Страницы

22.08.2016

Hacı Mail Əliyev - Vətəndir

Arif olanın sevgili cananı Vətəndir,
Həm namusu, həm qeyrəti, vicdanı Vətəndir.

Hər kəs vətəni sevməsə, insan deyil əsla,
İnsan olanın cismidə həm canı Vətəndir.

Min dərdə düçar olsa da övladi-vətən gər,
Hər çarəsini qılmağa loğmanı Vətəndir.

Yarın qəmi-hicranına dözməkdə nə vardır,
Ən müşkül olan dəhrdə, hicrani-Vətəndir.

Ölsəm Vətən uğrunda buna fəxr edərəm mən,
Könlüm nə zaman istəsə, qurbani-Vətəndir.

Hər kəs soruşa gər mənim ünvanımı sizdən,
Ol şəxsə deyin: – Mailin ünvanı Vətəndir.

Комментариев нет:

Отправить комментарий