Страницы

06.09.2016

Kadırovun təşkil etdiyi islam konfransı vəhhabi alimlərini qəzəbləndirib

Çeçenstanda dünyanın 200 sünni müftisi və aliminin iştirakı ilə keçirilən konfrans və burada verilən anti-vəhhabi bəyanat sələfi alimlərini qəzəbləndirib.
islaminsesi.info xəbər verir ki mərkəzi Səudiyyə Ərəbistanında olan vəhhabilərin “Böyük Alimlərin Baş Şurası” və bir sıra vəhhabi alimləri son günlərdə Çeçenstanda keçirilən islam konfransını şiddətli şəkildə tənqid ediblər və bəyanatlar yayıblar.
Səudiyyənin tanınmış vəhhabi alimlərindən olan Səud bin Əli əl-Hənnan, sələfilərin hazırda mənəvi lideri sayılan və “Dünya Müsəlman Alimləri Birliyi”nin sədri Yusif Qərdavi, digər sələfi alim Hatəm əl-Ouni və sair vəhhabi alimləri Çeçenstanda keçirilən islam konfransını kəsgin şəkildə tənqid edənlərdəndir.
Xatırladaq ki Qroznıda keçirilən konfransa vəhhabi alimləri dəvət edilməmişdi. əl-Əzhər şeyxi Əhməd ət-Təyyib də daxil olmaqla müsəlman dünyasından buraya qatılan 200 müfti və alimin bəyanatında bildirilib ki, sələfilik və vəhhabilik Əhli-Sünnə vəl-Cəmaə məzhəbindən deyil.
Əl-Əzhər şeyxi Əhli-Sünnə vəl-Cəmaə məzhəbinə yalnız bunların daxil olduğunu deyib: "Qısa şəkildə deyirəm, əl-Əzhərdə öyrəndiyimiz kimi. Əhli-Sünnə vəl-Cəmaə əşərilərdir, maturidilərdir və sünni təsəvvüfüdür (sufilik). Həmçinin 4 məzhəb, Maliki, Şafei, Hənəfi və Hənbəli, daha sonra radikallığa getməyən və təfsir zamanı fundamental olmayan Əhli-Hədis. Budur Əhli-Sünnə vəl-Cəmaə məktəbləri ilə birgə".

Комментариев нет:

Отправить комментарий