Страницы

01.09.2016

Banklar bizi belə aldadır - DİQQƏTLİ OLUN!

Bu şərti müqavilədə gözə çarpmayan bir yerdə yerləşdirən banklar vətəndaşların diqqətsizliyindən, yaxud həmin kreditə olan ehtiyacından sui-istifadə edirlər. Ekspertlər isə bildirir ki, müqavilədə birtərəfli qaydada banklara verilən faiz yüksəltmək hüququ əslində kifayət qədər mübahisəli məsələdir və inkişaf etmiş ölkələrin praktikasında buna rast gəlinmir.
Bankların müştərilərlə bağladıqları müqavilədə özlərinə birtərəfli qaydada faizləri yüksəltmək hüququ verən müddəa salırlar. Ekspertlər bu cür tələbin müqavilədə yer alması halında vətəndaşlara onu imzalamamağı tövsiyyə edirlər.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki mübahisəli ilk məsələ odur ki, müqavişlənin ana predmentini məhz faiz təşkil edir. Yəni faiz dərəcəsi xüsusi bəndlə müqavilədə əksini tapır və bu tərəflər arasında razılaşdırılır. Faiz dərəcəsinin birtərəfli qaydada razılaşdırılmaması isə məntiqsizlikdir. Bununla belə inkişaf etməkdə olan ölkələrə banklar özlərinin maksimum sığortalamaq üçün bu tip addımlar atırlar. (xezerxeber).
Ekspertin sözlərinə görə istənilən halda əgər müqavilədə faiz dərəcəsinin birtərəfrli artırılması əksini tapıbsa, belə bank bunu edərkən iqtisadi cəhətdən əsaslandırmalıdır. Bu zaman isə makroiqtisadi göstəricilər kimi rəsmi sitaistika əsas götürülə bilər. Məsələn, infilyasiyanın 2 rəqəmli həddə olması və s. Belə bir ciddi əsaslandırma yoxdursa, bu müştəriyə məsələni məhkəmə müstəvisi ilə keçirməyə tam imkan verir. (rublika.az)

Комментариев нет:

Отправить комментарий