Страницы

20.10.2016

Duqin - Azərbaycanın sakral rolu

Azərbaycan böyük dini reformator Zərdüşt peyğəmbərin doğulduğu yerdir. "Azərbaycan" adı qədim fars sözü olan Atropatenadan götürülmüşdür ki, mənası "Od qoruyan" deməkdir. İranlılar üçün bu torpaq müqəddəs sayılırdı. Bura odun qorunduğu yer idi. İndi Azərbaycan yenidən dünya siyasətində açar rolunu oynaya bilər. Bu qədim müqəddəs ölkə yenidən öz mərkəzçiliyini və əhəmiyyətini bərpa edə bilər. Azərbaycanın belə bir tarixi şansı yaranıb. Bəşəriyyətin üçüncü dünya müharibəsi astanasında olduğu indiki mürəkkəb şəraitdə Azərbaycan möhtəşəm missiya yerinə yetirə bilər. Azərbaycan yeni yaranacaq Avrasiya Birliyinin mənəvi lideri ola bilər. Beləliklə, odu qoruyan bu qədim dövlətin sakral statusu yenidən təsdiqlənə bilər. Axı Azərbaycan mərkəzdə - əsas geopolitik qüvvələrin kəsişdiyi liniyada - Rusiya, İran və Türkiyənin arasında yerləşir. Azərbaycanın tarixdə iz qoymaq üçün əsl şansı yaranıb.

Avrasiya Hərəkatının lideri Aleksandr Duqin

Комментариев нет:

Отправить комментарий