Страницы

11.10.2016

İngilislər Şərqdə qoylara qarşı

1857-ci ildə Hindistanda qoy xalqların lideri 2-ci Şah Bahadır ingilis kolonizatorlarının zülmünə dözməyərək, ordunun və xalqın birliyi ilə qiyama başladı. İlk mərhələyə öz adına pul kəsdirib, xütbə oxutmaqla başladı. Şahın bu hərəkətinə qarşı ingilislərin reaksiyası çox şiddətli oldu. İngilis əsgərləri Dehliyə daxil olaraq evləri, dükan və mağazaları qarət etdilər. Qarşılarına çıxan bütün qoca, cavan, uşaq və qadınları qılıncdan keçirdilər. Dözülməz bir vəziyyət yarandı. Bahadır Şah Dehlinin içərisindəki Kalyayi Müəlladanın 10 kilometrliyində yerləşən Humayun şahın türbəsinə sığındı. Zalımlığı ilə məşhur olan ingilis zabiti, keşiş Hudson bu məsələni öyrənərək ordu komandanı Vilsona bildirirdi. O Bahadır Şahı tutmaq üçün yardımçı qüvvələr istədi. Vilson verə biləcəyi muzdlu əsgərləri olmadığını söylədikdə, Hudson sultanın təslim olması üçün canına və ailəsinə toxunulmayacağı təminatının verilməsi təklifini etdi. Vilson bu təklifi əvvəlcə qəbul etməsə də, sonradan razılaşdı. Bundan sonra Hudson 90 nəfərlik əsgər heyəti ilə Humayun şahın türbəsinə gələrək şaha təslim olmağı təklif etdi və təslim olduğu təqdirdə ailəsinə  toxunulmayacağı təminatını verdi. Hudsona aldanan Bahadır Şah təslim oldu. Hudson sonradan sultanın iki oğlunu yaxalamaq istədi. Lakin sultanın oğlanları qalada mühafizə olunduqlarından onlara yaxın düşə bilmədi və nəticədə onları da canlarına təminat vermək yolu ilə aldatdı. Sultanın oğlanları da aldanaraq təslim oldular. İngilislər onları tutan kimi elə oradaca zəncirləyərək əli bağlı Dehliyə gətirdilər. Mərkəzi meydanların birində soyundurub sinələrinə qurğuşun tökərək şəhid etdilər. Deyilənlərə görə, Hudson onların qanından bir qədər şüşəyə töküb içmişdi. Bu gənclərin cəsədlərini xalqı qorxutmaq üçün qala qapısından asdılar. Bir gün sonra başlarını kəsərək İngiltərə valisi Henri Bernarda, ətlərindən isə şorba bişirərək şah və xanımının saxlandığı zindana göndərdilər. Onlar ac olduqları üçün əti yeməyə başladılar, lakin çeynəyə bilmədilər. Ətdən şübhələnərək yediklərini qusdular və qabları yerə çırpıb sındırdılar. Bu vəziyyətdə Hudson onlara yaxınlaşaraq: “Niyə yemədiniz?”- deyə istehza ilə şorbanın onun oğlanlarının ətindən hazırlandığını söylədi... 2-ci Şah Bahadır ömürlük həbs cəzasına məhkum edilərək Konqona sürgünə göndərildi. Şah 1862-ci ildə vətənindən uzaq bir ölkədə vəfat etdi. Bir müddət sonra isə qoy xalqların daha bir lideri Əllamə Fəzli Haqq Andaman adalarındakı zindanlardan birində ingilislər tərəfindən şəhid edildi.

Комментариев нет:

Отправить комментарий