Страницы

12.11.2016

Xəlil Rza Ulutürk - Üzvü olduğum Sovet İttifaqı Kommunist Partiyasına

Qatar- səfər ayaqqabım, təyyarə tunc qanadımdı,
Ağ köpüklü sellər, sular
Qayaları parçalayan iradəmdi, inadımdı!
İldırımlar - nəfəsimdir, yerlər, göylər- iş otağım.
Doğuldum ki, zirvələrə bayraq taxım.
Yaratdığım kainata qürur dolu ğözılə baxım.
Mən sənə bənzəyirəm, əziz, doğma Partiyam.
Yarandım ki, sənin kimi parlayam.
Mən sənə bənzəyirəm: sənin kimi cəsuram!
Sənin kimi məğruram! Sənin kimi bülluram!
Snin kimi dağıdır, sənin kimi qururam!
Bəlkə yanlış söylədim, nə bülluram, nə də mis.
Bütün çarpışmaların ön atəş xəttindəyəm,
Mən - sıravi kommunistəm!
Mən ehkam dağlarını darmadağım edənəm!
Sənin işarənə bənd, ön cəbhədə gedənəm!
Saçlarıma toxunur on iki il bayrağın,
İldırım qələmimdir çəkicinlə orağın!
Mən sənə bənzəyirəm, əziz, doğma Partiyam.
Fəxrimdir bu bənzəyiş.
Atasına bənzəməz oğula kəm deyərlər.
Mən sənə bənzəyirəm.
Sənin iş qüdrətinlə, sənin ləyaqətinlə
Şerimə bənzəyirəm... Mən sənə bənzəyirəm.
Sənin qaynar qanın da çağlar damarlarımda.
Dövr edir bu dövranlar, çağlar damarlarımda.
Ciyərlərim nuş edir sənin asimanını,
Hər addımım sabaha aparır ünvanını!
Dodağımda ikicə söz: Leninçilər, Leninçilər!
Yırtıb qara bulutları, yerə göyə işıq çilər
Günəşsifət, baharsifət Leninçilər!
Bir soruş gör, tarlalara dənmi səpir əkinçilər?
Çəltik, çiyid, sarıbuğda səpgisidir o inşılər.
Yer üzünə sülh toxumu səpir bu gün Leninşilər!
Ək torpağa, ək incilər,
Ey müqəddəs əkinçilər- Leniinçilər!
Hər zərrəmdə duyuram mən qara şumun ətrini,
Sənin hərarətinlə, nəfəsinlə oyanan
Dənin, tumun ətrini.
Bərəkət kotanımsan, mənim doğma Partiyam!
Sübhə vaz atanımsan, sülhə can atanımsan.
Mənim doğma partiyam!
Dağ yumruğun susdurur hər satqını, azğını,
Bütün cahangirlərin cıracaqsan ağzını!
Mən sənə bənzəyirəm, mən sənə bənzəyirəm,
əziz, şanlı Partiyam!
Lenincanlı Partiyam, Leninqanlı Partiyam!
Mən sənə bənzəyirəm hər bir hüceyrəm ilə,
Könlümdəki sevinc, qəzəb, qəm ilə.
Apar laçın qəlbimi Aya, Günəşə, Marsa!
Gözlərimi verərəm öz Partiyam umarsa,
Əginlikdə yüz milyard ulduz olar gözlərim,
Şüa-şüa gül açar, göydə bitər sözlərim.

Комментариев нет:

Отправить комментарий