Страницы

27.09.2016

Sabir Paşayev - Siyasətə qarışma

Siyasət adamı olma, ay dədə,
Batarsan çirkaba, imanın gedər,
Getginən çayçıya dəmno vurmağa,
Amandır, gündəlik planın gedər.

Neynirsən oxuyub qəzet-jurnalı?
Hərə bir ağızdan çalır vağzalı.
Yatginən üstünə çəkib ədyalı,
Yel əsər, əlindən filanın gedər.

Baş qoşma, hamısı oyunbazdılar,
Dərdi yox, qəmi yox, kefi sazdılar.
Torbalar tikdilər, quyu qazdılar,
Qoşulma, olanın-qalanın gedər.

Mollasan, sən hara, siyasət hara?
Din hara, dünyəvi cəmiyyət hara?
Gör gəlib çatıbdır vəziyyət hara?
Haqq desən, nizədə Quranın gedər.

Qatginən başıvı ilahilərnən,
Heç işin olmasın siyasilərnən.
Qarabağ alassan fərarilərnən?
Qorxginən Azəribaycanın gedər.

Комментариев нет:

Отправить комментарий