Страницы

10.12.2016

Müsəlmanlar Məkkə və Mədinənin sökülməsinə niyə etiraz etmirlər?

Müsəlmanlar Məkkə və Mədinənin amansız söküntüsünə etiraz səslərini niyə ucaltmırlar? “The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor öz məqaləsinə belə bir sual-sərlövhə qoyub. O yazır ki, Səudiyyə Ərəbistanı vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdır, yerində göydələnlər və ticarət mərkəzləri tikirlər. Müəllif qeyd edir ki, müsəlman icması ümumən götürəndə, etiraz etmirlər: “Çoxluğun sükutu və təmkini, hay-küyçü azlığa İslama necə sitayiş edilməsi və İslamın dünya tərəfindən necə qavranmasına dair qeyri-mütənasib diqtə imkanı yaradır”. “Neft pulları və barışmaz vahhabilər tərəfindən qızışdırdırılan Səudiyyə hakimiyyəti ağlasığmaz bir miqyasda mədəni vandalizm siyasəti yürüdür”- müəllif yazır. Jerome Taylor sual edir: “Görəsən müsəlmanları Məkkə və Mədinədə baş verənlər niyə tərpətmir? Görəsən Məhəmmədin birinci arvadı Xədicənin evi dağıdılanda və yerində ictimai ayaqyolu tikiləndə və ya Mədinə ətrafında Xəndək Döyüşü ilə əlaqəsi olan 7 məsciddən 5-i söküləndə və ya Peyğəmbərin nəvəsi ilə bağlı olan məsçid polislərin alqışları altında dinamitlə partladılanda niyə səslərini çıxartmırlar?”. “The İndependent” müxbirinin yazdığına görə, vahhabilərin dağıdacağı növbəti müqəddəs yer əl-Nur, yəni İşıq dağındakı Hirə mağarasıdır. Rəvayətə görə, Peyğəmbərə Quranın ilk ayələri məhz burada vəhy olunub. Bu gün artıq oraya vahhabilər tərəfindən fitvalanmış bir xəbərdarlıq lövhəsi vurulub: “Peyğəmbər əleyhüssəlam sizə bu təpəyə qalxmağı, burada ibadət etməyi, daşlara toxunmağı və ya ağaclara parça bağlamağı qadağan edib”.

Комментариев нет:

Отправить комментарий