Страницы

22.08.2016

Aliyə Əsədova - Sərhəd sular

Hələ uşaqkən
üzməyi öyrəndin
"dənizi sevirəm"- deyə-deyə,
sahillərdə böyüdün
sahillərdə böyütdün bəslədiyin arzuları.
Keşik çəkməyi öyrəndin dənizlərdə,
vaxtsız-vədəsiz dolandın
qarmaşıq sularında  dənizin,
sahilləri böyütdün arzularınla,
o böyüdükcə sən də böyüdün
fırtınalı,  təlatümlü dalğalarda.
Arzuların böyüdü
gəzdin dolaşdın
analdın ki dünya  böyükdü,
bu böyüklükdə dənizləri qova-qova
yaşamağı öyrəndin
dənizlə verib baş-başa
bu qarmaşıq sularla
sirdaş olmağı öyrəndin,
gözlərini qırpmadın
qapamadın sanki.
Təyyarələr oyadır yuxulu sabahları,
Sən oyaqsan,
izləməkdən yorulmadın
hələ də qoruyursan
gah qorxulu, fırtınalı
gah da sakit dənizləri.
Heç qorxmadın
sular səni aparar deyə,
dənizə oxşamadın
dəniz səni aparar deyə,
soruşanda sahilinə, göylərinə belə dedin-
"suların sərhəddi var".

Комментариев нет:

Отправить комментарий