Страницы

23.09.2016

Rusun verdiyinin 5%-ini sən ver, sonra danış!

Elxan Xəlilov

Bir gün canavar quzuya deyir ki səni yeyəcəm. Quzu deyir günahım nədir? Canavar deyir, sənin günahın odur ki mən acam.
***
Sovet dövləti vətəndaşını maarifləndirdi, ağ günə çıxartdı. Kişlaklardan, aullardan xalqı işıqlı mənzillərə köçürtdü. Eşşəklərdən düşürtdü, Jiqulilərə, Moskviçlərə, Volqalara mindirdi, hansı ki indi də hələ kasib xalq sürür. Həmin maariflənib savadlanan xalq sonda qalxıb öz dövlətini yıxdı. Ona çörək verən, adam edən dövləti yıxdı… Lazım deyildi xalqı maarifləndirmək. Xalqı qoyun kimi saxlamaq lazım idi: cəhalət içində, kredit, borc içində saxlamaq! Ki başı özünə qarışsın, necə ki indi bütün reslublikalarda belə edirlər… Baxın kecmiş sovet respublikalarına! İt günündə, borc içində, muharibələr, dağıntı, fəlakət… 25 il keçib, hansı biri normal və sakit yaşayır? Çox insan düzgün və ədalətli üsul idarə olan Sovet dövlət quruluşunun yaxşı tərəflərini görməyi özlərinə ar bilirlər. Guya bunlar vətənpərvərdir. Mən də millətçi olmuşam, vətənpərvər olmuşam, musavatçi olmuşam, müstəqilliyin qatı tərəfdarı olmuşam, indikilərin çoxundan qorxmaz olmuşam… Amma indi bilirəm ki dünyada Sovet kimi ədalətli, öz vətəndaşına sahib, kəndli, fəhlə, xalq dovləti kimi ikinci bir dövlət olmayıb. SSRİ-ni heç bir dövlət və ya super güc yıxa bilməzdi. Dünyada 2-ci bir dövlət tanıyırsız ki hər şey pulsuz olsun? SSRİ-də məhz belə idi. Təhsili də, səhiyyəsi də, mənzili də, maşını da, kommunal xərcləri də! Onda bundan daha çox müstəqil idik. Xalq daha əmin-amanlıq içində, daha inamlı idi. Daha xoşbəxt və sevincli idi. Bayrağı dəyişməklə nə eldə etdik?
***
Haranınsa bir dılğır türk gəlib burda yazanda ki siz ruslarin əlinin altında böyümüsüz, çoxu burda yazır ki, abi, evet, doğrudur… Tulanın biri tula, sən kimsən ki gəlib burda bir xalqı müzakirəyə qoymusan? Rus verdiyinin 5%-ini sən ver, sonra danış! Fahişəlikdən savayı Azərbaycana xeyriniz olmayıb. Tarix boyu da Azərbaycanı satmısız. 1918-ci ildə burdan gedəndə neçə yüzlərlə qadın apardız Türkiyəyə, kilolarla qızıl, görmədiyiz qənimətlər daşıdız burdan... Rus Azərbaycana elm, savad, bilik verdi. Cahillikdən məhv olmuş bir xalqı xalqlar sırasına çıxartdı... Azərbaycanın xoşbəxtliyi Rusiya ilə münasibətdən çox asılıdır.
***
Ruslarda bir məsəl var: “Qəhrəmanlar gedəndə onların yerinə səhnəyə klounlar çıxır”. Azərbaycanda indi bu saat vəziyyət belədir.
***
Sovet dövründə də dini ayinlər mövcud idi. Kim deyir ki din qadağan idi? Sadəcə olaraq hər şey aşırı deyildi. Sovet dövründə elmə, təhsilə daha çox üstünlük verilirdi. İndi adi molla həkimdən, müəllimdən yaxşı dolanır.
***
İnsanların bankları soymasına cinayət, bankların insanları soymasına kredit deyilir.
***
Bu il qeyri-rəsmi hesablamalara görə 18 000 000 $ pul axacaq ərəblərin kassasına Azərbaycandan Həccə gedənlərin hesabına. Siz gedin orda pul tökün, ərəbin vahhabi-yəhudi şeyxləri də həmin pullarla gəlib burda ov ovlasın, quş quşlasın, gəzib kef eləsin. Torpaqlar alsın, sütül qizları yataqlarına salsınlar. Biz səudları varlandıraq, onlar da bizim qadınlara fahişə kimi baxsınlar, 5 ulduzlu otellərimizdə qusub batırsınlar...
***
Bu xalqın 1 nömrəli düşməni onun ziyalılarıdır. Sarsaq, yaltaq, məddah... Həmişə belə olub.
***
Rəsulzadəni Stalin aparıb Moskvanın mərkəzində ev verib. Millətlər Komissarlığında iş verib. Hər cür şərait yaradıb. Amma nədənsə arvad-uşağını aparmayıb. Niyə? 2-3 ildən sonra Rəsulzadə Stalinə deyib ki, mən xaricə getmək istəyirəm. Stalin ona şərait yaradıb, Finlyandiyaya keçirdib. Ordan da Polsaya. Atatürk onu heç Türkiyəyə buraxmayıb, deyib Azərbaycan neftini ingilislərə peşkəş etmişdin... Keçəndən sonra başlayıb Stalin haqqında döşəməyə. Sonra Hitlerə qulluq etmək istəyib. Amma Hitlerin belə adamlara ehtiyacı olmayıb, heç yaxına da buraxmayıblar... Arvad-uşağını burda qoyub, orda Polşa yəhudisi ilə evlənib. Bu da Rəsulzadə!
***
Son 25 ildə millətçiləri, yalançı demoqoqları, bəyləri, xanları, torpaq satanları, yalançı arkadaşları, milli istiqlal ideyalarını kresloya, deputatlığa, vəzifəyə, PKK ilə şərikli şirkət işlətməyə satanları, vətəni bu günə qoyan yalançı patriotları görəndə kommunistlərə rəhmət oxuyuram və hörmətim daha da artır. Dünyaya bir də SSRİ kimi ədalətli bir dövlət, sosializm kimi bir cəmiyyət gəlməyəcək. Əhaliyə pulsuz ev verilirdi, tələbə pulsuz oxuyurdu, xalq gmo yox, ekoloji təmiz məhsuz yeyirdi, bank sələmi qadağan idi, hamının işi vardı, işləyənlər hamısı pulsuz sanatoriyalara göndərilirdilər. Vaxt gələcək bütün dünyada kommunist hərəkatı dalğalanacaq. Bunu görəcəksiniz, burda yazıram... Çünki ən doğru və ədalətli cəmiyyəti kommunistlər qurmuşdular. Lenin 100 il əvvəl ölüb, amma ideyaları hələ də yaşayır və aktualdır. Stalin iş saatını 5 saat eləmişdi və ərzağın qiymətini hər il 2 dəfə aşağı salırdı. Hansı ideologiya xalqa bunları verib? Nə kommunist olmuşam, nə partiyaçı, əksinə, Musavatçı olmuşam. Amma indi hər şeyi kənardan görəndə fikirləşirsən ki doğrudan da ən ədalətli ideyani kommunistlər irəli sürüblər və SSRİ adlı nəhəng dövlət yaratmaqla bunu sübut ediblər.
***
Kasıblıq içində ölmək hələ yaxşı dövlət başçısı demək deyil, əziz dost. İnan ki əgər Elçibəy 5 il qalsaydı o da kasıb olmayacaqdı... Qoydular ki... Ne isə, getdim dənizə. Uğurlar sizə.

Комментариев нет:

Отправить комментарий