Страницы

13.09.2016

İraqlı türkmənin fəryadı


Yanımda əyləşən bu cənab Əbu Muhəmməd adlı İraq türkmənlərindəndir. Özü bir neçə il bundan öncəsinə qədər Mosulda yaşayıb. Lakin İŞİD Mosulu işğal etdikdən sonra çox ağır itkilər verərək ailəsindən sağ qalanları da alıb Kərbəla şəhərinə gələrək qaçqın şəhərciyində çadırlarda yerləşib. Onun çox acı xatirələri var. Bir neçə saat söhbətimiz ərzində etdiyi söhbətlər həqiqətən insanlığ adına utancverici və həm də ürəkləri dağlayan faciələrdən ibarət oldu. İnsanları toplu şəkildə yandırılmasından, qadınlara edilən təcavüzlərdən, müxtəlif növ qeyri-əxlaqı işgəncələrdən və ağıla gəlməyən cəza üslublarından ürək ağrısı ilə danışırdı. Bəzən göz yaşlarını gizlətməyə çalışan bu soydaşımızın ən təsirli sözü "Biz Mosulda yaşayan türkmənlər şiə olduğumuz üçün Türk əsgərləri sərhəddən keçməyimizə icazə vermədilər" cümləsi oldu. Mən "Ola bilsin türk əsgərləri dövlət sərhədlərini hər kəsə bağlayıb və keçməyə ümumiyyətlə heç kimə icazə verməyib" deyə soruşduqda "Xeyr, əvvəlcə razılaşmışdılar, amma məzhəbimizi soruşduqdan sonra fikrlərini dəyişdilər" dedi. Mən bir az da guya təəccüblə onu süzdüyümdə eyni ilə belə dedi: " Haci, bu hədisəyi kulli dünyada hər kəs bilər, sən bilməzmisin?!".

Kərbəla, 13.09.2016

https://www.facebook.com/photo.php?fbid=1082197425194182&set=a.534916856588911.1073741835.100002118052070&type=3&theater

Комментариев нет:

Отправить комментарий