Страницы

21.06.2016

Sovet ordusu bərpa edilir

“21-22 iyunda MDB İcra Komitəsinin ekspertlər qrupu Minsk şəhərində toplantı keçirəcək. Toplantıda hərbi məqsədli peyk xəbərləşmə sistemlərinin istifadə və inkişaf etdirilməsi ilə əlaqədar saziş layihəsi hazırlanacaq”.
Strateq.az xəbər verir ki, bu məlumatı MDB İcra Komitəsinin mətbuat xidməti yayıb.
Məlumatda deyilir: "Peyk xəbərləşmə sistemin yaradılması məqsədilə Rusiya Federasiyası Müdafiə Nazirliyi MDB Müdafiə nazirliklərinə aid rabitə sisteminin texniki xüsusiyyətlərini formalaşdırmağa və onu milli şöbələrin tələblərinə uyğunlaşdırmağa kömək edəcək”.
Sənəddə yaradılması nəzərdə tutulan yeni sistem üçün tələb olunan araşdırma və tədqiqatların MDB ölkələrinə aid elm və sənaye mərkəzlərində aparılacağı da qeyd edilir. Bu fəaliyyətlərin əlaqələndirilməsinə isə MDB üzvü ölkələrin Müdafiə Nazirləri Şurası nəzarət edəcək və mütəxəssislərin hazırladığı layihələr MDB Hökumət Başçıları Şurasına təqdim olunacaq.
Qeyd edək ki, MDB məkanında ordunun vahid xəbərləşmə sisteminə keçməsi Sovet ordusunun yenidən yaradılması düşüncəsini ağla gətirir. Sovet hakimiyyətinin ilk illərində də əslində buna bənzər silahlı qüvvələr sistemi yaradılmış, hər “respublikaya” aid milli ordu birlikləri vahid komandanlıq altında birləşmişdi. /strateq.az/

Комментариев нет:

Отправить комментарий