Страницы

11.11.2016

Rusları soymək lazımdır, özü də gecə-gündüz!

Əkrəm Məlikov

Telekanalizasiyalarda əgər xəstə bir uşağı efirə çıxardıb, şəxsiyyətini aşağılayıb xalqdan yardım istədirlərsə, onda bu dövlət və səhiyyə kimə lazimdir? Basqa vaxt “uşaqları erkən vaxtdan” işləməməyə, valideyninə kömək etməməyə çağırış edirlər. Şüarları da qulaq deşir- “Uşaqlar bizim gələcəyimizdir”! Əcəba, bu qədər xəstə, dövlətin, səhiyyənin himayə etmeədiyi uşaqların öz gələcəyi olmadığı halda, hansı gələcəyimizdən danışırlar?
***
Sosialist inqilabından sonra möhtəşəm dövlətimiz SSRİ tez bir zamanda Azərbaycan klassiklərini, yazıçılarını, şairlərini dünyaya tanıtdı. SSRİ dağıdılandan sonra bizə sırıdıqlari 25 illik “müstəqillikdə” bu hökumət nə şair, nə yazar, nə də mütəxəssis yetişdirib üzə çıxarda bilmədi. Əksinə üzə çıxanı da batırmağa cəhd göstərdi...
***
Əbulfəz Əliyev öz evinin yolunu zorla tanıyıb gedib gəlirdi. Ondan yol çəkən olardı? O sadəcə Heydər gələnə qədər postda qarovulçu idi.
***
Baxıram ki, bu ölkənin iqtidarından tutmuş su pulu yığanına qədər kürddür. Bəlkə Azerbaycanı tamamilə verək onlara və Mozambiki özümüzə vətən seçək?
***
Rusları soymək lazımdır, özü də gecə-gündüz. Bir vaxt millətə adam başına bir aylıq qaz pulunu 25 qəpik eləyib, bu milləti pis öyrətdi. İndi milli vətənsüvənlər sayğacla yarı qaz, yarı havanı kubla satırlar. Bu millətə hələ azdır. Söyün rusları nəyi var!..
***
Sovet donəmini elə qarayaxmalarla təsvir edirlər ki, o quruluşu görməyənlər bəlkə də onu faşist Almaniyasından, İSİD-dən də qəddar və dəhşətli bir ölkə və ya qurum kimi anlayır. Böhtanlı danışmayın. Sovetin təkcə İsmayıllıya verdiyi iş yerlərini saymaqla bitən deyildi. Hanı kələğayı fabriki, şirə zavodu, məişət evi, meşə təsərrüfatı kombinatı, emal zavodu, meyvə tədarük kontoru, limonad sexləri və s. və i. Uşaq bağçalarını, üzüm bağlarını, tütün sahələrini, maldarlıq fermalarını demirəm. Müstəqillik olan kimi hamısını məhv etdilər.
***
Yazıqlar olsun ki, bunlar Mark Zükerbergin dünən adını sosial şəbəkədən öyrəniblər. Amma Sovet dövləti 1961-ci ildə burdan kosmosa 3G texnologiyası vasitəsi ilə görüntülü telefon (mobil rabitə) danışığı aparmışdı. Görün bunlar nə qədər gerizəkalı insanlardır. 1981-ci ildə Şimal Buzlu okeanından gələn əsgər məktublarını zərfi açmamış kompüter tərcümə edib monitora verirdi. Bir sualtı qayıq sözünə görə özbək millətindən olan əsgərin yerini dəyişdilər. Mark bunlara komp bağışlayıbmış bilməmişik. Sovet təhsilinə və Sovet texnologiyasına Yer üzündə çatası nə texnologiya vardı, nə də bilik.
***
Sovet vaxtı din əldən getmişdi. Ölənləri ekskovatorla mollasız, Quransız dəfn edirdilər. Bayram-zad da nə olan şeydi heç kim bilmirdi. Bir ay qabaq dükanlara yumurta, saf təmiz kərə yağları, ət gətirib doldururdular ki, camaat martın 21-22-sində aparıb tarlada toxum əvəzi əksin. Azadlıq başqa bir nemətdir. “Müstəqil olduq”- Novruzu bəylər hansısa səfirlikdən geri çağırdı. O gələndən sonra bayramlarımızdan ciğ iyi gəlməyə başladı. Kürdlər heyvandarlıqla (köçəri tayfalardır) məşğul olduqlarına görə xaş bişirməyi yaxşı bacarırlar. İndi bu müstəqil ölkənin hər yerindən- yasından, toyundan, bayramından və insanlarından da ciğ iyi gəlir.
***
Sovet hökuməti axmaq hökumət idi. Sayğacsız qaz, su verirdi camaata. Qaniçən Sovet hökumətinin vaxtında bir nəfərin yandırdığı qazın pulu cəmi 25 qəpik idi. Dizel yanacağının litri 7 qəpik, benzin 10 qəpik, ag neft 3 qəpik idi. Başdanxarab hökumət necə olur ki? İndi 1 litr nefti 1 manat 50 qəpiyə zorla tapırsan lampaya tökməyə. Bax buna varam!
***
Soveti bəyənməyən əbləhlər! Görün nə günə qalmısınız. Ölkə QİÇS üzrə birinci yerdədir. Hepatitli xəstələrin sayi bilinmir. Minlərlə yoluxucu xəstəlik daşıyan insanlarımız var. Mentalitet dərdindən dərdini kimsəyə aça bilmir. Səhiyyə o qədər bərbad gündədir ki, qrip xəstəliyini müalicə edə bilmirlər. Xaricdən iribuynuzluların gətirdiyi ərzaq məhsulları milləti iflic vəziyyətinə salıb. SSRİ vaxtında niyə yox idi bu xəstəkiklər? İndi də xəstəlik daşıyıcılarının nəşini yandırmaq qərarı verirlər. Heç olmasa utanın, budurmu yüksək inkişafınız? Meyidi yandırmaq yox, sizin kimi nadürüstləri diri-diri yandırmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий