Страницы

17.11.2016

O biz şiələrin yolunda öldü

17 mart 2016-cı ildə Rusiya ordusunun zabiti Aleksandr Proxorenko dünya tarixinin qiymətsiz incisi olan Palmira şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. İŞİD mövqelərini müşahidə edən və təyyarələrə raket zərbələri üçün koordinatlar verən qəhrəman kəşfiyyatçı Aleksandr Proxorenkonun yeri terrorçular tərəfindən müəyyən edildi və o mühasirəyə düşdü. Əsir götürüləcəyini görən zabit ratsiya ilə öz olduğu yerin koordinatlarını verərək komandanlıqdan mövqeyinin raket ilə vurulmasını istədi. Aviasiya hücumunu öz üzərinə çağırdı və nəticədə özü ilə bərabər çoxlu sayda düşməni məhv etdi. “Komandir, mən mühasirədəyəm. İstəmirəm ki, onlar məni əsir götürsünlər. Havadan hücum çağırıram. Onlar mənə və əynimdəki Rusiya uniformasına qarşı nalayiq hərəkətlərə yol verəcəklər. Mən şərəflə ölmək istəyirəm. İstəyirəm ki, bu əclaflar da mənimlə birgə o dünyaya yollansınlar. Zəhmət olmasa mənim son arzumu yerinə yetirin- havadan zərbə endirilməsinə əmr verin...” Proxorenkonun son sözləri bütün dünyanı dolaşdı. Xidməti borcunu sonadək yerinə yetirən sadə rus cavanının mərdliyi bütün dünya ictimaiyyətini riqqətə gətirdi. Rusiya Prezidenti Vladimir Putinin göstərişi ilə Aleksandr Proxorenkoya Milli Qəhrəman adı verildi. Maraqlı cəhətlərdən biri budur ki, rus zabitinin ruh yüksəkliyinə heyran qalan Qərb ictimaiyyəti həmin xəbərlə hökumət KİV-lərində və televiziyalarda yox, məhz internetdən tanış oldular. Qərb rəsmi mediası rus zabitinin şücaəti barədə bircə kəlmə də danışmadı. Proxorenko biz şiələrin yolunda öldü. Rus zabitinin şücaəti nəinki Rusiya xalqının, eləcə də bütün dünyada yaşayan həqiqət tərəfdarlarının, ən əsası isə yolunda öldüyü şiələrin qəlbinə toxundu. Haqq yolu naminə mübarizə aparıb canından keçənlər heç zaman unudulmur və unudulmamalıdır. Əgər bu baş versə, biz sağ qalanların yaşamağa haqqı yoxdur. Çünki bizim həyatımız qəhrəmanların qanı bahasına qazanılır.

Комментариев нет:

Отправить комментарий