Страницы

15.11.2016

Pulun yoxdursa - ölməlisən!

ABŞ-da Yuta ştatının 45 yaşlı sakini Reks Ayverson həbsdə öldü. On milyonlarla amerikalı kimi onun da tibbi sığortası yox idi. Təcili yardım çağırmışdı, ona 2400 dollarlıq hesab çıxarmışdılar, onun isə pulu yox idi, borclu qaldığına görə şerif onu həbs edib tədricxanaya salmışdı... Lakin məhkəməyə qədər tibbi yardıma ehtiyacı olan Reks Ayverson artıq öldü.
ABŞ-ın səhiyyə sistemi Sovet səhiyyə sistemi ilə müqayisədə heç nədir. Sovet səhiyyə sistemini kopyalayan Kuba səhiyyə sistemilə də müqayisəyə gəlmir. Sığortan yoxdursa- ölməlisən. Keçmiş sovet yazıçısı Dovlatov da amerikan səhiyyə sisteminin qaydaları ucbatından öldü. Ona vaxtında tibbi yardım göstərilməyib, Nyu-Yorkda hara aparıblarsa pulu və sığortası olmadığına görə qəbul etməyiblər. Tibbi yardımın gecikməsi Dovlatovun həyatına son qoydu. Tarixin acı ironiyası budur. Sovet sistemi Dovlatovu məhşurlaşdırdı, ona hər şey verdi, o isə ölkəsində bəyənmədiyi şeyləri tənqid edib mübarizə aparmaq əvəzinə ABŞ-a köçdü, vətəninə xəyanət etdi... Və bəyəndiyi ABŞ-da pulsuz qalan kimi öldü.
Və heç kim tibbi yardımı gecikdirən həkimləri, tibb müəssissələrini məsuliyyətə cəlb edə bilməz. Kapitalist qanunvericilik belədir.
Azərbaycan da amerikan kapitalizminin müsəlmansayağı formasını yaşadır. 2-3 gün əvvəl yayılan xəbərlərə görə, bizdə də artıq kredit borcunu qaytara bilməyən vəətndaşların həbsi başlanıb. Pulsuzu sovetdən qalma dövlət klinikalarında qəbul edərlər, lakin pulsuza çox nadir hallarda keyfiyyətli tibbi xidmət göstərərlər. Özəl tibb şirkətləri də ki- quldurxanadır.

https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/

Комментариев нет:

Отправить комментарий