Страницы

23.08.2016

Üzlükləri Bakıya gətirən şirkətlərdən biri Rüstəm Behrudinin "Behrud İnşaat" şirkətidir

"Bütün baş verənlərin günahkarı Hacıbala Abutalıbovdur. Bakıda daşı daş üstünə qoyanda belə icra hakimiyyətindən tökülüb gəlirlər. Necə olur ki, bu materalları ölkəyə kimin gətirdiyi və paytaxtda binaların üzlənməsində istifadə edilməsində Hacıbalanın xəbəri yoxdur? Yalan danışır. Bu üzlükləri gətirən onun qardaşının kürəkəndir."  Bu sözləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Qeyd edək ki, bu üzlükləri Bakıya gətirən şirkətlərdən biri doğrudan da Hacıbala Abutalıbova çox yaxın Behrud İnşaat şirkətdir ki, bunun da tanınmış şair Rüstəm Behrudiyə aid olduğu bildirilir. Və o da bəllidir ki, Hacıbala Abutalıbov Bakı şəhər isra başçısı təyin ediləndən sonra, Rüstəm Behrudiyə məxsus bu şirkət böyüməyə və gəlirləri fantastik həddə çatmağa başladı. Çünki Hacıbla Abutalıbovun Behrud İnşaat üçün bütün mümkün qapıları açaraq, yaşıl işıq yandırdığı vurğulanır. 
Hafiz Hacıyev onu da bildirdi ki, bu səbədən, eyni zamanda  vəhhabilərə pul yedirdən və klounluq edən H. Abutalıbov vəzifəsindən kənarlaşdırılmalıdır. H. Hacıyev saytımıza açıqlamasında onu da qeyd edib ki, Bakı merinin oğlu vəhabilərlə sıx əlaqədədir və bu məsələni də sübuta yetirə bilər: "Mən sizi də, bütün jurnalistləri də dəvət edəcəm. Hacıbalanın Türkanda olan bağında vəhabilər yığışıb, biri girir, biri çıxır. Bununla yanaşı ora Gülən camaatına yaxın olan insanlar da gəlir ki, onların arasında deputatlar da var". /analitik.az/

Комментариев нет:

Отправить комментарий