bütün sivil dünya monopoliyaya qarşı mübarizə apardığı bir zamanda sən Azərbaycanda  “bacanaqlar monopoliyası” yaratmısan. Əlbəttə, bu gün olmasa da, belə bir gün çox da uzaq da deyil…
İnsaf naminə qeyd edək ki, Aydın Əliyev DGK-nin sədri olsa da  onun qohumlarının adı monopoliya məsələsində hallanmır.
Araşdırmamız davam edir. Bizi izləyin.

qafqaznews.az

Комментариев нет:

Отправить комментарий