Страницы

23.08.2016

Korovin: Rusiya Avropaya insan hüquqları və azadlıqlarını qorumağı öyrədəcək

"Dünyada beynəlxalq hüquqlara riayət edən, o cümlədən bir vaxtlar Qərbin özü tərəfindən müəyyənləşdirilmiş insan haqları və azadlıqları kateqoriyalarını qoruyan yeganə ölkə Rusiyadır".
Bu sözləri rusiyalı siyasətçi, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru, İctimai Palatanın üzvü, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Valeri Korovin bildirmişdir.
Politoloqun fikrincə, insan hüquqları və azadlıqları çoxdan dünya dövlətlərini özünə tabe etmək üçün ABŞ-ın texnoloji kələyinə çevrilmişdir: "ABŞ həmin texnoloji kələyin köməyi ilə ictimai fikrə təsir göstərir, lakin ABŞ-ın özündə və tabe etdirdiyi ölkələrdə heç bir hüquqi normalara və azadlıqlara məhəl qoyulmur. Sovet Bloku Qərbi özünün müəyyənləşdirdiyi konvensiyaları, insan hüquq və azadlıqlarını qorumağa məcbur edirdi. Lakin indi Sovet Bloku yoxdur və Qərb nümayişkəranə şəkildə hüquq və azadlıqlara tüpürür. ABŞ-ın maraqları olan yerdə həmin normalara riayət olunmur. Ona görə də Qərb və Qərbyönümlü hüquq müdafiəçiləri hər dəfə hansısa hüquq pozuntusundan və ya azadlığın məhdudlaşdırılmasından danışanda, bu bizdə gülüş doğrurur".
Regions.rif.ru saytının müxbiri ilə söhbətində Valeri Korovin bildirmişdir ki, Rusiya lideri Vladimir Putin "həyasız və təhlükəli amerikan dünyasında axırıncı qanunçudur". "Dünyanı xaos və özbaşınalığa qərq edən Qərb siyasətçiləri bizə insan hüquqlarının qorunmasını və ya azadlıq prinsiplərinə riayət olunmasını öyrədə bilməz. Onlar vadar etsələr, biz hücuma keçəcəyik və həddini aşmış Qərb siyasətçilərinin özlərinə hüquq və azadlıqların qorunmasını öyrədəcəyik".

Комментариев нет:

Отправить комментарий