Страницы

10.10.2016

Azadlığın mason izahı

«SİON MÜDRİKLƏRİNİN PROTOKOLLARI»:

«Azadlığın özü Allaha inam, insanlığın qardaşlığı prinsipləri üzərində köklənsəydi və  tabeliyi, hakimiyyət altında olmanı təyin etmiş yaradılış qanunlarına zidd bərabərlik fikrindən uzaq dursaydı, onda ziyansız olub, xalqların rifahına zərər vurmadan dövlətin gündəlik həyatında mövcud ola bilərdi. Belə bir inanc şəraitində xalq zühurçuların himayədarlığı ilə idarə olunardı və mənəvi liderinin- ruhaninin rəhbərliyi altında Allahın buyurduqlarına itaət edərək, dinc və üsulluca yaşayardı. Ona görə də lazımdır ki, dinə inamı sarsıdaq, qeyri-yəhudilərin beynindən Allah və Ruh prinsipini çıxaraq, onu arifmetik hesablarla və maddi tələblərlə əvəz edək. Qeyri-yəhudilər düşünməyə və görməyə macal tapmasın deyə onların başını sənaye və ticarətlə qarışdırmaq lazımdır. Bu halda millətlər öz mənfəətlərini axtarmağa başlayacaq və mənfəət uğrunda mübarizəyə başları qarışdığından ümumi düşməni görməyəcəklər. Lakin azadlığın qeyri-yəhudi cəmiyyətlərini tam pozğunlaşdırması və müflisləşdirməsi üçün sənayeni möhtəkirlik zəmininə yönəltməliyik: bu ona gətirib çıxaracaq ki, sənayenin torpaqdan aldıqları onun əlində qalmayacaq və möhtəkirliyə, yəni bizim kassalara keçəcək. Üstünlük uğrunda gərgin mübarizə, iqtisadi həyatda sarsıntılar hər şeydən əli soyumuş, məyus olmuş, ümidi kəsilmiş, laqeyd və qəddar cəmiyyətlər yaradacaq və artıq yaratmaqdadır. Belə cəmiyyətlər siyasətə və dinə ikrah duyacaqlar. Onların rəhbər tutduğu yalnız mənfəət, yəni qızıl olacaq. Onlar qızılı verə biləcəyi maddi həzlərə görə əsl pərəstiş kultuna çevirəcəklər. Belə olduqda, qeyri-yəhudilərin aşağı zümrələri xeyirə xidmət məqsədilə yox, hətta cəmiyyət xətrinə də yox, sadəcə imtiyazlı zümrəyə nifrət etdiklərinə görə asanlıqla bizim ardımızca- hakimiyyət rəqiblərimiz olan qeyri-yəhudi ziyalıların üstünə gedəcəklər».

Комментариев нет:

Отправить комментарий