Страницы

01.07.2016

Dünyanın xərçənginə çevrilən “OŞO dəyər”ləri və Oşonun iyrənc dolu həyatı

Bu gün dünyada kitabları ən çox satılanlar siyahısında olan Oşo əslində nə deyirdi və nəyə nail olmaq istəyirdi?
Mənbələri araşdırarkən bu hərəkatın pərdə arxası meydana çıxır ki, sadəcə olaraq insanı dəhşətə salır. Oşo kimdir və nəyi təbliğ edirdi? Bu suala o özü belə cavab verirdi: “Mən vahid bir dinin yaradıcısıyam, başqa dinlər yalandır. Dinləri insanlar yaradıblar”.
Onun doktrinasının əsasını tantrizm təşkil edirdi. Tantrizm nədir? Bu, xristianlığa qədər Hindistanda yayılmış induizmin cərəyanlarından biridir. Özündə qara magiyanı, seksual orgiyanı və insanın qurban edilməsini ehtiva edir. Onun doktrinasının tətbiqində əsas rolu dinamik meditasiya oynayır. O, ətrafındakılara “mən”-dən azad olmağı tövsiyyə edirdi. Bu “mən”nin nə keçmişi var, nə gələcəyi. Bu “mən” özünü sabah nə olacaq fikri ilə məhv etmir. Onun təbliğatının əsas hədəfi ailə qavramını məhv etmək idi. O insanları azad seksual münasibətə səsləyirdi.
Bəs o kim idi və harada doğulmuşdu? “Bu ruhi terrorist” 1931-ci il 11 dekabrda Mərkəzi Hindistanın ucqar bir kəndində dünyaya gəlib. Valideynləri onu Radniş Çandra Moxan adlandırırlar. Daha sonra o özünü “Bxaqavan”, yəni Tanrı adlandırdı. Dünyada isə o Oşo- okeanda həll olmuş adı ilə məşhurlaşdı.
Gənclik illərində kommunistlərə qoşuldu, hətta onların dərnəklərinə gedib gəldi. Özü dərnək yaratdı. Marksı, Engelsi əlindən düşürmədi. Lakin tezliklə anladı ki, onun axtardığı bu deyil. Daha sonra fəlsəfə üzrə universitet bitirdi. O tezliklə okkultizm, magiya və yoqa ilə ciddi maraqlanmağa başladı. 1974-cü ilə kimi şəhərbəşəhər gəzərək özünə tərəfdar toplamağa cəhd etsə də, buna tam şəkildə yalnız 1974-cü ildə nail ola bildi. Artıq onun ətrafında məşhur insanlar var idi. Onun yanına Qərbdən tanınmış insanlar- Dayana Ross, Cimmi Karter kimi insanlar gəlirdilər. Artıq onun komunasını 7 min insanı əhatə edirdi.
1981-ci il. O, artıq Amerikadadır. Onun tərəfdarları ona orada böyük ərazi alıb Rajnişpur komunasını qurmuşdular. Növbəti mərhələrdə isə Oşo dünyanın bir çox şəhərlərində özünə mərkəzlər açmaqla məşğul oldu. Onun Almaniyada, Fransada, Kanada, Rusiya, İngiltərə kimi ölkələrdə mərkəzləri fəaliyyət göstərirdi. Bütün mərkəzlər 11 qadın və 10 kişi olmaqla bir ana mərkəzdən idarə olunurdu. 1984-cü ildə artıq onun 350 min ardıcılı var idi.
Lakin bu sektanı tərk edənləri acınacaqlı tale gözləyirdi. İngiltərəli psixiatr Betti Tilden bu barədə açıqlama verərək bildirmişdi ki, bu sektaya qoşulanlar sonradan normal həyata dönməyə çətinlik çəkirdilər.
O özü necə yaşayırdı? Oşo tamamilə zəngin bir adam idi. “O Rols-Royslarda və ən bahalı mersedeslərdə gəzirdi, zəngin idi” (Ли Р., Хиндсон Э. Ангелы обмана. - М.: "Протестант", 1994. - 240 с.). Artıq 1984-cü ildə onun var -dövləti vergilərsiz 200 milyon dolları aşdı. Onun 4 şəxsi təyyarəsi, bir hərbi vertalyotu və 91 ədəd Rols-Roysu var idi. O hər gün yeni bir maşın alırdı. İlin 365 gününə aid hər günə bir yeni maşını olardı. (Привалов К.Б. Секты: досье страха. - М.: Политиздат, 1987.- 191 с )
“Radjniş (Oşo) yeni bir insan yaratmışdı. Onun yaratdığı yeni insan bütün qaydaları və ənənələri çeynəyib keçirdi. O öz zövqlərinin dalınca düşmüş, yalnız özünü təmin etməyə çalışan bir insan obrazı yaratmışdı. Ailə lənətdir, uşaqlar ayağa bağ. Nə qədər ki, əyləncə insanı cəlb edirdi, o əylənirdi. Daha sonra onların marağı buna tamamilə itirdi. Qatillik, zorlanma, insanların sirli şəkildə yoxa çıxması, hədələr, yandırılma, küçələrdə diləndirmə və sonu psixatriyada bitən insanlar. Bunu sonralar o sektadan canını qurtarmış insanlar deyirdilər. Onlar bildirirdilər ki, sekta bütün hakimiyyəti əlinə almışdı və onları idarə edirdi. (Мартин У. Царство культов. - Санкт-Петербург: СП "Логос", 1992.- 352 с. )
Onun Amerikadakı fəaliyyəti isə daha dəhşətli oldu. O, komuna qurduğu Oreqon ştatında hətta hakimiyyətə gəlmək istədi, lakin buna nail ola bilmədi.O hətta bu barədə ciddi açıqlama da vermişdi. Bildirmişdi ki, artıq bu ştatın Rajneşpur adlandırmağın vaxtı çatıb. (Paris-match, 1985, 8.XI.,McCormac W., Driver B. Rajneeshpuram: Valley of Death? // Oregon Magazin, Sept. 1984).
O, ABŞ-da ilk dəfə olaraq bakteroloji silahın tətbiqi ilə terror aktı törətdi. Bu terror aktından 751 insan zərər çəkdi. FTB sektaya qarşı cinayət işi qaldırdı. Onlar axtarış zamanı silah anbarları, narkotika hazırlayan laboratoriyalar aşkarladılar. Bu narkotika sekta üzvlərinin yeməyinə qatılırmış. FTB yeraltı yol aşkarladı, lakin artıq gec idi. Oşo özü həbs olunsa da, onun əsas işlərini həyata keçirən Şila Silverman Avropaya qaça bildi. Onun bu qaçışı elə də uğurlu alınmadı. O İsveçrə banklarından 55 milyon dolları çəkəndə İnterpol tərəfindən həbs olundu (Привалов К. Б. Указ. соч. -С. 42-43). Həbs olunduqdan sonra Şila belə açıqlama verdi: “Oşo ərköyün uşaqdı. O ərköyün uşaq hər ay cibində 250 milyon dollar olmasa, yaşaya bilməz. O narkomandır və valiumsuz yaşa bilmir. O insanların etibarından istifadə edib bunu qazandı. Onun bütün həyatı fırıldaqdan ibarətdir” (Le Point. 1985.11. XI. Цит. по: Привалов К. 6. Указ. соч. -С. 43).
Oşo ABŞ-dan deportasiya olduqdan sonra 21 ölkə onun girişinə qadağan qoydu.

Oşonun dünya və cəmiyyət haqqında sitatları:
*Kişilər arasında münasibətlər daha harmonikdir. Qadınlar başqa dünyanın insanlarıdır, onlar kişiləri anlamır.
*Mən nigahın əleyhinəyəm. Bütün problemləri yaradan odur. Nigah məndə ikrah oyadır. Dünyada ən iyrənc ənənə nigahdır: o insanları yalana məcbur edir.
*Mən hamiləyəm və uşağı abort etmək istəyirəm. Lakin bu mənə kədər verir. Halbuki kədər keçicidir.
*Ailə insanı əzir. Halbuki komunada uşaq daha geniş bir əhatədə böyüyür və daha çox görür. Uşaq komunaya məxsus olmalıdır.

islaminsesi.org

Комментариев нет:

Отправить комментарий