Страницы

01.09.2016

Nə vaxtdan haqq müdafiə edən olduz?

Camaatın gözündə Türkiyənin Suriyaya girməsini lap Ərdoğanın İsrailin baş naziri Şimon Pereslə "VAN MİNUT" söhbəti kimi şişirtmək istəyirlər

haqqin.az saytı həqiqətən də ən çox oxunan saytlardadnır. Camaat bilir ki orda həqiqətə uyğun olmayan xəbərlər də az deyil, amma yenə də girir oxuyur. Mən özüm hər gün baxıram. Adama deyərlər: Bəs deyirsən ki orda yalan az deyil, onda niyə girib oxuyursan?
Bəzi xəbərlər açıq-aşkar yalandır, amma bu yalandan da bilmək olur ki, üstlərdən nəzarət olunan və komandalar alan sayt indi kimi vuracaq, kimə tuşlanıb. Bəzi hallarda yalan xəbəri oxuyaraq tam əksini, yəni həqiqəti bilmək olur,- ümumiyyətlə ölkədə siyasi tendensiyaları bilmək olur. Yalan və zibil içindən həqiqətləri görmək olur.
Məsələn, ölkənin inkişafı haqqında xəbəri oxuyursansa, onun tam əksi həqiqətdir. Eləcə də başqa bu qəbildən xəbərlər olsun. 
Malalamaqla, hansısa "ikinci sort" məmurları icazə ilə tənqid eləməklə özlərinə reytinq qazanırlar. Məsələn, heç nəyə təsir göstərə bilməyəcək bir məmuru  tənqid edirlər ki, "bax sənsən günahkar bu işdə". Halbuki bu məmur ümumiyyətlə heç nə həll etmir, bircə adı var ki o vəzifədədir. Tutaq ki baş nazir Artur Rasizadəni nə var tənqid eləməyə? Axı hamıya bəllidir ki bu adam heç nə həll etmir. Yalandan bunu niyə tənqid edrisiz? 
Hansısa bir yetimçə millət vəkilini yekə-yekə tənqid edirlər, güya bunlar müstəqil mətbuatdırlar, dəyərli işlərlə məşquldurlar... Saytın adını da qoyubla! HAQQIN! Nəyin haqqı? Kimi haqqı? Nə vaxtdan haqq müdafiə edən olduz?..
Saytın Türkiyəyönlü olması da gözdən qaçmır. Əksinə gözə girir. Bu bəzən elə ordaki işçilərin şəxsi meyillərini göstərir. Məsələn, dövlət bir siyasət yeridir, orda isə tam əksini təbliğ edirlər. 
Bundan başqa, tez-tez görmək olur ki xəbərlərin başlığı ilə mətni düz gəlmir. Bu saxtakarlığa axır vaxtlar çox əl atırlar. Məsələn xəbər verirlər: "Rusiya Türkiyədən xahiş etdi..." Özü də başlığı elə yazırlar guya Rusiya lap belə alçalıb ki, Türkiyənin qarşısında diz çöküb yalvarır! Əslində isə xəbərə baxanda görürsən ki Rusiya Müdafiə Nazirliyi Türkiyədən qoşunlarının istiqamətlərini istəyib ki səhvən onları bombalamasın. Adi bir prosedurdu. Heç nə... Ruslar deyib ki məlumat verin hara gedirsiz, yerinizi deyin vurub  sizi g...-baş etməyək! Amma bunu da elə başlıqla verirlər ki guya Rusiya lap ölüb yerdə qalıb qorxusundan xahiş edib.
Bu gün daha bir belə xəbər oxudum. Başlıqda yazıblar: "Türkiyə ordusu Mənbicin yaxınlığındadırlar". Tipa lap alırlar artıq, az qalıb! Halbuki atəşkəsdən sonra heç nə dəyişməyib.Bəs onda nə baş verib? O baş verib ki Türkiyə ordusu "mülayim müxalifət" adlanan qruplaşmalıarın mövqelərinə yaxınlaşıb, onlarla bir yerdə durub. İrəlidə bu müxalifətçilər gedir axı, Türkiyə isə atəş dəstəyi verir. İndi isə ordu birbaşa irəliləyib müxalifətin mövqelərinə çatıb.
Dünən isə belə bir başlıqla xəbər vermişdilər: "Türkiyə ordusu hücumdadır, kürdlər geri çəkilir". Heç nə baş vermir aaa... Elə necə var elə durublar. Sadəcə eyni vəziyyəti başqa sözlərlə yazıb verirlər. Xəbərə baxıb görürəm ki başlıqla mətn uyğun gəlmir. Deyir kürdlər çəkilir Fəratın şərq hissəsinə. Elə sonra da deyir ki, "yox, çəkilməyiblər, kürdlər bizi aldadır, ABŞ bizi aldadır və s."
Gah belə deyirlər, gah elə deyirlər... Nəticədə heç nə dəyişməyib, atəşkəsdən sonra vəziyyət necədirsə elə də qalıb. Amma bunlar camaatın gözündə Türkiyənin Suriyaya girməsini lap Ərdoğanın İsrailin baş naziri Şimon Pereslə "VAN MİNUT" söhbəti kimi şişirtmək istəyirlər ki güya burda artıq ikinci Stalinqrad döyüşü gedir, az qalıb Berlin alınır, indiyə kimi heç kim heç nə edə bilmirdi, Türkiyə gəldi, sürətlə hücuma keçdi hər yeri aldı. Yəni ordu belə olar... 
Əslində isə nə baş verir? Carablus rahatca, döyüşsüz onlara təhvil verilib, 9-10 leş günündə olan dağılmış kənd əldən ələ keçib. Kürdlər də hələ ki heç bir faciəli itkilərlə üzləşməyiblər. Tam döyüş vəziyytəindədirlər.
Demirəm Türkiyə ordusu zəifdir, türk əsgəri döyüşə bilmir və s. Əksinə... Türkiyə ordusu iri miqyaslı hücumlar keçirməyə qadirdir, böyük orduları var, çox ciddi qüvvədirlər. Amma hələ ki gözə görünən nəsə ciddi bir şey baş verməyib axı... 
Söhbət bizim bu KİV-lərin şişirtmələrindən gedir.
Mənə maraqlıdır, bizim basıb bağlayan KİV-lər hansı məqsədi güdürlər? Bununla nəyə nail olacaqsızınız? Siz bir yalanı yazdız, hə noooolsun?! Nə dəyişdi? Siz yazmaqla müharibədə qalib gələcəksiz? Yalan quraşdırmaqla zəfər qazanacaqsınız? Lap Azərbaycanda 10 min, 20 min, lap 100 min adam sizin yalana uysun,- həqiqətdə nə dəyişəcək ki?! Bu çobanlar qanmır.
Yeri gələndə xalqdan heç kəs heç nə soruşmur. Bu xalqın fikiri kimə lazımdır ki? Beyinlərə daha nələr soxmayıblar ki? Xalq axı nəyi həll edir ki? 
Ümumiyyətlə bu ölkə nəyi həll edir? Lap Putini söyün, alçaldın. Putin da pisdir, Ruhani də, bü dünyada hamı pisdir, bircə siz yaxşısız. Nə dəyişir ki həqiqətdə? Heç nə. 
Həqiqətdə isə sənin Qarabağ məsələni də Rusiya həll edir. Lap cırın bir yerinizi, Britaniya bayrağı kimi edin. Nə olacaq? 
Ölüb də, utanıb da girmirlər asfaltın altına bu nakişi bişərəflər!

https://www.facebook.com/gamloali/posts/1844576062437743

Комментариев нет:

Отправить комментарий