Страницы

23.12.2016

İran nə etməli idi ki?

Elxan Zaman

Bayaq bir qardaşla yol yoldaşı olduq. Dedi ki, Əhmədinejat o vaxt Ermənistana səfər etdiyi zaman bugün həbsdə olan Abgül Süleymanov Qumda oxuyan azərbaycanlı Qum tələbələrilə buna etiraz edirlər və Əhmədinejada məktub yazırlar. Əhmədinejat Quma ziyarətə gələrkən azərbaycanlı Qum tələbələrinə görüş keçirmək üçün müraciət edir və bir klubda onlarla görüşür. İran prezidenti azərbaycanlı tələbələrə deyir ki, biz sizin hökumətə müraciə etdik ki, bizə imkan yaratsınlar ki, sanksiyaların təsirini azaltmaq üçün Azərbaycan ərazisindən istifadə edək, Rusiyadan bizə lazım olan malları sizin ərazinizlə keçirək. Lakin sizin prezident mənə sözün əsl mənasında dirsəyini göstərdi. Biz Ermənistana müraciət etdik və ermənilər bizə bu məsələdə hər cür yardım edəcəklərini dedilər... Əziz tələbələr, baxın İranda 70 milyon adam yaşayır və bu ölkənin ehtiyacları var və bu ehtiyacları ödəmək üçün bizim xariclə əlaqəmiz lazım idi ki, onu da sizin hökumətiniz bizə çox gördü. Biz nə etməli idik? Ermənistanla da sizə görə küsüb əlaqələri kəsməli və öz dövlətimizi çətin vəziyyətlərə salmalı idik?
Bugün Ermənistanla İranın münasibətlərinin qurulmasına, yaxınlaşmasına və yaxşılaşmasına bu rejim məqsədyönlü şəkildə xidmət göstərib və göstərir də... 
Uzun illər boyu anti-İran və anti-rus propoqandası üzərində qurulmuş və bu iki qüdrətli qonşunu məhz Ermənistanla əməkdaşlıq etməyə sövq edən, təhrik edən düşünülmüş siyasət, məhz Azərbaycan hökumətində yüksək mövqelər tutmuş diversantların işidir...
İranın bizim ölkəyə istər qaçqınlara yardımlarla bağlı, istər müharibə vaxtı əfqan muzdlularının gətirilməsində, istər silah və maliyyə yardımları ilə, istərsə də Cəbrayıl, Füzuli və Zəngilan rayonlarının işğalı zamanı yerli əhaliyə Araz çayından öz ərazisinə keçməyə imkan verməklə çox böyük yaxşılıqları dəyib. Bugünün özündə də Azərbaycandan Naxçıvana və əks istiqamətdə bütün yüklər, hərbi texnika, təyyarə xətləri məhz İran vasitəsilə, İran ərazisi ilə çatdırılır. Əgər İran Azərbaycana pislik etmək istəsə idi, elə bircə Naxçıvana gedən yolu bağlamaqla bizə xeyli problemlər yaradardı.
Bütün bunların əvəzində isə bu hökumət elə siyasət yürüdür ki, İran bizdən çox erməniyə güvənsin və erməni ilə münasibətlərinin yüksək səviyyədə qalmasını bizə alternativ kimi saxlasın, çünki bizim sifətimizə, daha doğrusu bu hökumətin namərd və nankor sifətinə bələddir... 
Ona görə də bizim İranı və İran siyasətçilərini qınamağa mənəvi haqqımız yoxdur...

Комментариев нет:

Отправить комментарий