Страницы

21.06.2016

Sabiq məmurun oğlu vəhhabilərə üç milyon verib?

Nəqliyyat Nazirliyinin sabiq məmuru Çingiz Baxşıyev mətbuatın gündəminə evindən 50 kiloqram qızıl oğurlanan məmur kimi gəldi. Məlum oldu ki, sabiq müşavir Rövşən Əhmədov adlı birini evindən 50 kiloqram qızıl oğurlamaqda suçlayıb, ondan hüquq-mühafizə orqanlarına şikayət yazıb.
Bundan sonra Ç.Baxşıyevin gizli və şübhəli biznesi, əlaqələri haqda ciddi araşdırmaların başlanmasına yol açan məlumatlar ortaya çıxdı. Redaksiyamıza Ç.Baxşıyevin ölkədən kənara çıxararaq Avropa dövlətlərindən birində biznesə yatırdığı milyonlar haqda ilginc məlumatlar daxil olub.
Qaynağımız bildirib ki, 2015-ci ilin əvvəlində Çingiz Baxşıyev ölkədən 7 milyon avro çıxararaq Avstriyanın paytaxtı Vyana şəhərində böyük bir mağaza alıb. Brend malların satışı ilə məşğul olan mağazanın idarəediciləri Ç.Baxşıyevin oğlu Nəriman Baxşıyev və kürəkəni Ayaz İbrahimovdur.
Qaynağımız bildirir ki, mağaza işə başlayandan bir neçə ay sonra vəhhabi olan Ayaz İbrahimov mağazanın 3 aylıq dövriyyəsini götürərək təriqətinin ehtiyacları üçün xərcləyib. Bundan sonra mağaza iflas olaraq bağlanıb.
Vəziyyət haqda Ç.Baxşıyevə məlumat verən ailə üzvləri mağazanın yenidən fəaliyyətə başlaması üçün əlavə 3 milyon avro tələb olunduğunu bildiriblər. Bundan sonra müşavir qızı vasitəsilə 3 milyon avronu kürəkəninə verib və mağaza yenidən açılıb.
Ç.Baxşıyevin bunca sərvətinin qaynağı haqda suallara cavab axtararkən çox maraqlı faktlar üzə çıxdı.
Öyrəndik ki, Ç.Baxşıyev “Avtonəqliyyatservis” Departamentinin rəisi olarkən Nəqliyyat Nazirliyinin 3 saylı avtobus parkının arxivi yanıb. Bundan sonra parkın 10 avtobusu satılaraq özəlləşdirilib.
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəhbəri olarkən də Ç.Baxşıyev özünü daha çox pul qazanmağa meylli şəxs kimi tanıdıb. Belə iddia var ki, Nəqliyyat Nazirliyi Quba Regional Şöbəsinin mərhum rəisi Zakir adlı şəxsdən 200 min manat alıb. Onu Bakıya “yağlı” vəzifəyə gətirəcəyinə vəd verib. Zakir vəzifəyə təyin olunmadan rəhmətə gedib. Bu gün də onun oğlu Bəxtiyarın Ç.Baxşıyevdən atasından aldığı pulu geri tələb etdiyi bildirilir. Taleh adlı şəxsdən isə 70 min manat alınmaqla onu DANX-yə baş məsləhətçi vəzifəsinə təyin etdirib.
3 aydan sonra Talehi şöbə rəisi keçirəcəyini vəd edib. 6 ay sonra Taleh təyinatın baş tutmayacağını anlayıb, pulu geri istəyib. Kadrların idarəsinin rəisi İmran Talehi dövlət qulluqçusu statusu vermədən işdən çıxarıb. Bu gün də pulunu vermir. Hazırda iş məhkəmədədir. İlyas adlı şəxsdən 100 min manat alaraq Nəqliyyat Nazirliyi Texniki Müayinə Şöbəsinin rəisi vəzifəsinə işə götürüb. Sonradan isə İlyası Lisenziya və Fərqlənmə Nişanlarının rəsmiləşdirilməsi xidmətinin tabeçiliyinə işə göndərib.
Lakin İlyas aşağı vəzifəyə keçməyə razılaşmayıb və pulunu geri tələb edib. Ç.Baxşıyev İlyası kadrlar şöbəsinin rəisi Vilayət Əliyevin yanına göndərib. Deyib ki, “get, pulunu ondan al”. Bundan sonra məsələ Nəqliyyat Nazirliyi səviyyəsinə qalxıb, Çingiz Baxşıyevə töhmət verilib, Vilayət Əliyev və İlyas işdən azad olunub. İlyasın 80 min manatı qaytarılıb.
Çingiz Baxşıyev Anar Abbasovu Ekspedisiya Xidmətinə rəis təyin edib. Faktiki isə Ekspedisiya Xidmətinin heç bir fəaliyyəti olmayıb. Anar Abbasov öz vəsaiti hesabına texnikalar alıb, kadrlar yığıb. Xidmət fəaliyyətə başladıqdan sonra A.Abbasov Çingiz Baxşıyevə ayda 700-800 min manat verib. 2 ilə xidmət formalaşıb stabil gəlir gətirməyə başlayandan sonra A.Abbasov və onun kadrları işdən çıxarılıb. İşçilərə də deyilib ki, xidmətə qoyduğunuz vəsaiti A.Abbasovdan tələb edin.
Qaynağımız deyir ki, Ç.Baxşıyev Anar Abbasovun nüfuzundan və işi bilməyindən təşvişə düşüb. Düşünüb ki, özünün tutduğu posta – “Avtonəliyyatservis” Departamentinin rəisi vəzifəsinə təyin oluna bilər. Buna görə də Anar Abbasovun postuna Eynur Məmmədovu təyin edib. Anar Abbasov qanunsuz olaraq işdən çıxarılması ilə bağlı bir çox ünvanlara müraciət edib. Lakin Ç.Baxşıyev onun müraciətlərinin qarşısını alıb. 

musavat.com

Комментариев нет:

Отправить комментарий