Страницы

01.11.2016

İŞİD – NATO-nun gizli müsəlman ordusudur

İŞİD Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əl-Kaidə adlı köhnə rezerv bazası əsasında yaradılmışdır. Əsas özəyini Əfqanıstanda Sovet qoşunlarına qarşı vuruşmaq üçün yetişdirilmiş terror qruplaşması təşkil edir. Mİ-2, Mİ-5, MKİ və Mossadın birgə layihəsi olan bu təşkilata ərəb və islam ölkələrindən sələfi müsəlmanlar axıdılır. Onlara məşq keçərək qanuni hakimiyyətləri yıxmaq üçün müxtəlif coğrafiyalara göndərirlər. 1992-95-ci illərdə Slobodan Miloşoviçi yıxmaq üçün Bosniyada istifadə olundular. Hal-hazırda ABŞ hökumətinin “Terrorçular üçün viza” proqramı əsasında İraq və Suriyada cəmləşmişlər. İŞİD İraq və Suriyada ABŞ, İngiltərə və İsrail kəşfiyyatlarının birgə işləyib hazırladığı “Bal pətəyi” layihəsini həyata keçirir. “Bal pətəyi” strateji layihəsinin əsas məqsədi müsəlman ölkələri arasında boğulmaqda olan İsraili xilas etməkdir. Həmin layihə çərçivəsində bütün dünya ölkələrindən vahhabilər əraziyə axıdılır, sionizmə düşmən ölkələrin sərhədlərində müxalif qüvvələr toplanır, nəzərlər və resurslar yeni düşmənə yönəlməklə İsrail diqqətdən yayındırılır. Gizli kəşfiyyat sənədlərində deyilir: “Yaranmış şəraitdə yəhudi dövlətini qorumağın yeganə yolu qonşu ölkələrin sərhədlərinə ekstremistləri doldurub yeni düşmən yaratmaqdır”. Məsələ o qədər ciddidir ki, İŞİD üzvlərinə hərbi təlimləri ABŞ-ın ən güclü özəl hərbi kompaniyası sayılan MPRİ zabitləri keçir. Bir müddət əvvələ kimi təlimlər Türkiyənin Hatay bölgəsindəki NATO düşərgələrində keçirilirdi. Pentaqonun strukturuna daxil olan MPRİ-nin ştatında olan generalların sayı Pentaqonun öz ştatındakı generalların sayından çoxdur. İŞİD – NATO-nun gizli müsəlman ordusudur.

Комментариев нет:

Отправить комментарий