Страницы

07.08.2016

ABŞ olmasa pullularımız, Rusiya olmasa kasıblarımız qırılar

Feysbukda paylaşılan ən qalmaqallı fikirlər -45

Oktay Quliyev: Ərdoğandan, Səud kralından və ərəb satqın başçılarındansa Putin çox kişi adamdı, vahhabi və İŞİD qaniçənlərini qətlə yetirdiyinə görə qəhrəman sayılır, bu hətta öz mənafelərinə görə olsa da, İŞİD-ə qarşı olduğu üçün bu işi təqdirə layiqdir.
Kamal Babayev: Ey “qardaş millət” deyənlər, sizə bir sual verim. Hanı Türkiyə ərazisində yasayan etnik azərilər? Niyə onlar İranda vardırlar, hətta dünənədək Ermənistanda da olublar, amma “qardaş” dediyimiz Türkiyədə yoxdurlar?! Heç Suriyada və İraqda yaşayan “türkoman” adlı millətlə ünsiyyətiniz olubmu? Mənim olub. Eynilə bizim kimi (osmanlı türkləri yox, azərilər kimi!) danışırlar, ayırmaq mümkün deyil! Niyə azərilər Türkiyə ətrafındakı bütün ölkələrdə vardırlar, amma Türkiyədə yox? Ona görə ki, onları oradan “qardaslarınız” şiə olduqlarına görə qovub-qırıb-çatıb çıxarıblar. Hazırda bir Türkiyədə, bir də Ermənistanda etnik azərilər yaşamırlar. Düşünmək sizdən...
Ayətullah Xamenei: “Hizbullahın əleyhinə nə qədər iş görür və maneələr yaradırlar. Neft pulları hesabına bəyanat yayan fasid və içiboş bir dövlət Hizbullahı tənqid edib. Cəhənnəmə. Bunun nə əhəmiyyəti var? Hizbullah və cavanları Günəş kimi nur saçırlar və bütün İslam dünyasının fəxridirlər”.
Martin Lüter: Əslən Dərələyəzdən olan piyli bir tarixçi öz kitabında belə yazır: Sovetləşmə eyni zamanda milli aristokratiyanın məhvinə gətirib çıxardı. Oxuyun balalar, oxuyun...
Natik Şeydabekov: İrəvandan gələn azərilər Rusiyaya səpələnmədi, onların çoxu burda vəzifədədi, Rusiyada çoxu Lənkəran, Şəmkir, Ucar, Qusar zonasıdı, çörək dalıyca gedir. Deyirsiz müstəqillik vermir Çeçenistana, Dağıstana. Biz müstəqil olduq, SSRİ-ni dağıtdıq, ağ günə çıxdıq? İşsizlik, evsizlik- SSRİ-də ev, tibb təhsil hamısı pulsuz idi. Qaldı ki Dağıstanda, Çeçenistanda, xalq Rusiyanın tərkibindən çıxmaq istəmir, orda aranı qatan Amerikanın vahhabi tulalarıdı.
Kərbəlayi Mason İlluminati: Rusiyaya qargış tökən bir qancığa: Rusiya olmasa idi İSİD Suriyada yox, Dagıstanda qurulacaqdı, oradan da bura girib səni cariyə kimi zorlayacaqdılar.
İlham Alisoy: Hələ də bizim sekulyar, demokrat, liberal vətəndaşlarımız Suriya məsələsinə münasibət bildirənde “Vahhabiyyə Ərəbistanı”nın ağzı ilə danışırlar. Axı artıq hər şey gün kimi aydındır. Ya Əsəd qalib gəlməlidir, ya da ki təkfirçi terrorizm!
Elxan Zaman: Azərbaycanlı üçün Rusiya ilə ABŞ-ın bilirsiz ən böyük fərqi nədir? Azərbaycanlı Rusiyaya pulsuz gedib orada pullana, imkanlaşa, həyatda özünə mövqe qazana bilir, ancaq Amerikaya pulsuz gedən azərbaycanlı çox böyük ehtimal ki vokzallarda, skameykaların üstünə qəzet sərib bomjluq edəcək... 
Pullu azərbaycanlı üçüncə əlbəttə ki, ABŞ yaxşıdır... ABŞ olmasa pullularımız, Rusiya olmasa kasıblarımız qırılarlar…
Fariz Babayev: Azərbaycan azərbaycanlıların, Bakı nefti də Azərbaycanın və azərbaycanlıların olmalıdır!
Fidan Əhmədova Fəradi: Türkiyə gec də olsa başa düşdü ki rusla dost olmaq laızmdı. Amerikanın axırına çıxmaq üçün rusun ətrafına yığışmaq lazımdır. Bax o zaman dünyada bütün terror təşkilatları silinib yox olacaq yer üzündən.
Müslim Abdullah: Vikileks materiallarında var idi ki, Türkiyənin keçmiş mudafiə naziri Vecdi Könül gedib ABS-ın Türkiyədəki səfirliyinə hesabat verir. Ərdoğan müdafiə naziri postuna yenidən onu gətirdi. Baş qərargah rəisləri də Amerikadan mükafat almış biridir. Bir sözlə, TC və ordusu Amerikanın tulasıdır.
Əhmədov Qoşqar: Tomas Cefferson (ABŞ-ın 3-cü prezidenti) insanların qanun qarşısında bərabər olduğuna dair qanun hazırlayanda özünün 200 qulu var idi.
Əbülfat Abdullayev: ABŞ-ın adı var, ay qardaşlar, yəhudilər ABŞ-ı da Səudiyyə kimi çoxdan alıb. Dünyada iki güc var: yəhudi və Putin. Putin məğlub olsa, hamımız sionizmin qulları olacağıq.
Eşqin Səbri: Nurçular və vahhabilər eyni zibildilər hər ikisi. Dəmir pula bənzədirəm mən onları. Biri pulun o üzü, biri də bu üzü. Biri Allahu-əkbər deyib insanların başını aşkaranə surətdə kəsir, o biri pambıqla insanların başını kəsir. Yəni eyni zibildilər hər ikisi.
Təranə Əlieva: Rus hökumətindən təvəqqem var. Kim Rusiyada işləyir, yaşayır və evinə, Azərbaycana dolanışıq pulu göndərir, amma utanmadan Rusiyanı söyür, bəyənmir, düşmən sayır- təcili deport etsinlər ki sevgili Türkiyələrində gedib işləsinlər.
Sabir Şindani: Rusiya hər an da Bakı limanına ikicə gəmisi ilə təşrif buyursa, dalınca danışanlar aftafa götürüb hüzurlarında dayanacaq. Guya biz bunu bilmirik? Gəmiləri gözləyin, çünki vəhhabilər buranı dağıdanda, köməyə ruslardan savayı heç kim gəlməyəcək. Gördük Qarabağda kimlər çox danışdı, amma kömək etmədilər.
Elçin Bayramlı: Həkimlərin demək olar ki, hamısı peyvəndlərin vacibliyini bildirir, lakin tərkibini soruşduqda xəbərsiz olduqlarını deyirlər. Heyrətamizdir. Ölkəyə gətirilən peyvəndlərin kimyəvi, molekulyar tərkibini yoxlaya biləcək laboratoriya yoxdur. Heç kim bizim uşaqlara peyvəndlə nə yeridildiyini, nə qədər yeridildiyini dəqiq bilmir.
Rusiya Dağılacaq: Tülküden igide kürk olmaz, Azeri öler, amma türk olmaz!
Faiq Mirzəyev: Türkiyə bizi öz xeyrinə aldadır. 20 ildir vətənimiz Türkiyənin nökəri statusundadır və xalqın xeyrinə heç bir iş görülməyib. Amma vəziyyət pisləşən kimi yenidən Rusiyanın yanına qaçırıq. Biz Rusiya ilə həmişəlik bir olmalıyıq. Oxu, millət, gözümüzü gələcəyə açaq, yalançı təbliğata aldanmayaq!
Ağalar Qut: Səlim Anadoludan köçüb qızılbaşlara qoşulmaq istəyən qırx min oğuzu qılıncdan keçirmişdir. Bunları açıb-ağartmırlar, “burada qırx min bədii ifadədir” deyirlər, malalayırlar, ancaq Şah İsmayılın vəhşi obrazını yaradırlar.
Nizami Məmmədov: Nəzərə alınmalıdır ki, Qərbin mənafeyindən çıxış edən mətbuat vasitələri öz küçüklərini reklam etməyi çox yaxşı bacarırlar.
Vuqar Cemali: Rəhmətlik nənəm osmanlıların Bakıya guya köməyə gelməsinin şahidi olub. O deyirdi ki, türklər kimi oğraş millət yer üzündə yoxdu, harda gözəl azəri qızı görsəydilər, tutub zorlayırdılar. Bax həmən türklərdi yenə, azəri qızlarına fahişə kimi baxırlar, bunu Türkiyəyə gedib gələnler lap yaxşı bilir. Kim bunu qəbul edirsə, qoy türkpərəst olsun, tüpürüm onun qeyrətinə.
Musarza Kadusi Mirzəyev: Ərazisində xarici ölkənin hərbi bazası olan Türkiyə müstəqil dövlət sayıla bilməz. Prezident nə qədər ağıllı və hiyləgər olsa da, onu təyin edən və arxasında duran Amerikadır.
Sərxan Şahverdiyev: Bilirsiz, biz qədir-qiymət bilməyən insanlarıq. Sovet vaxtı Rus gəldi bizə ev verdi, oxuma-yazma öyrətdi, iş yaratdı. Əvəzində sovet dağılan kimi başladıq onu söyməyə. Hələ bu azmış kimi “kişilərimiz” getdi rusun evində qaldı, pul qazandı, ağ günə çıxdı, axırda da yazıqların evini satdırıb, adlarına kredit götürüb cırdıq aradan. Sonra deyirlər rus bizə pislik edib. Bu pisliyi haçan, nə cür, harda etdi, mənə hələ aydın deyil.
Məhəmməd Baxış: 23 il öncə bu gün Ağdamın işğalı ilə Azərbaycanda makler sənətinin intibah dövrü başlandı.
Bəhruz Eldostu: “Bizim indiki düşmənimiz erməni deyil, hakimiyyəti zəbt etmiş kürd-naxçivan-yeraz klanıdır”. Bu kommentə görə yerazlar özlərini cırırlar bayaqdan. Guya təhqir olunublar. Bu statusdan göründüyü kimi, söhbət siyasi elitadan, siyasi klandan gedir. Bu siyasi klanın hansı etnik mənşəli olduğundan gedir. Bunu başa düşməyi bacarmayanlar söz güləşdirirlər.
Zərdüşt Əlizadə: Hakimiyyətin “keşik köpəyi” Qubad İbadoğlunun “İqtisadi tədqiqatlar birliyi”ndən zəndeyi-zəhləsi gedir. Niyə? Bu mərdüməzar təşkilat araşdırma aparıb və cəmi əhli-Azərbaycana göstərib ki, bizim şanlı Gömrük Komitəmiz son on beş ildə azı 13 milyard manat həcmində malı qeydiyyatdan keçirməyib. Loru dillə desək, “çırpışdırıb”.
Kamran Həsənli: Bu gün televiziyalarda gördüklərimiz çox laqeyd, olduqca mənasız, boşbeyin insan obrazı yaradır. Millətimizin min illərdir qazandığı qarşılıqlı hörmət kodeksi vardı, televiziyalar son illərdə həmin bu kodeksi dağıtmağa nail oldu. Bizə hörmət etməməyi aşıladı, cəmiyyətə qarşılıqlı hörmətsizliyi qazandırdı. Ümumiyyətlə cəmiyyətdə gördüyümüz və bəyənmədiyimiz əyər-əskiklərin yüzdə doxsan faizinin səbəbi Azərbaycan teleməkanlarıdır.
Sovetskiy Soyuz: Azərbaycanı “bir millətik, iki dövlətik” deyə talan edir Türkiyə!
Ruslan İslamzadə: 1994-cü ildə çevriliş zamanı Heydər Əliyev xalqı meydana çağırdı. Xalq da toplaşdı, Heydər Əliyev də ömürlük yerini bərkitdi. Amma hansı xalq? Heç kimə sirr deyil ki, o vaxt meydanda olanların çoxu qaçqınlar idi. 1 milyon qaçqın olandan sonra 50-60 min insan toplamaq elə də çətin deyildi. Heydər Əliyev bir müddət xalq dediyi qaçqınların hesabına hakimiyyəti saxladı. Qaçqınları mən qınamıram, onların vəziyyəti ağır idi və onlara köməklik göstəriləcəyinə söz verilmişdi. Medianın gücüylə parta-part göstərirlər ki, xalq toplaşıb. Hansı xalq?
Tamer Lan: 21-ci əsrdə Qərbin (ABŞ və onun müttəfiqləri) sosialist ölkələrinə qarşı dezinformasiyaları davam edir. Çinin Sintszyan- Uyğur vilayətində türklərə qarşı Çinin “zorakılıq” fotoları da yalan çıxdı.
Yaşar Şahbazov: Bizim xalqı ruslar savadlandırdı. Bu faktdı! Bunu əsaslandırmaq üçün kifayət qədər sənəd var. Nəinki savadlandırma, yaşıllaşdırma, sənaye potensialının yaradılması və inkişafı... Təkcə Şamaxı rəsədxanası, neft daşları (dənizdə şəhər) tikintisini misal çəkmək olar. Sənaye şəhərləri, Sumqayıt, Mingəçevir və s. Bundan başqa incəsənətin inkişafı, heykəltəraşlıq, teatr, musiqi... Təkcə teatr barədə deyə bilərəm ki, ən güclü ibrətamiz əsərlər televiziya tamaşasına qoyulurdu.
AnarXist Anar-Xist: Türkiyənin iqtidaryönlü mediasi kimi qancıq media, qancıq jurnalistlər nəinki Yaxın Şərqdə, heç uzaq Şərqdə də yoxdur. Bunu sizə tam məsuliyyəti ilə deyirəm.
Rasim Pənahov: Dəhşət orasıdır kı, bütün dünyanı elm sahəsində barmağına dolayan bir ölkə- İzrail dövləti Stalin dövrünün Sovet təhsil sistemini tətbiq edərək elm sahəsində bu qədər naliyətlər əldə etmişdir. Bizim çurbanlar isə Sovet təhsil sistemini dağıdaraq bütün elmimizi məhv edən Baloniya sistemini tətbiq edirlər.
Elçin Ağazadə: Təsadüfən bəyaq bir xanımın profilin gördüm, dostluğunda 5000 kişi, bunu izləyən isə yalan olmasın 10 000 adam var. Status da yazıb ki “off darıxıram, dostlar yazın görüm necəsiniz”. Nəysə iki dəqiqə sonra baxıb gördüm ki, kakaşlar bir-birin qırırlar, karoçe qan su yerinə axır. Hamı bir-birinə söyüşlə hədə-qorxu gəlib nömrə zad yazır, bəziləri digərlərini inboxa dəvət eləyir razborkaya. Xanım da yazır ki, “uşaqlar, dalaşmayın, qurban olum noolar”. P.S.: Sən ölmiyəsən deyirəm, millət darıxanda görün başın nəylə qatıre...))

Комментариев нет:

Отправить комментарий