Страницы

17.11.2016

MÜHARİBƏ APOFEOZU

 Sionistlər iqtisadi böhranları hər zaman görürlər, çünki o böhranları özləri yaradırlar. Bu insanlar nəinki iqtisadi böhranların qarşısını alırlar, hətta böhran ərəfəsində səhmlərini yüksək qiymətə satıb, birjalar müflis olandan sonra geri yığırlar və beləcə sərvətlərinə sərvət qatırlar. Sionist idarəçilər dəfələrlə özlərinin yaratdıqları çaxnaşmalar sayəsində çox qısa vaxt ərzində dünya sərvətinin böyük qismini ələ keçirmışlər. Onlar iqtisadi çaxnaşmalarda itirmirlər, çünki həmin çaxnaşmalar barədə əvvəlcədən xəbərləri olur. Çaxnaşmalar onlar üçün “məhsul yığımı” sezonu, “qoyun qırxımı” dövrüdür. Bütün iqtisadi böhranlar oğurluq, soyğunçuluq etmək və dünyada sionist hökmranlığını qurmaq üçün yaradılır. 
 Lakin iqtisadi böhranlar nə qədər pis olsalar da, müharibələr qədər pis deyil. Henri Ford deyirdi ki, dünyanın varlı 50 yəhudi ailəsinin pulu əlindən alınarsa, dünyada nə müharibə, nə də inqilablar baş verər. Rotşild sərmayəsi Birinci və İkinci Dünya müharibələrini törətdi. Əslində son 200 ildə baş verən bir çox müharibələrə görə bu ailə məsuliyyət daşıyır. Ailə müharibələrdə qarşı duran bütün tərəfləri maliyyələşdirir və konkret mövqe nümayiş etdirmir. Rotşild ailəsi üçün müharibələr qoy xalqları zəiflədən, mənəvi cəhətdən sarsıdan, Ümumdünya Sionist Hökmranlığı qurulmasına yardım edən hadisədir. Müharibələr onlar üçün məqsədə çatmağın ən qısa yoludur. Bu quldurların faizin reallaşmasını gözləməyə hövsələləri çatmır. İnsanları iqtisadi böhranların köməyi ilə soymaq da olduqca ləng prosesdir. Halbuki bəşəri ağrıların, dramların yaşandığı müharibələr çox sürətli gəlir mənbəyidir.
 Nə qədər ki dünyanı sionist sərmayəsi idarə edir, xalqlar daim müharibə təhlükəsi ilə üz-üzə qalacaqlar. Bəli, dünya əslində arxa planda baş verənlərdən xəbərsiz olanların ağlına gəlməyəcək insanlar tərəfindən idarə olunur. Sionistlər qoy xalqları bir-birinə qırdırmaqla siyasi güclərini və müqəddəs “Qızıl Standartlarını” qorumaqla məşğuldurlar. Millətlərarası qızıl standartı, media və gizlilik yəhudi Rotşild ailəsini dünyanın ağasına çevirmişdir.
 Ravvin Reyxornun dəfni mərasimindəki nitqin protokollarında göstərilirdi: “Qeyri-yəhudilərin qürurlu və axmaq olmalarından istifadə edib onları müharibəyə sövq etməliyik. Onlar bir-birlərini öldürərək bizə yer açacaqlar”. Bu gün ABŞ və Türkiyənin ölkəmizdəki 5-ci kolonu tez-tez və açıq şəkildə Ermənistan ilə müharibəyə səsləyir, torpaqlarımızın müharibə yolu ilə qaytarmağın vacibliyindən danışır. Xeyir ola?! Milyardlarla xarici borcu olan, yoxsulluğun, işsizliyin baş alıb getdiyi ölkənin müharibə etməyə taqəti vardırmı? Müharibəyə çağırış etməmişdən xalqdan soruşdunuzmu, ey xalq, sənin müharibə etməli halın və istəyin varmı? 90-cı illərdə sənin başına gətirdiyimiz oyunları bir də gətirməyimizi istəyirsənmi? Bu müharibəni udacağımıza kim zəmanət verə bilər? Ermənilərlə müharibə etdik, nəticədə neftimiz-qazımız İsrailin əlinə keçdi. Şərqdə möhtəşəmliyi və intellekti ilə fərqlənən xalq qul halına salındı.
 Gülənçi şəbəkənin əlində olan saytlar xalqı müharibəyə həvəsləndirmək yolunda özlərinə əl qatıblar. Xəbər yayırlar ki, Pakistan Qarabağ üçün 100 minlik qoşunu hazır vəziyyətə gətirmişdir. Guya Pakistan dövləti Azərbaycan-Ermənistan arasında yaşanan gərginliyi nəzərə alaraq qoşunlarına tam hazır vəziyyətdə durmaq əmrini verib. Xəbərdə deyilir ki, Pakistan nə az, nə çox, Azərbaycan öz torpaqlarının işğaldan azad edilməsi uğrunda rəsmən müharibəyə başlandığını elan edən gün (fikir verin aaa, səhəri gün də yox, məhz müharibəyə başlayacağımız gün!) həmən öz qoşunlarını Qarabağa göndərəcək! Doğrudan da adamın ürəyi qübar olur! Belə pakizə qardaşdan kim inciyər?
 Azərbaycanda hər dəfə bir faciə baş verəndə Türkiyə deyir: “Her zaman Azerbeycanın yanındayız!”. Bizimkilərin də bu cür boş-boş bəyanatlara az qalır ürəyi gedə! Azərbaycanın yolunu su yoluna döndərmiş Türkiyə yetkililəri dayanmadan təkrarlayırlar ki, Azərbaycanın yanındayız! Qarabağda müharibə başlayarsa, Ermənistanı həmən vururuz! Belə qardaşa nefti-qazı pulsuz verməyəsən, neyləyəsən?! Türkiyənin ölkəmizdəki təsir agentləri olan QHT rəhbərləri tez-tez təkrarlayırlar ki, Türkiyə Azərbaycana hərbi bazalar yerləşdirməlidir. Şah İsmayıl qəbirdə qıvrılır. Yeni müdafiə naziri təyin olunandan hər üç aydan bir Türkiyə ilə birgə hərbi təlimlər keçirilir. Allah axırını xeyir eləsin. Bütün bunlar prosesi bir az da sürətləndirmək, Qafqaz xalqları arasında yeni qırğın qoparmaq üçündür. NATO-nun qrantları hesabına dolanan qeheteşniklərimiz cani-dildən vurğulayırlar ki, “bizim Qarabağ münaqişəsində üç strateji müttəfiqimiz var: Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı”. Əcəb müttəfiqlərdir. Belə müttəfiqləri olana düşmən lazım deyil. Səudiyyə Ərəbistanının bölgədə vahhabi xilafəti yaratmaq niyyəti və bu işə sərf etdiyi milyardlar barədə isə bircə kəlmə də deyilmir. Ekspertlər gözəl bilirlər ki, savaşın Şimali Qafqaza inikas olunması ehtimalı da var. Müharibənin sonrakı etapında Türkiyə, Pakistan, ərəb ölkələrindən ölkəmizə qüvvələr yerləşdirmək, müharibənin regional xarakter daşımasına şərait yaratmaq məqsədi güdülür. Qarabağ müharibəsinin təşəbbüskarı olan ABŞ-ın niyyəti Rusiyaya qarşı yeni cəbhə açmaqdır. Bilənlər bilir ki, planetdə baş verən bir çox müharibələr kimi bu müharibənin də sifarişi xaricdən gəlir. Qərbli ağalar yerli nökərlərinin köməyi ilə Qafqazı müharibə meydanına çevirmək fikrindədirlər- Azərbaycan xalqını fikirləşən yoxdur, necə deyərlər, dava yorğan davasıdır. ABŞ Rusiyanın, eləcə də postsovet məkanının zəngin təbii sərvətlərini ələ keçirmək niyyətindədir. Bütün bu oyunlar ABŞ-ın həmin məkrli planları üçündür. Rusiya Təhlükəsizlik Şuraşının sədri Nikolay Patruşev demişdir: “ABŞ rəhbərliyi özü üçün hədəf nişanlayıb- dünyaya hakim olmaq. Bununla əlaqədar onlara güclü Rusiya lazım deyildir. Əksinə, onlara maksimal dərəcədə bizim ölkəni zəiflətmək lazımdır. Həmin məqsədə nail olmaq üçün Rusiyanın parçalanması da istisna edilmir. Bu, Rusiyanın malik olduğu zəngin ehtiyatlara Birləşmiş Ştatların yolunu açar. Onların fikrincə, Rusiya həmin sərvətlərə layiq deyildir”.
 Güclü Rusiyanı məhv etmək üçün onun ətrafında müharibə ocaqları yaratmaq lazımdır. Məqsəd Rusiyanı ona qarşı vuruşmağa hazır düşmən ölkələrlə əhatələməkdir. NATO Qafqaz və Orta Asiya ərazilərindən Rusiyaya soxulmaq üçün istifadə etmək istəyir. Həmin istək “ABŞ Hərbi Hava Qüvvələrinin Şimali Qafqazda və Orta Asiyada vəzifələri” adlı məşhur sənəddə tam ifadə olunmuşdur. “Anakonda halqası”- NATO-nun Rusiyanı mühasirəyə almaq planını hələ də gündəmdədir. “Anakonda halqası”- konspiroloqların quraşdırdığı nağıl deyil, ABŞ-ın Alfred Tayer Mexen, Zbiqnev Bjezinski, Henri Kissincer kimi yəhudi strateqlərinin hazırladığı konkret plandır. Rusiyanı Qazaxstandan tutmuş Finlandiyaya kimi düşmənlərlə əhatəyə almağı qarşıya məqsəd qoyan həmin strateji plan uzun müddətdir ki, Qərb tərəfindən əzmlə həyata keçirilir. Həmin strategiyaya uyğun olaraq NATO müxtəlif layihələr əsasında Rusiya ərazisinə soxulmağa cəhdlər edir. Finlandiya və İsveçə NATO-ya girmələri üçün təzyiqlər göstərilir. Rumıniya, Pribaltika, Polşa, Bolqarıstan, Moldaviya, Gürcüstan, Azərbaycan ordu heyətləri NATO təlimlərinə cəlb edilir. Ukrayna Rusiya ilə müharibəyə təşviq edilir, ora mütəmadi silah-sursat, texnika, muzdlular və hərbi “məsləhətçi”lər göndərilir. Türkiyə hökumətini daha sözəbaxan hökumətlə əvəz etməyə cəhdlər edilir. Ermənistanda və Qazaxstanda vəziyyəti gərginləşdirmək üçün qrantgəmirici qeyri-hökumət təşkilatları ilə mütəmadi iş aparılır. NATO-nun hətta Əfqanıstan, İraq, Cənubi Koreya, Yaponiyadakı hərbi bazalarında Rusiyaya hədəflənmiş əməliyyatlar hazırlanır. Mərkəzi Kəşfiyyat İdarəsi Əl-Kaidə terrorçularını Əfqanıstan ilə sərhədə cəmləşdirərək, onları Rusiyaya doldurmaq, Volqaboyu, Orenburq və Tatarıstanı müharibə meydanına çevirmək üçün uzaqvuran planlar qurur. Uyğurıstan “Azadlıq” Hərəkatının Çikaqoda masonların qucağında oturmuş lideri Çində milli zəmində çaxnaşmalar yaratmaq üçün özünü cırıb dağıdır.
 Belə bir qlobal strategiyanı həyata keçirmək üçün ən asan yol “Parçala və hökm sür” prinsipinə riayət etməkdir. Məhz bununçün qoy xalqlar arasında düşmənçilik yaratmaq və yaranan düşmənçiliyi get-gedə dərinləşdirmək üçün addımlar atılır. Xalq kütlələrini məlum strategiyanın peşkalarına çevirmək üçün bundan əlverişli variant yoxdur. Hələ 1917-1918-ci illərdə İranda yerləşən ingilis hərbi korpusunun komandiri Lionel Denstervil deyirdi: “Qafqaz xalqları taqətdən düşənə qədər bir-birini qırmalıdır, yalnız bundan sonra biz Qafqaza sahib ola bilərik”. Erməni xalqı da, biz də başa düşməliyik ki, sağ qalıb qalmamağımızın əsas şərti “Anakonda halqası” strategiyasına nə qədər riayət etməyimizdən, həmin strategiyanın “Parçala və hökm sür” prinsipinə nə dərəcədə uyğun gəlməyimizdən asılıdır. Biz hər şeydən əvvəl yırtıcı deyil, insanıq. Reptiliyanın soxulduğu Yer adlı planetimizdə əvvəl-axır yan-yana sülh şəraitində yaşamağa məhkumuq. Əgər “Anakonda halqası” strategiyasının “Parçala və hökm sür” siyasətinə peşka olsaq, ilan boynumuza dolaşacaq və boğana kimi buraxmayacaq. Gələcək nəsillərimizin taleyi bizim bu günkü ayıqlığımızdan və müqavimətimizdən asılıdır. Bəzilərinə elə gəlir ki, ayrılıq illüziyası, məsələn, millətçilik ideyası bizim eqomuzu sakitləşdirir, milli dəyanətimizi yüksəldir və xalqımızın öz müqəddəratını təyin etməsində rol oynayır. Amma başa düşmürlər ki, bizim qul halına salınmağımız üçün ilk növbədə izolyasiya olunmağımız, ətraf aləmdən təcrid edilərək neytrallaşdırılmağımız, qonşulara düşmən kəsilərək təklənməyimiz lazımdır, bununçün isə millətçilik ideologiyası əvəzedilməz rol oynayır. Qlobal Prediktor öz işini yaxşı bilir.
 Bu arada “The National İnterest” dərgisi xəbər yaymışdır ki, ABŞ ordusu Azərbaycan və Ermənistanda döyüşlərə hazırlaşır. Birləşmiş Ştatlar ordusu Azərbaycan və Ermənistana mümkün hərbi müdaxilə üçün təlimlər keçir. Deyir qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Cozef Trevetçik tərəfindən yazılmış məqalədə deyilir ki, heç şübhəsiz ordunun döyüş hazırlığı mümkün qədər reallığa yaxın olmalıdır. Lakin bunun başqa tərəfi də var. Məlum olub ki, ABŞ konkret ölkələrə qarşı müharibəyə hazırlaşır və həmin ölkələrin adlarını əlbəttə, gizli saxlayır. Ancaq onlara verilən şərti adlara və əlamətlərə əsasən söhbətin hansı dövlətlərdən getdiyini ayrıd etmək olur. Birləşmiş Ştatların yerüstü qüvvələrinin döyüşə hazırlaşdığı və şərti adla adlandırılan ölkələr arasında Azərbaycan və Ermənistan da yer almışdır. “The National İnterest”in yazdığına görə, ABŞ ordusu öz əsgərlərinə müdaxilə etmək üçün “mürəkkəb keçmişi olan” beş xəyali dövlət seçmişdir. Ariana, Atropiya, Donovia, Gorqas və Limaria adlı bu şərti dövlətlər xəyali Qafqaz peyzajında qurulmuşdur. Bu beş dövlət “Təlim mühiti üçün qətiyyətli hərəkətlər” (“Decisive Action Training Environment” və ya DATE) qrupunda birləşmişdir. Pentaqonun sənədlərində göstərilir ki, hərbi təlimlər həmin şərti dövlətlər ərazisində döyüş aparmaq ssenariləri əsasında planlaşdırılmalıdır. Şərti dövlətlərin hər biri oxşar siyasi struktura, iqtisadiyyata, qoşun növlərinə, hərbi texnikaya və digər xüsusiyyətlərə malikdir. Sənəddə hansısa real ölkə əsasında modelləşdirmə aparılmır, ancaq orada əks olunanlar real vəziyyəti və hadisələri əks etdirir. DATE-qrupda yer alan Ariana adlı şərti dövlətin əlamətləri İranla eynidir. Atropiya və Limaria isə müvafiq olaraq Azərbaycan və Ermənistanı xatırladır. Sənəddə deyilir ki, hər iki şərti dövlət “Aşağı Janga” əyalətinə görə müharibə şəraitindədir. Donovia dövlətinin əlamətləri Rusiya, Gorqas dövlətinin əlamətləri isə Gürcüstanla eynidir. Sənəddə göstərilən şərti dövlətlərdə əməliyyat aparmaq üçün 80 müxtəlif ssenari göstərilir. Bura humanitar fəlakətlər və terrorçuluğun qəfil alovlanması, digər daxili böhranlar və total müharibə ehtimalları daxildir. “The National İnterest” yazır ki, 2012-ci ildə Luiziana ştatının Fort Polk bazasında keçirilən məşqlərdən birində Ariana dövlətinin, yəni İranın qoşunlarının Atropiya dövlətinə, yəni Azərbaycana müdaxiləsi və neft yataqlarını ələ keçirməsi, ABŞ ordusunun Atropiya dövlətinə kömək üçün hərbi əməliyyatlar aparması sınaqdan keçirilib. Demək, regionda gözlənilən müharibə ABŞ-ın planıdır və bizi yenə də böyük oyunda peşka etmək istəyirlər.
 Türkiyədə 4 ölkənin- Türkiyə, Azərbaycan, Bolqarıstan və Gürcüstanın iştirakı ilə keçirilən “Commando Ex 2016” hərbi təlimlərinin görüntüləri yayıldı. Mətbuatda bildirildi ki, ümumilikdə 136 hərbçinin iştirak etdiyi təlimlərdə çətin və təhlükəli tapşırıqlar yerinə yetirilib. “Commando Ex 2016”nın ssenarisinə əsasən, hərbçilərə Birləşmiş Millətlər Təşkilatının (BMT) nəzarətindəki hava limanını "terrorçular"dan azad etmək tapşırılıb. Onlar tapşırığı yerinə yetirərkən ilan və qurbağa yeyib, suyun altındakı labirint maneəni aşıb, qayıqlarla sahilə çıxma hərəkətlərini yerinə yetiriblər. Daha sonra sudan çıxan komanda qurudakı şərti düşməni məhv ediblər. Tətbiqat zamanı 15 metr yüksəklikdən içərisində ilan və qurbağaların olduğu suya dik vəziyyətdə tullanan təlimçilər daha sonra 78 metr hündürlüyü olan qülləyə dırmanıb bir neçə saniyə ərzində oradan enmə fəaliyyətini də həyata keçiriblər. Türkiyədən 66, Azərbaycandan 30, Bolqarıstandan 21, Gürcüstandan 19 hərbçinin qatıldığı təlimlər Türkiyənin Eyirdir kəndində keçirilmişdir.
 Əlbəttə BMT-nin nəzarətində olan limanları xilas etmək üçün hər an əldə silah hazır olmaq, daim bu baş bu bədən məşq keçmək lazımdır. Zira BMT qoy xalqların genosidini təşkil edən və həyata keçirən vacib bir təşkilatdır. Bu gün dünyada Birləşmiş Millət Təşkilatının sionistlərin icadı olduğuna ağlı başında olan heç kəs şübhə etmir, çünki onların bütün hiylələri burda öz əksini tapıb. Hətta “London Daily Mail” qəzeti 1940-cı ildə yazmışdı: “Birləşmiş Millətlər Təşkilatı tarix boyu səhnəyə qoyulan ən böyük saxtakarlıqdır”. Türkiyəni əlində fırladan NATO-çu hakimiyyət ələ sala bildiyi ölkələri toplayıb BMT-ni xilas etmək üçün pokazuxalar hazırlayır.
 “İsrail-Azərbaycan” Beynəlxalq Assosiyasının baş katibi L.Şpivak Azərbaycan mətbuatına müsahibəsində deyir: “İran bizim ümumi düşmənimizdir və mənə elə gəlir ki, bu həm İsraildə, həm də Azərbaycanda hamıya məlumdur”. Deyir qız evində toydur, oğlan evinin xəbəri yoxdur. Ay camaat, eşidirsiz də, İran bizim düşmənimiz imiş, xəbərimiz yoxmuş! Yatmısız fil qulağında, dostumuzu-düşmənimizi də tanımırsız! Oxuyun! Bakı yəhudiləri düşmənimizin kim olduğunu bizə öyrədirlər. Onlar çoxdan bizim əvəzimizə müəyyən ediblər kimə qucaq açmalıyıq, kimə isə təpik atmalıyıq! Onlar nə dedisə odu! Talmuda şübhə etmək olmaz!
 Ölkəmizin ağalarından biri, Quba yəhudisi, iqtidar partiyasının sədr müavini olan deputat isə bildirmişdir ki, ABŞ və İsrail yəhudiləri də Ermənistanla Azərbaycan arasında müharibənin başlanmasını səbirsizliklə gözləyirlər ki, bu müharibədə Azərbaycanın tərəfində döyüşə qatılsınlar və canlarını Azərbaycan uğrunda fəda etsinlər. Dəhşət! Sən bir işə bax, biz elə bilirdik yəhudilər ABŞ və İsraildə yeyib yatıb kefə baxırlar, amma sən demə o yazıqları Azərbaycanın dərdini çəkmək tamam əldən salıbmış! İlk fürsəti gözləyirmişlər ki, Azərbaycana cumub canlarını vətənimiz yolunda fəda versinlər. Adamı qəhər boğmasın, neyləsin? İndi bildiz niyə Azərbaycanın ikrasını xalqa verməyib ABŞ və İsrail yəhudilərinə göndərirmişlər? Xaricdə vətənimizi bizdən də çox sevən və dəyərləndirən insanlar varmış! Belə xəbərləri oxuyanda adam azərbaycanlı olmağına utanır, Allah gərək bizi xaricdə yaşayan yəhudi yaradaydı. Bizdən layiqli vətəndaş olmadı, fədakar vətənpərvər alınmadı- papaq altında oğlanlar yatırmış! Görün həmin deputat  necə də gözəl ərz eləyib: “Azərbaycanın dostları olan Amerika yəhudiləri tərəfindən, əsasən də Los-Anceles, Vaşinqton, Nyu-York kimi yəhudilərin daha sıx yaşadığı şəhərlərdə aprel hadisələrininin əsl mahiyyəti, Ermənistanın işğalçılıq siyasəti haqqında bəyanatlar verilib. İsrailin paytaxtı Tel-Əviv və digər şəhərlərdə yaşayan və Azərbaycanın keçmiş vətəndaşları olmuş yəhudilər aprel hadisələrindən sonra artıq tam hazır vəziyyətdədirlər. 80 mindən çox Azərbaycan əsilli yəhudi xüsusi batalyonun tərkibində Qarabağda ermənilərə qarşı döyüşmək üçün hazır vəziyyətdə dayanıblar. Həmin 80 mindən çox Azərbaycan əsilli yəhudi İsrail hökumətinin başçısına müraciət edərək, Qarabağda Azərbaycanın tərkibində döyüşmək arzusunda olduqlarını bildiriblər. Əgər hərbi əməliyyatlar daha qızğın fazaya keçərsə, həmin Azərbaycan əsilli yəhudilər Azərbaycanın haqq işi uğrundakı mübarizəsinə qatılacaq və işğalçı Ermənistanın məhv edilməsində böyük rol oynayacaq”. Ağsaqqal sonda bunları da əlavə etməyi unutmayıb: “Dünya yəhudilərinin Azərbaycana dəstəyi hər zaman olub və bu gün də davam etməkdədir”. Yəni yanınızdayız, arxanızdayız və sizin arxanız bizə həmişə lazım olacaq! Yəhudi deputat belə bir ifadə də işlədib: “Biz istədiyimiz anda müharibəyə başlaya bilərik”. Biz dedikdə cənab görəsən kimi nəzərdə tutur? Ağsaqqal yəqin onu demək istəyib ki, Azərbaycanın ipi İsrailin əlindədir və onu istədiyimiz zaman müharibəyə sürükləyəcəyik.
 NATO-nun ölkəmizdəki agentəri deyirlər: “İndi 90-cı illər deyil, geosiyasi vəziyyət dəyişib, enerji resursları dünya bazarlarına daşınır, bizə dəstək böyük olacaq”. Beləliklə, siz müharibəyə başlayın, İsrail sizə 80 min sionofaşist göndərəcək! Təki müharibəyə başlayın, Pakistan da kömək edəcək- sizə nə az nə çox, düz 100 min talibançı vahhabi göndərəcək. Axı siz niyə hücuma keçmirsiniz? Niyə yubadırsınız, qorxursunuz bəgəm? Qorxmayın, hətta qardaş Türkiyə amadə durub, hazır vəziyyətdə gözləyir, Hatay bölgəsində məşq keçib hazırladığı 30 min İŞİD-çini onsuz da göndərməyə yer yoxdur, Rusiya Suriyaya girişi bağlayıb, onların hamısını Türkiyə itələyəcək bura! Qorxmayın, dünyanın o NATO ölkəsi qalmayacaq hamısından müsəlmanın, şiənin qanına susayan nə qədər əbləh var hamısı yığışacaq bura! Burda təəccüblü heç nə yoxdur, axı NATO bloku 1949-cu ildə Varşava müqaviləsi təşkilatı ölkələrini məhv etmək üçün yaradılmışdır və həmin ölkələr sırasına Azərbaycan da daxildir. Gül kimi oğlanlar tökülüşüb gələcəklər imdadınıza. Ahu-nalə göyə dirənəcək. Az deyil, 80 min+100 min+30 min=210 min edir. Hələ bu harasıdır, Azərbaycanı öz doğma övladı qədər sevən ABŞ-ın Avropadakı quru qoşunları komandanı general Ben Xoces bildirəsən ki, əsgərlərimizi Azərbaycana təlimlər üçün göndərməyə hər an hazırıq! Gəlin, qədəmlərinizə qurban olaq, gəlin! Bəlkə siz gələndən sonra haqqı tanıdıq, söydüklərimizin, qovduqlarımızın qədrini bildik. Pis kompaniya deyil. Bircə “Boko Haram”dan olan papuaslar çatışmır. Onlar da gəlsələr, düz Qara dənizə kimi irəliləmək ehtimalımız var. Düzdür, 210 min adamı gecə-gündüz yedizdirib içizdirmək, hələ üstəlik bazlığını təmin etmək lazım gələcək (NATO şərtlərində bazlıq əsas müddəalardan biridir). Nə problemdi ki, incəsənət qurbanlar tələb edir. Təki Elçibəyin ruhu şad olsun. İnsana xoşbəxtlik üçün daha nə lazımdır ki?! Çağır gəlsin Əjdər əmi! Başlayın, qorxmayın, mütərəqqi dünya arxanızdadır. 
 Düzdür, Pakistan rəsmiləri qardaş köməyi xəbərini sonradan təkzib etdilər, amma eybi yox, qatar artıq tərpənmişdir. Olimpiadaçılar demiş, əsas qələbə deyil, iştirakdır. Yağmasan da guruldamaq lazımdır. Azərbaycan xalqını müharibəyə tirkalamaq üçün bütün variantlardan istifadə olunmalıdır.
 Müasir dünyanın geopolitoloji vəziyyəti elədir ki, istənilən müharibə məhəlli olmaqdan çıxır, ümümdünya müharibəsinə çevrilə bilir. Təsadüfi deyil ki, dövriyyəyə “hibrid müharibələr” termini buraxılmışdır. Qurbanlıq dövləti onun özü üçün vacib saydığı, amma əslində heç bir əhəmiyyət kəsb etməyən bölgədə konfliktə təhrik edirlər, süni surətdə müharibə alovlandırırlar. Qlobal Prediktorun provokasiyalarına uyan dövlət geniş masştablı hərbi əməliyyatlara start verir, nəticədə həm siyasi, həm də diplomatik cəhətdən uduzur. Tədricən aqressor damğası alır və dünya ictimaiyyətinin müvafiq reaksiya ilə üzləşir. Müharibə qurbanlıq ölkənin resurslarını bloklayır; konflikt saqqız kimi uzanır və qan nə qədər çox axırsa, ölkə Qlobal Prediktora qarşı müqavimət gücünü daha çox itirir. Qlobal qarşıdurmanın vacib istiqamətlərinə qarşı dirəniş göstərmək əvəzinə ölkə lokal qarşıdurmada özünü bitirir və asanlıqla qlobal canavarın yeminə çevrilir. Ölkə öz müttəfiqlərinin problemlərini effektiv şəkildə həll edə bilmir, nəticədə hər tərəfdən müdafiəsiz qalır. Odur ki müasir dünyada öz taktiki uğurlarınızdan asılı olmayaraq əgər lokal müharibəyə başlamısızsa, siz bəri başdan strateji cəhətdən uduzmusunuz. Səddam Hüseyni də Küveyt məsələsində belə hala gətirdilər. Hətta ABŞ kimi nəhəng Qrenada və Panama kimi xırda ölkələrə qarşı bliçkriq müharibələrdə uğur qazandı, amma Əfqanıstan, İraq, Liviya, Suriya kimi ölkələrə qarşı müharibələr ona ağır başa gəldi. İndiki müharibələrdə nəinki supergüclər, hətta koalisiyalar belə uğuru çətinliklə əldə edirlər. Tarix göstərdi ki, apardığın və ya aparmağa hazırlaşdığın müharibənin uğuru daha çox diplomatik, siyasi və ən əsası- informasiya müstəvisində apardığın müharibənin uğurundan asılıdır. Geniş masştablı hərbi əməliyyatla müşayiət olunan müharibədə daxil olan informasiya avtomatik olaraq köhnəlir, hadisələrin qızğın inkişafı zəminində əhəmiyyətini itirir; sizin reaksiyanız köhnə ilə mübarizədə fokuslanır və enerjiniz köhnəlmiş problemi aradan qaldırmaqda itir. Gücünüz dördüncü dərəcəli məsələ ilə mübarizəyə sərf olunur. Məhz bu səbəbə görə də müasir dünyada əsas diqqət geniş masştablı hərbi əməliyyatlara yox, informasiya müharibəsinə verilir. Müasir qarşıdurmaların əsas hadisələri informasiya müstəvisinə köçürülmüşdür. Bəzən savaş meydanında silahla əldə edilən qələbə informasiya məkanında məğlubiyyətlə yekunlaşır. Nəticədə kimin qalib gəldiyini müəyyənləşdirmək xeyli çətinləşir. Bu qeyri-müəyyənlikdən isə terminologiyada Qlobal Prediktor adı almış Beynəlxalq Maliyyə Mafiyası ustalıqla istifadə etməyə çalışır. Qlobal Prediktor dolaşıq bir situasiya yaradır. Həmin qarışıqlıq hibrid müharibənin “kiçik iştirakçıları” üçün ciddi çətinliklər yaradır, onların cəmiyyətlərində apatiyaya səbəb olur.
 Əgər rayonlarımızın sülh yolu ilə qaytarılması şansı varsa, müharibəyə nə ehtiyac var? Axı yeni yaradılacaq Avrasiya Birliyinin şərtlərinə əsasən, Azərbaycanın 5 rayonu geri qaytarılacaq. 2011-ci ildə Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündən əvvəl razılaşdırılmış prinsiplər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda əsas kimi götürülmüşdür. “Kazan düsturu” adlandırılan həmin sənədə əsasən, əvvəlcə tənzimlənmənin əsas prinsipləri imzalanmalı, daha sonra isə Ermənistan və Azərbaycan sülh sazişi üzərində işə başlamalıdırlar. Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonlardan öz qoşunlarını çıxarmalıdır. Bu ərazilərə Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndi daxildir. Dağlıq Qarabağın hüquqi statusu isə bir neçə ildən sonra referendum yolu ilə müəyyənləşdirilməlidir, bir şərtlə ki köçkünlər öz yurdlarına qayıtsınlar. Laçın rayonunda Ermənistanla Qarabağı birləşdirilən dəhliz yaradılır. Azərbaycan və Ermənistan hökumətlərinin keçirdiyi son görüşlər həmin “Kazan düsturu”nun reallaşdırılması yolunda proloqdur. Ortalıqda belə bir vacib sənəd varkən, Bakı və Yerevanı mübahisələrin həlli üçün güc tətbiqinə əl atmağa vadar edən səbəb nədir? Təmas xəttində hadisələrin araşdırılması mexanizmi yaradılmalı, hərbi gərginlik azaldılmalı, danışıqlar prosesi getməlidir.
 Lap tutaq ki, 210 min “qardaş köməyi” nağılına inandıq. Heç fikirləşdinizmi həmin o 210 min əbləhin yedizdilib içizdirilməsi və qızla təmin edilməsi Azərbaycana Qarabağ müharibəsindən baha başa gələcək? Öz əsgərini normal qidalandıra bilməyən, ət əvəzinə NATO əti yedizdirən Azərbaycan 210 min kəli necə yedizdirəcək? Bir sözlə, ökəmizi bambılı yerinə qoymaqları göz önündədir. Bu gün də Türkiyə və Azərbaycan nurçuları ölkəmizin müharibəyə qatılması üçün əldən-ayaqdan gedirlər. Xalqın şüuru ilə müxtəlif manipulyasiyalar edilir və gərginlik atmosferinin yaradılması üçün kifayət qədər təxribatlar törədilir. Bu üsulun məqsədi Azərbaycan xalqını sion qanını daşıyan despotun hökmranlığı altına salmaqdır. Əgər müharibəyə qatılsaq, ölkəmizdə sionizmin daha qatı versiyasının hakimlik edəcəyinə şübhə yoxdur. Bilmək lazımdır ki, bütün bu millitarist prosedurlara dirijorluq edənlər Sion qanı daşıyanlardır.
 Xalqın bu gündən sabaha gümanı yoxdur, çox ailələr yeməyə bir tikə çörək tapa bilmir, bunlar isə müharibədən dəm vururlar. Hələ heç vaxt xalqın əhval-ruhiyyəsi bu qədər pis olmayıb. Elə ev var ki, 4 banka sələm pulu ödəyir. Yeni büdcə layihəsində hər bir gəncə bütün il uzunu cəmi 42 qəpik ayrıldığını çoxları bilmir. Budur Azərbaycan gəncinin dəyəri- 42 köpüy! Aclığın geniş vüsət aldığı ölkədən vətənpərvərlik gözlənilə bilməz. Büdcənin Azərbaycan xalqına dəxli yoxdur, büdcənin Çuxursədli oliqarxlara dəxli var ki, hərəsi 200-300 milyon atdılar, amma heç biri həbs olunmadı. Pul kütləsindən yalnız Qərb bölgəsindən olanlar yararlanır, ayrı-seçkilik baş alıb gedir. Varlı daha da varlanır, kasıb daha da kasıblaşır, güclü zəifin malını əlindən alır, dağdan gəlmiş zümrə şəhər əhalisini şəhərdən qovur, haqq tapdalanır. Sovet vaxtı rusların qurduğu bir çox zavod və müəssisələr dağıdılmış, on minlərlə insan intihar etmiş, minlərlə ailənin bank evini əlindən alaraq səfil hala salmışdır. İntiharlar get-gedə kütləvi hal alır. İşsizlik baş alıb gedir. Bakıda “Qul bazarı”nda hamilə qadınlar da iş axtarır. Müstəqillik adlı bəla təkcə güzəştlərmizi, sosial hüquqlarmızı əlimizdən almadı, 70 ildə yaradılan sənaye müəssələrinin 80%-i Azərbaycanın iqtisadi-coğrafi xəritəsindən silindi. Bu gün rəsmi statistikaya görə ölkənin toxuculuq sənayesində cəmi 6 min 200 nəfər işci calışır (guya!), hansı ki söydüyünüz rusların vaxtında bir tək Şəki İpək Kombinatında işləyənlərin sayı bundan cox- 7 min nəfər təşkil edirdi. Rusların vaxtında bir kombinatda işləyənlərin sayı hazırda ümumilikdə ölkədə bir sektor üzrə işləyənlərin sayından daha cox idi.
 Azərbaycan hamımızındır, bəli, amma bir ovuc sionist onun bütün sərvətlərini somurur. Biz ancaq müharibə olanda yada düşürük. Səfərbərlik yığımında çağırırlar ki, gəlin, vətən hamımızındır, gəlin, qadan alım, gedin torpaqlarınızı qoruyun. Amma öz kəndindən 8 sot torpaq istəyən vətəndaşdan Kürdistandan təşrif buyurmuş məmur 4 min manat pul almamış torpaq vermir. Min illər xalqın dədə-babasına məxsus olmuş torpağı Bələdiyyə Fondu adlı mücərrəd fond yaradıb ora salıblar, xalqın özünə onun öz torpağını pulla satırlar. Azərbaycan kəndlisi kürd bölgəsindən olan icra başçısına qanı qiymətinə pul ödəməsə, təzə evlənən oğluna öz dədə-babasına məxsus kənddən torpaq da ala bilmir. Bələdiyyə Fondu əslində kürdlərin rezerv fondu imiş. Axı ruslar həmin torpaqları yeni evlənənlərə həyətyanı torpaq sahəsi kimi havayı verirdilər. Ruslar bəyəm onları sizə miras kimi qoruyub saxlamışdılar? Rusların ağlı yox imiş, gərək həmin torpaqları kəndlinin özünə pulla sataydılar, siz ağıllı çıxdınız! Məgər bu genosid deyil? Genosidin buynuzu olur? Bununçün lazım idi müstəqillik? 1995-ci ildə sovxozların dağıdılmasının əmri gəldi. Hər sovxozda 1000 baş mal-qara qəssablara baha qiymətə satıldı. Yığılan pullar isə yuxarıya- kürd klanına getdi! Sovetdən, rusdan qalma miras beləcə kürd klanının cibişdanında yer tapdı. Reptiliya bölgələrimizi sümürüb yeyir. 25 ildir ki, bu ölkədə elə islahat keçirilməyib ki, kürd bölgəsindən olan məmur camiəsinin varlanmasına hesablanmasın. Başqa bölgələri çökürtməklə öz bölgənizi yüksəltmisiniz. İqtisadi böhran zamanı da bütün Azərbaycanın vəziyyəti pisləşib aclıq halına düşdüyü halda bütün pulları öz bölgənizə yönəldib öz qövmünüzü yağ-bal içində yaşatdınız. Başqa bölgələrin hesabına elə etdiniz ki, böhranın sizə təsiri olmadı. Ölkə üzrə mənfi saldo olsa da, sizin bölgənizdə müsbət saldo alındı. Yediyinizi yediz, yemədiyinizi də Türkiyəyə ötürdünüz. Tarixən sizinlə sərhəd dövlət olduğundan sizdə Osmanlıya o qədər sevgi var ki, 25 ildir xalqımızı ac saxlayıb pulları Türkiyəyə axıtdınız. Amerikanın 70 il sinəsinə çöküb son nəfəsini gətirdiyi, ac-yalavac hala-saldığı, cındırından cin hürkən Türkiyə Azərbaycanın pulları hesabına dirilib, indi özünü regionun sayılıb-seçilən dövlətlərindən biri sayır. Sizin sayənizdə! Ümumqıllı lideriniz Əbülfəz Kələkili əbəs yerə demirdi ki, Azərbaycana nə olur olsun, təki Türkiyəyə olmasın! 25 ildir ki, Azərbaycan gənci özünə iş tapa bilməyib Bakının küçələrində səfil-sərgərdan gəzdiyi halda milyonlarla Türkiyə kürdü Bakıda ciplərdə gəzir, ofislərdə oturur, sağa-sola şellənir. Halbuki 90-cı illərə kimi nəinki ofis nədir, cip nədir, heç tox qarına yemək nə olduğunu bilmirdilər, Diyarbəkir dağlarında bitin-sirkənin içində gəzirdilər. İş yeri niyə yoxdur ki? Milyonlarla türk adı ilə Bakıya doldurduğunuz kürdü Bakıdan qovub çıxardın- milyonlarla iş yeri açılacaq! Bütün yağlı iş yerlərini kürdlər tutub. Müstəqillik yaranandan qəttəzi bir bayram- Gənclər günü də qondarmısınız. İş axtarıb tapa bilməyən, ali təhsil alıb diplomları evdə toz basan, elmi iş yazıb müdafiə edə bilməyən, ailə qurub kirayələrdə yaşayan, dolanışıq ucbatından fəhlə işləmək üçün xaricə üz tutan, yaşı keçib sosial problemlər ucbatından ailə qura bilməyən, körpə uşaqları ola-ola böhran adı ilə işdən çıxarılan, evdə yaşı keçib yasa batan gənc xanımlar, əsgərlikdən neçə ildi gəlib hələ də iş axtaran, və bu kimi digər adı gənc olan, amma ruhən qocalanlar, Gənclər gününün sizə dəxli yoxdu! Bu bayram barlarımızda şellənən, hərəsinin qoltuğunda iki azəri qızı olan Türkiyə gənclərinin bayramıdır. “Rusiya Dağılacaq” facebook səhifəsi maraqlı bir fikir yazmışdır: “Bütün bu illər ərzində bizdə elə həmin prosesslər gedib, hansı ki indi daha yığcam və sərt formada Suriyada gedir. Amma əgər ələvilər qoruna bildisə, biz artıq uduzmuşuq. Mən heç bilmirəm hansı daha pisdir: sənə aşkaranə kafir deyib boğazını kəsəndə, yoxsa səhər-axşam “hamımız azərbaydzannıyıx”, “djəlin azərbaydzanımızı böldjələrə ayırmıyax” deyib, amma sosial periferiyaya sıxışdıranda, harda kı sən yoxsulluğa, kriminala, narkomaniyaya məhkum edilirsən, ən yaxşı halda isə kreditdə vurnuxursan, ya da ümumiyyətlə başını götürüb başqa ölkəyə qaçırsan. Nə qədər ki biz bütün bu “üçrəngli bayraq”, “azərbaydzanımız”, “rəsulzadə”, “qardaş türtşiyə” kimi memlərdə özümüzün istismar vasitəsini görməyib, bütün ikrah və qətiyyətimizlə onları rədd etməmişik, bizi daha da pis günə salacaqlar”.
 Əhalidən qarət olunub doldurulan büdcədən işsizə ilə 80 qəpik, amma xarici ağalara hər il borc və borc faizi kimi 1 milyard dollar ödənilir. Budur qapazalıtı müstəqilliyin formulu! Müstəqillik adlı layihənin əslində rüşvət, səfalət, sərvət və yalan üzərində qurulmuş sionist hegemonluğu olduğu üzə çıxmışdır. Ölkə əhalisinin aktiv, savadlı, mədəni hissəsinin didərgin düşməsinə, Bakının böyük kəndə çevrilməsinə, petuxların və fahişələrin azadlıq və demokratiya carçısına çevrilməsinə, qadınların qardaş adı altında türklərə satılmasına, sənaye və kənd təsərrüfatının məhv edilməsinə, ölkənin türk şirkətləri üçün bazara çevrilməsinə və şiə ölkəsində bozqurd bütpərəstliyinin bərpa edilməsinə... milli dirçəliş deyilir. Ölkəmizin siyasi ixtiyarını Yəhudi Ağsaqqallar Məclisinin ixtiyarına vermişik; məhz onlar bizim daxili və xarici siyasətimizi müəyyənləşdirirlər. Kəndli və fəhlələrin öz zəhmətinin əvəzinə qəpik-quruş aldığı, xalqa ərzaq əvəzinə gmo yedizdirildiyi, torpaq alverçilərinin hakimiyyət pillələrinə dırmaşdığı, varlıların öz sərvətləri ucbatından qorxağa çevrildiyi bir ölkədə hansı müharibədən söhbət gedir? Rus 1941-45-də vuruşanların hamısına ev verirdi, maşın verirdi. Özü də maşını “Zaporojye” də olsa hər il verirdi! Rus veteranları hər il sanatoriyaya, kurorta dincəlməyə göndərirdi. Siz isə Qarabağda sizin özünüzün törətdiyiniz zibillərə görə vuruşanlara heç qoz da vermədiniz. Çoxuna bu 25 ildə vəsiqə də vermədiniz, nəinki veteran hüquqlarını tanımadınız, heç hərbi biletini də qaytarmadınız ki öz hüquqlarını bərpa etsin. Öz yerliləriniz olmayan əksər veteranların hüquqlarını tanımaqdan imtina etdiniz. Öz yerlilərinizdən başqa heç birisini normal imtiyazlarla təmin etmədiniz, bir tikə çörəyə möhtac etdiniz. Biləsuvardan 178 şəhid var, heç birinə də milli qəhrəman adı verilmədi. Milli qəhrəman adını da da yerlibazlıq alətinə çevirdiniz. Milli qəhrəman adı da bizdə po blatu verilir, gərək bəxtin gətirə bunlarla bir eldə, bir obada doğulasan, bir torpaqdan olasan. İndi bu zavallı xalqı yenidən lüzumsuz müharibəyə sürükləyirsiniz. 
 İudey klanı Qərb bölgəsindən olmayan zabitləri artmağa qoymur.15 ildir leytenant, kapitan rütbəsində çürüyənlər var. Orduda hər beş ildən bir rütbə avtomatik artır; baş leytenant kapitan, kapitan mayor, mayor isə polkovnik adı alır. Bizim orduda isə həmin ardıcılııq İudanın yüngül əli ilə pozulub. İudey klanı öz zonasından olmayanları qarşısını kəsir. Qərbli deyilsə vurub sındırırlar, rütbəsini əlindən alırlar. Paqonun ulduzunun biri düşür. Sonra sınmış rütbə ilə əsgərlərin arasında baş çıxarmaq çətin olur. Odur ki, “Müqəddəs bölgə”dən olmayan kənar zabitlər özləri artmağa meyl göstərmirlər, çünki klan özgələri vurub sındırır, xırda bəhanələr və əhəmiyyətsiz səbəblər üstə rütbəsini endirir, sonra isə sındırılmış vəziyyətdə hərbi hissədə xidmət cəhənnəm əzabına çevrilir. Bizim ölkədə əgər vətən uğrunda göstəbək olmaq qərarına gəlmisənsə də, gərək hökmən kürd bölgəsindən olasan, yoxsa mümkün deyil. Yoxsa qədir-qiymətin bilinməyəcək, kötük kimi yerində sayacaqsan. Orduda can çürüdüb vətən yolunda sağlamlığını itirirsənsə belə, xeyri yoxdur, hökmən Qərb bölgəsindən adamın olmalıdır. Ağsaqqal arxanda durmalıdır, dayday səni qorumalıdır. Əks halda kürd qapazı daim üstündə olacaq, başından basıb səni əzəcək. 
 Bizim babalarımız istər Səfəvilər dövründə, istərsə də Stalin dövründə müharibəyə həvəslə gedirdilər, amma siz xalqı elə oyunlara qoşursunuz, müharibə dövründə və müharədən sonra elə oyunlar çıxarırsınız ki, xalq müharibəyə getməyinə, veteranlar yarımçılıq olmalarına peşman olur. Xidmətləri olanların qədir-qiymətini verdinizmi ki, indi bu xalqı yenidən müharibəyə sürükləyirsiniz? Nə üzlə bu xalqı müharibəyə çağırırsınız? Vuruşmaq lazımdırsa, gedin özünüz vuruşun. Balalarınızı ön cəbhədəki səngərlərə yerləşdirin. Yerlilərinizdən ibarət hücum briqadaları yaradın. Əl çəkin bu zavallı xalqın canından. Bu Azərbaycan xalqının müharibəsi deyil. Əzilmiş və gücdən düşmüş xalq sizin oyunlardan bezib. 1990-cı ildə Bakıda yeniyetmə erməni-rus məktəbli qızlarını zorlayan, mənzillərini qarət edərək talananları Leytenant Şmidt adına zavoddakı qərargaha yığan donqili cəbhəçilərin Qarabağ müharibəsi başlayanda heç biri döyüş meydanında tapılmadı. Biri də müharibədə ölmədi. Əvəzində xalq qırıldı. 20 Yanvarda hamısı qaçıb gizlənmişdi, xalqı qırğına verdilər. Müharibə qurtaranda meydana çıxdılar, amma hamısının cibində Qarabağ veteranı knijkası vardı, limitlərdən və imtiyazlardan bol-bol faydalanmağa başladılar. Həqiqi vuruşanlar isə heç adi hərbi biletlərini də onlardan ala bilmədilər, izqoy halına salındılar. O müharibədə Azərbaycan və erməni xalqlarının sayseçmə oğulları qırıldı, amma sizin qövm həm o üzdə, həm bu üzdə ortada yeyib ucda gəzdi. Əgər yenidən müharibə başlasa, kim qarantiya verə bilər ki, yenə həmin oyunları çıxarmayacaqsınız? İndi sosial şəbəkələrdə sinəsinə döyüb Ermənistanla müharibə tələb edənlərin döyüş başlayarsa, biri də səngərdə tapılmayacaq. Bunların genetikası torpaq alverinə proqramlaşdırılıb, patriotizmə yox! Əgər müharibə tələb edənlər və onu törədənlər həmin müharibədə özləri iştirak etsəydilər, ön cəbhədə vuruşmalı olsaydılar, əlbəttə ki heç bir müharibə baş verməzdi. Zira müharibə tələb etmək və onda iştirak etmək tamam ayrı-ayrı məsələlərdir. Çox gördük belə şeyləri. Döyüş alnımıza yazılıb deyənlər sonda etiraf etdilər ki, alnımıza nökərçilik yazılıb. Bunların döyüş alınlarına yox, dallarına yazılıb.
 1795-ci ildə İran səltənətini ələ keçirmək eşqinə düşən Qacariyyə hökmdarı Ağa Məhəmməd şah Qacar Şuşa qalasını mühasirəyə aldı. Şuşa camaatı sadə olmasına baxmayaraq şücaətli idilər. İmam Hüseynin yasını elə saxlayırdılar ki, onun tayı İranın heç bir nöqtəsində görünməmişdi. Ruhanilərə çox hörmət edirdilər, onların dedikləri qanun idi. Həddən artıq qonaqsevər idilər, qarabağlılar kimi dalaşqan olmadıqlarından qazilərin heç bir çətinliyi olmazdı. İldə iki bayramı çox təntənəli keçirirdilər. Biri Novruz bayramı idi; şuşalılar Novruzu on üç gün bayram edirdilər, bu müddətdə bir-birinin evinə gedirdilər. İkinci bayram Həzrəti Məhəmməd peyğəmbərin mövlud günü idi; o gün hamı bir-birini təbrik edib, ruhanilərin evinə xütbəyə qulaq asmağa gedirdilər. Mühasirə zamanı Şuşa camaatı Qacara mətinliklə müqavimət göstərdi. Lakin Şuşanın kürd xanı İbrahimxəlil xan qalanı qoyub qaçdığından müdafiəçilərin əhval-ruhiyyəsi pozuldu, nəticədə şəhər əldən getdi. İbrahimxəlil xan Qacar topxanasına hücum adı ilə başının dəstəsi ilə qaladan çıxdı, sağa-sola bir-iki qılınc çalıb, şimala tərəf götürüldü. Şuşalılar biləndə ki xan qaçıb, çox narahat oldular. Zavallı Şuşa əhalisi xanın bu hərəkətindən dəhşətə düşdülər. Məlum oldu ki, İbrahimxəlil xan döyüşdən qabaq nəinki ailəsini, hətta bütün qohum-əqrəbasını da şəhərdən çıxarmışdır! Əgər onun qaçmaq fikri olmasaydı, heç olmasa cavan, döyüşə yararlı qohumlarından bir neçəsini şəhərdə qoyardı. Beləliklə, əhali xanın getməsindən təşvişə düşüb ümidini itirdi. Şuşalılar şəhərin müdafiəsini təşkil edən İsmayıl bəy Şamaxılının etirazlarına baxmayaraq qalanı Qacar ordusuna təslim etdilər. Şəhərin ruhanisi Hacı Babəkin Qacar şahla etdiyi söhbətdə dediyi sözlər tarixdə qaldı: “Əkinçi, sənətkar və kasıbçılıq edənlər müharibə istəmirlər. Müharibənin günahını onların boynuna atmaq olmaz”. Doğrudan da, müharibəni quldurluq və talanı yaşam tərzinə çevirənlər istəyirlər.
 Müharibə qurtaracaq, üzə çıxacaq ki, yenə də ölkənin sayseçmə oğulları qırılmışlar, siz isə yenə də ortada yeyib ucda gəzirsiniz. Deşovka üsullarla ancaq gənc nəslin başını piyləyə bilərsiniz. Yaşlı nəsil gözəl bilir ki, müstəqil Azərbaycanda müftə pendir yalnız siçan tələsində olur. Söydüyünüz ruslar veteranlara hər il normal pul mükafatları verirdi, daha icra hakimlərinə demirdi get hansılar sənə suka işləyir, ciblərinə 50-dən, 100-dən qoy, açılsınlar başımızdan! Ruslar başımızda layihə həyata keçirmirdilər, xalqa konkret pul verirdilər. 20 ildir ki harda rusu, farsı söyən, Rusiya, İran səfirlikləri qarşısında aksiya keçirdən, yaxasını yırtan, İŞİD-ə müxalifət, Əsədə rejim deyən hamaradüşmə jurnalist var, Bakının mərkəzində ev vermisiniz, nurçu-natoçu yazar-demaqoqları təqaüdlərə, mükafatlara layiq görmüsünüz. Ölkənin paytaxtında özünüzə media-fahişələrdən ibarət qruppirovka yaratmısınız. Sizin 25 ildə ədəbiyyat və mədəniyyətə ayırdınız diqqət də bax belə olub. 25 ildir kor kor gör gördür ki, özünüzkülərin etdiyi ən ağır cinayətlərə görə heç birini tutmursunuz, amma başqa bölgələrdən olanlar həmin əməllərin onda birini etdikdə illərlə türmələrdə çürüdürsünüz. Budur sizin bərabərhüquqluluq anlayışınız! Həbs olunmuş Beynəlxalq bank sədrinin sürücüsü məhkəmədə dedi: “Üç kartımda 18 milyon avro, 32 milyon dollar, 10 milyon manat pul olub”. İndi oğru bunlardır, yoxsa mağazadan çarəsiz 2 pampers, 1 litr süd, 2 çörək, 10 yumurta oğurlayan?! Mağazadan uşağına həmin 2 pampersi oğurlayan azərbaycanlıya 7 il iş verirsiniz, bəs büdcəyə 100 milyonlar atan soydaşlarınıza, milyardlar atan yerlilərinizə neçə il verdiniz? Müstəqil olmuşduq ki, büdcəni yerliləriniz ürəyi istədiyi vaxt Kamaza yükləyib evinə daşısın? Yazıq xalq! O sizin qarşınızda necə də məzlum və fəqirdir! Tarix cəzanızı verəcəkdir. Saji Umalatovanın sözləri ilə desək: “Nə qədər ki, ölkəmizdə edilmiş xəyanətkarlığın qiyməti verilməyib, heç bir irəliləyişdən söhbət gedə bilməz”. Darıxmayın, az qalıb. Hökumət qayıdır. İnşallah haqq ordusu gələndə bütün bu çıxardığınız oyunlara görə cavab verəcəksiniz.
 Bizim xalqın 70 faizi Rusiyaya perejivat eləyir, onun uğurlarına sevinir, Rusiyanın qələbələrini dəstəkləyir. 40 faizi isə Rusiyanın uğrunda vuruşmağa belə hazırdır. Yaşasın Rusiya! Rusiyada yaşayan və ailəsinə çörək pulu göndərən 3 milyon azərbaycanlının şüarı budur. Xalq Rusiyanı xilaskar və ruzi mənbəyi kimi görür. Türkiyədən ixrac olunan nurçuluq uğrunda çarpışanlar isə başınıza yığdığınız bir qrup yerlilərinizdir. Çünki şirinçaya möhtac idilər, Türkiyə ölkəmizə ayaq açandan sonra çörək tapdılar. Xalqın ağıllı təbəqəsi Türkiyədən ixrac olunan nurçuluğa da, ABŞ-ın gətirdiyi dermokratiyaya da, NATO-nun dürtüşdürdüyü yad ideologiyalara da nifrət edir. Rədd olsun müharibə kompaniyası! Əldən düşmüş xalqa sülh lazımdır. Xalq müharibə istəmir. Azərbaycan xalqı, xüsusən yaşlı nəsil müharibə partiyasına nifrət püskürür. Xalq Rusiyanın qayıdacağını və onu bu böyük bəladan qurtaracağını səbirsizliklə gözləyir. Yalançı şüarlarla kimi aldatmaq istəyirsiniz? Keçibəyşina daha yerimir! Siz o pafoslu lozunqlarınızla yalnız gənc nəsli aldada bilərsiniz, 25 ildir hər türlü oyunlarınızın şahidi olmuş yaşlı nəsli yox! Siz Türkiyə nurçuluğu uğrunda əldən gedirsiniz, Qarabağ uğrunda yox! İpiniz hələ də Pensilvaniyadan çəkilir. Xalqı öz ağalarınızın idealları uğrunda qurbanlıq qoyuna çevirmək istəyirsiniz.
 Putin olmasaydı bu əbləhlər Qarabağda müharibəni çoxdan başlatmışdılar, qan su yerinə axmışdı, indiyə millətin yarısını qırdırmışdılar da. Bunlar ağaları Sem dayı nə deyirsə, onu da həyata keçirməyə məcburdurlar. 25 ildir yaxaları Sem dayı ilə İsrail müəllimin əlindədir. Oğurladıqları hamısı Qərb banklarındadır, ona görə də boğazdırlar, hər nəyə desən gedərlər. Bunların vətən-hətəm şüarlarına aldanmayın, zəlil kökünə salınmış xalqa müharibə lazım deyil, xalq indi bu saat can hayındadı.
 İnsanlarımız bilməlidir ki, Ermənistanla müharibə təbliğatını maliyyələşdirən ABŞ kəşfiyyatıdır. Bəziləri də reallığı bilmədən həmin dudkaya oynayır. Bu müharibə Sem dayıya lazımdır ki, xalqlar arasında yenidən qarışıqlıq yaransın, SSRİ-ni bərpa etmək mümkün olmasın. Amma bizim liberal jurnalistika təbliğatı elə aparır ki, guya Qarabağ konflikti məhz Rusiyaya lazımdır. Onun görə də bizim medianın əsas hədəflərindən biri Rusiyadır. Rusiyanı söyənlərin çoxu sabah müharibə başlasa, elə Rusiyaya qaçacaq. Tarix təkrarlanır.
 “Mənə gəlincə, mövqeyim belədir: heç bir ideya, heç bir ərazi iddiaları, ümumiyyətlə heç nə erməni və azərbaycanlı uşağın bir qətrə qanına belə dəymir. Qan tökülməsini tələb edən ideyaların heç bir dəyəri yoxdur. Kompromis axtarmaq lazımdır. Çünki uşaqlar doğulur və onlar müharibəyə getməməlidirlər. Əgər mənim nəslim bu münaqişəni gələcək nəsillərə saxlasa, çox pis nəsil olarıq”. Bu sözlər Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoya məxsusdur. Şvıdkoyun fikrincə, hər iki ölkənin elitası pauza götürüb nə baş verdiyini, nələrin olacağını düşünməlidir. Əks təqdirdə anakonda bizi bükəcək.
 “Biz İkinci Dünya Müharibəsində sağ qalanların evə qayıdarkən nələr ilə üzləşdiklərini unutduq- onlar sahildə bağlanmış qayıqları dalğanın üzərində qaldıran fırtına kimi qayıdırdılar. Mənim nəslim acı yaşamalı, öz gözləri ilə soyqırım, etnik təmizləmə görməli oldu, ağlasığmaz çətinliklər çəkməli oldu- müharibədən qayıdan əsgərləri və dinc əhalini onlara çatacaq dinc həyatı belə təkid və inadla tələb etməyə məhz bunlar məcbur etdi. Biz dəqiq bilirdik ki, biz nələrə layiqik. Bilirdik ki, gələcək daha keçmiş kimi, nə vaxt ki çoxları zibil qutularında eşələnməyə məcbur qalmışdı, olmamalıdır. Bizim “gözəl yaşıl ölkəmiz” müharibədən sonra hər kəsin ölkəsi olmalı idi- istisnasız, çünki biz məhz belə bir ölkə üçün qan tökürdük və ölürdük. Biz həqiqi demokratik cəmiyyət tələb edirdik, harda ki hər kəsə öz xidmətlərinə görə haqq verilməli idi və artıq heç kim yoxsulluq içərisində yaşamamalıydı. Hesab edirdik ki, heç kim xəstəlikdən və ya savadsızlıqdan həyatın xarabalığına atılmamalıdır. Müharibədən sonra biz Qərb dünyasında radikal kökündən dəyişikliklər apardıq; məhz onda bizim cəmiyyətmizdə fikirlər yayılmağa başladı ki, bütün insanlar özlərinə uyğun münasibətə layiqdirlər, müstəqil hərəkət etməyə, ədalət üçün hüquqa malik olmalıdırlar, əhalinin ən zəif təbəqələri isə sosial yardım almalıdırlar. Biz ödəməli olacağımız dəyəri çox yaxşı bilirdik; əgər cəmiyyət ədalətsizdirsə, bu nəticədə bütün demokratiyanın sonu deməkdir, insanların əksəriyyəti isə yoxsulluqda sürünməli olacaqdır. Biz ümumi səhiyyə sisteminin olmamasının nəyə başa gələcəyini bilirdik- bu əslində cəmiyyətin kiçik insan toplusunun çoxluq üzərində hakim olduğu əvvəlki modelinə qayıtmaq deməkdir. Və bu gün, dünya varının dəfələrlə artdığı indiki dövrdə bizim siyasi xadimlərimiz, maliyyə institutlarının nümayəndələri və sənaye nəhəngləri qəfildən bizə deyirlər ki, biz həmin müharibədə insanların uğrunda can qoyduğu layiqli həyatı yaşamamalıyıq. Bu gün bizim başçılar bizə deyirlər ki, guya ümumi səhiyyə, dövlət tərəfindən təmin olunan pensiya, ədalətli əmək haqqı, həmkarlar ittifaqlarının müdafiəsi və sosial təminat sisteminin digər aspektləri kimi “dəbdəbə”yə malik ola bilmərik. Bu gün mənim 90 yaşım var və yenidən döyüşə getmək üçün çox qocayam. Mən hətta etiraz nümayişlərində dayana və əllərimdə bu günkü siyasətin ağılsızlıqlarını tənqid edən plakat saxlaya bilmirəm. Mənə qalan keçmişdə Hitlerə və sivilizasiyanın əsas prinsiplərini məhv etməyə çalışan hər kəsə qarşı apardığımız qəhrəman mübarizənin canlı şahidi olmağımdır. Bizim cəmiyyətin əsas problemi vəsait çatışmamazlığı və borclar deyil, odur ki bizim başçılar xalqa hesabat vermirlər, bir yığın Siti bankirlərinə və hedge-fund menecerlərinə hesabat verirlər. Onlar hamısı yalnız öz mühasibatlıq idarələrinə qulaq asırlar, xalqa yox. Bilmirəm, ətrafımızda hər şeyi gərginləşdirən zülmətdən çıxış yolu tapa biləcəyikmi? Ola bilsin, insanlıq yenidən nə vaxtsa əcdadlarının çıxdığı mağaralara qayıdacaq -belə bir ssenari tamamilə mümkündür- çünki biz yalnız öz şəxsi maraqlarına xidmət edən siyasi partiya liderləri və var-dövlətinin mənbəyi tamamilə şübhəli olan biznes maqnatları tərəfindən tabe edilmişik və qorxudulmuşuq. Amma mən yenə də ümid edirəm ki, bu baş verməyəcək,heç olmasa gələcək nəsillərin xatirinə buna yol verməyəcəyik. Bununla belə, əmin olduğum bir şey var: əgər bizim indiki siyasi xadimlərimiz və biznes çarlarımız 1939-cu ildə hakimiyyətdə olsaydılar, onlar nasizmlə mübarizəyə qatılmaq istəməzdilər. Nə Dyunkerk, nə də Britaniya uğrunda döyüş olmazdı, və nəticədə bizim Ulduz Saatımız çatmazdı. Bizim müasir liderlər Avropa üzərində işığın get-gedə necə söndüyünə baxmağı üstün tutardılar, çünki belə davranış Hitler zülmkarlığına qarşı onlar üçün ən ucuz və ehtiyatlı variant olardı”. (Harri Lesli Smit, “Biz nə uğrunda vuruşmuşduq?”).

Комментариев нет:

Отправить комментарий