Страницы

01.11.2016

İŞİD-lə bağlı informasiya təhrifi

Aydın Hüseyni

İŞİD Mosula vəhşicəsinə hücum edərək qadın, uşaq, yaşlı demədən müsəlmanları şəhid etdi və növbəti cinayətə imza atdı. Belə bir fonda İŞİD-in bəzi mətbu orqanları tərəfindən müsəlman kimi göstərilməsi qəbuledilməzdir. Sosial şəbəkələrdə bəzi beyin yuyulmasına məruz qalmış insanların İŞİD-çilərə məsum kimi yanaşması təəssüf doğurur. Qərb və Səudiyyə fondlarının maliyyəsi ilə aparılan çoxillik təbliğat nəticəsində bəzi insanlarımız yad sektanı, İŞİD kimi mənfur bir qövmü müsəlman kimi tanıyıblar.
İŞİD Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əl-Kaidə adlı köhnə rezerv bazası əsasında yaradılmışdır. Əsas özəyini Əfqanıstanda Sovet qoşunlarına qarşı vuruşmaq üçün yetişdirilmiş terror qruplaşması təşkil edir. Mİ-2, Mİ-5, MKİ və Mossadın birgə layihəsi olan bu təşkilata ərəb və islam ölkələrindən sələfi müsəlmanlar axıdılır. Onlara məşq keçərək qanuni hakimiyyətləri yıxmaq üçün müxtəlif coğrafiyalara göndərirlər. 1992-95-ci illərdə Slobodan Miloşoviçi yıxmaq üçün Bosniyada istifadə olundular. Hal-hazırda ABŞ hökumətinin “Terrorçular üçün viza” proqramı əsasında İraq və Suriyada cəmləşmişlər. İŞİD İraq və Suriyada ABŞ, İngiltərə və İsrail kəşfiyyatlarının birgə işləyib hazırladığı “Bal pətəyi” layihəsini həyata keçirir. “Bal pətəyi” strateji layihəsinin əsas məqsədi müsəlman ölkələri əhatəsində boğulmaqda olan İsraili xilas etməkdir. Həmin layihə çərçivəsində bütün dünya ölkələrindən vahhabilər əraziyə axıdılır, sionizmə düşmən ölkələrin sərhədlərində müxalif qüvvələr toplanır, nəzərlər və resurslar yeni düşmənə yönəlməklə İsrail diqqətdən yayındırılır. Gizli kəşfiyyat sənədlərində deyilir: “Yaranmış şəraitdə yəhudi dövlətini qorumağın yeganə yolu qonşu ölkələrin sərhədlərinə ekstremistləri doldurub yeni düşmən yaratmaqdır”. Məsələ o qədər ciddidir ki, İŞİD üzvlərinə hərbi təlimləri ABŞ-ın ən güclü özəl hərbi kompaniyası sayılan MPRİ zabitləri keçir. Bir müddət əvvələ kimi təlimlər Türkiyənin Hatay bölgəsindəki NATO düşərgələrində keçirilirdi. Pentaqonun strukturuna daxil olan MPRİ-nin ştatında olan generalların sayı Pentaqonun öz ştatındakı generalların sayından çoxdur. İŞİD – NATO-nun gizli müsəlman ordusudur.
İnsanların belə kafir qövmə ürək yandırıcı tərzdə yanaşması İslami anlayışın yoxluğundandır. Tarix boyu nəinki şiə, hətta sünnilərə belə acımayan bu ingilis qullarının cəmiyyətə məsum, çarəsiz və ya haqlı kimi təqdim olunması gələcəkdə mənfi hallar doğurar. Unutmamalıyıq ki, bir zamanlar Fətullah Gülən də xalqa dindar elm adamı, yüksək məqam sahibi, aqil hoca kimi tanıdılırdı. Hər yerdə onun açdığı fitnə məktəblərini elm və barış məktəbləri kimi göstərirdilər. İlk fürsət düşən kimi əli yalın türk xalqına öz silahını dadızdırdı.
Bilməliyik ki, vahhabilər, nurçular və digər qruplaşmalar bütün islam dünyasını, müsəlman diyarlarını böyük təhdid altında qoyub, gələcəyimizə böyük təhlükələr hazırlayıblar. Nurçuların əlində cəmləşmiş, Gülənin Azərbaycandakı gizli imamlarının kurasiya etdiyi mətbu orqanlarımızın dəstəklədiyi, "müxalif qüvvələr", "rejimə qarşı döyüşənlər", "mücahidlər" adlandırdığı İŞİD terror qruplaşmasının son cinayəti o olub ki, Mosulda Azərbaycan kökənli, dili, dini, məzhəbi bizimlə eyni olan türkmən qardaşlarımızı şəhid edib. Xarici qüvvələrin vassalı olan, NATO-nun Şərqdəki siyasətinə muzdurluq edən, heç kimə acımayan, İsraildən başqa bütün dövlətlərlə vuruşmağa hazır bu qruplaşmaya acımaq ən azından əqlsizlikdir. Ümid edirəm ki, Əllah t.t İslamın xəstəliyi olan bu muzdurların şərrindən Müsəlmanlarımızı hifz edə.

Комментариев нет:

Отправить комментарий