Страницы

06.09.2016

“Hitlerin yəhudi əsgərləri” kitabındakı maraqlı faktlar

Dünya “Holokost” adlı soyqırımı barədə məlumatlı olsa da, Üçüncü Reyxin xidmətində olmuş 150 min yəhudiyə dair bilgisi azdır. Maraqlı budur ki, bu tarixi həqiqəti üzə çıxaran da məhz milliyyətcə yəhudi, Yel Universitetinin məzunu Brayan Mark Riqdir.
Strateq.az xəbər verir ki, 2002-ci ilin yayında nəşr edilən “Hitlerin yəhudi əsgərləri” kitabının amerikalı müəllifini həmişə bir məsələ düşündürüb: niyə onun əcdadlarının biri alman ordusunda xidmət edib, digəri isə Auşvitz həbs düşərgəsində həlak olub?
Brayan Riqq vermaxtın veteranları ilə 400 müsahibə, 500 saatlıq video şahid ifadələri, 3 min foto və 30 min səhifə xatirə qeydləri əsasında sübut edib ki, İkinci Dünya müharibəsi cəbhələrində alman ordusunda mənşəcə yəhudi olan 150 min əsgər xidmət edib. Üçüncü Reyxdə “mişlinqe” termini qarışıq nikahların doğulan insanlara aid edilirdi. Buna görə də 1935-ci ilin irqçi qanunlarına baxmayaraq on minlərlə yəhudi faşist Almaniyasında rahat yaşayırdı. “Mişlinqe”lərin bir çoxu Üçüncü Reyxin elitasında təmsil olunurdu. Hitler Almaniyasında yüzlərlə “mişlinqe” igidliyə görə “Dəmir xaç” və 20 nəfər Üçüncü Reyxin ali hərbi mükafatına- “Cəngavər xaçı” ilə təltif edilib.
Onların həyat hekayətləri fantastik görünə bilər, lakin bu, gerçək və sənədli faktlardır. “İdeal alman əsgər”i titulu daşıyan Verner Qoldberq, mayor Robert Borxardt, polkovnik Valter Hollander, polkovnik-leytenant Erenst Blox və digərləri “Mən, Adolf Hitler, Üçüncü Reyxin füreri şəxsən təsdiqləyirəm ki… əsl ari nümayəndəsidir” vəsiqəsi almış əslən yəhudilərdir.
1944-cü ildə vermaxtın kadr şöbəsi “yəhudi irqi ilə qarışıq və ya yəhudi evli olan” 77 yüksək rütbəli zabit və generalın gizli siyahısını hazırlayıb. Bu siyahıya 23 polkovnik, 5 general-mayor, 8 general-leytenant və 2 ordu generalı daxil idi. Brayan Riqq isə bu siyahıya daha 60 yüksək rütbəli zabiti əlavə edib. “77-lər siyahısı”nda Reynhard Heydrix, Fürerin sevimli, gestapo və s. rəhbərinin də adı var. Üçüncü Reyxin elitasnda daha bir şəxs aviasiya feldmarşalı Erhard Milxdir.
ABŞ-da yaşayan tarixçi Həsən Hüseynzadə “Hİtlerin yəhudi əsgərləri” kitabına resenziyasında yazır: “Yəhudi əsgərlər vermaxtda, SS-də, lüftvaffedə və krinsmarində xidmət edirdilər. Doktor Riqqin elmi əsərini İkinci Dünya müharibəsi tarixini öyrənən və tədris edən hər bir kəs oxumalıdır”.

Комментариев нет:

Отправить комментарий