Страницы

21.11.2016

Azərbaycanda Naxçıvan traybalizminin gömrük epizodu

Azərbaycan dünyada analoqu olmayan bir məmləkətdir. 30 ildir ki, bu ölkə traybalizm prinsipi ilə idarə olunur. Azərbaycan DTK-nın keçmiş şefi Vaqif Hüseynov yazır ki, Azərbaycandakı traybalizm Heydər Əliyev şinelindən çıxan bir idarəetmə mexanizmidir. 
Azərbaycanı idarə edən bu mexanizm Heydər Əliyevi "milli lider" hesab edir. İstedadlı jurnalist Məmməd Süleymanovun dili ilə desək, ölkədə düşünən kəsim ya "xuliqan”, ya "narkoman”, ya "terrorçu”, ya da "agentdir”. Tarixi zonalar feodallıqlara bölünüb və başında kəndxudalar durub. Lakin feodalizm dövründən fərqli olaraq kəndxudalıq belə yerlı əhaliyə etibar edilmir, bu postlar da gəlmələr arasında bölüşdürülüb. Burada vəzifələr irsən ötürülür, ən böyük dəllallar və "bərk gedən" iş adamları da Heydər Əliyev traybının üzvləridir.
Normal cəmiyyətlərdə hətta kuryer işləməyə layiq olmayanlar Milli Məclisin (əslində trayb məclisinin) deputatı, nazir müavini postunadək çəkiliblər. Bu ölkənin təhsil çinovniki orfoqrafik səhvlərlə yazır.
Təkcə Gömrük Komitəsinin nümünəsi kifayət edir ki, ölkədə Naxçıvan traybının hökmranlığına qiymat verəsən. Bu quruma kökəncə Qərbi Azərbaycandan (el arasında "yerazlar" deyilr) olan Aydın Əliyev rəhbərlik edir. Onun sələfi Naxçıvan traybının başçılarından olan, hazırda Azərbaycanın fövqəl-naziri kreslosunda oturan Kamaləddin Heydərovdur. Faktiki olaraq bu qurum bu gündə fövqəl nazirin qeyri-rəsmi kurasiyasındadir. Komitənin rəsmi saytında göstərilir ki, Aydın Əliyevin biri birinci müavin, üçü siravi müavin olmaqla 4 müavini var.
Sədrin birinci müavini Səfər Mehdiyevdir. O, 1973-cü il martın 17-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. 1998-ci ildə Türkiyənin EGE Universitetinin Beynəlxalq-iqtisadi əlaqələr fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə 1990-cı ildə Naxçıvan MR Babək rayonunun Nehrəm kənd kolxozunda başlamışdır. 2004-cü ilin fevral ayından 2006-cı ilin fevral ayına qədər Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir. 2006-cı ilin fevral ayından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışır.
Aydın Əliyevin siravi üç müavinindən biri Əsgər Abdullayevdir. O, 1963-cü il iyul ayının 26-da Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndində anadan olmuşdur. Məlumata görə 1985-ci ildə Kiyev İnşaat Mühəndisləri  İnstitutunu bitirib. 1985-1996-cı illərdə Yaşıllaşdırma müəssisəsinin Baş İstehsalat İdarəsində işləyib. 1996-cı ildən Azərbaycan Dövlət Gömrük Komitəsində işləyir. 2006-cı il iyunun 21-dən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.
Aydın Əliyevin sıravi müavinlərdən biri Rza Həsənəliyevdir. O da Naxçıvandandır. Avtobioqrafiyasında R.Həsənəliyevin Ordubad şəhərində anadan olduğu, elə oradaca baramaaçan fabrikində fəhlə kimi əmək fəaliyyətinə başladığı yazılıb. 1984-cü ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunu bitirib. Gömrük Komitəsində 1995-ci ildə əmək fəaliyyətinə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində inspektor vəzifəsində başlayıb. İşlər idarəsinin rəis müavini, sonradan həmin İdarənin rəisi vəzifələrində işləyib. 1999-cu ilin fevral ayında komitə sədrinin müavini təyin edilib.
Aydın Əliyevın sıravi üçüncü müaveni isə 1951-ci il oktyabrın 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olan Nazim Xeyrulla oğlu Məmmədov. O, 1999-cu ildə "Təfəkkür” Universitetinin hüquq fakultəsini bitirmişdir. Əvvəllər baytar işləyib. 1995-ci ildən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində çalışır. 2007-cı ilin 28 dekabrından Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində xidmət edir. 
Bu dünyada traybalizmdə analoqu olmayan məmləkətimizin simasının yalnız gomrük orqanları timsalında bir təzahürüdür. "Yeni Musavat" qəzetinin yazdığına görə bu prosesdə traybın yerli standartları nəzərə alınır: "Heç kimə sirr deyil ki, Azərbaycanda nazirləri, müavinlərini "parçala hökm sür” devizi ilə vəzifəyə təyin edirlər. O da məlumdur ki, Naxçıvanın Ordubad bölgəsinin camaatı ilə nehrəmlilər arasında münasibətlər sərindir. Gömrük Komitəsinin rəhbərliyindəki 4 müavin postunu tutan kadrdan ikisi Ordubadlı, digərləri isə nehrəmlidir".
Əlbəttə pariteti pozmaq yolverilməzdir. Bu traybın monalitliyinə zərbə endirmiş olar. /talish.org/

Комментариев нет:

Отправить комментарий