Страницы

10.12.2016

Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar

Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar. Hicazlı memar Sami Angavi bəyan edir ki, Məkkə və Mədinənin son günlərinə çox qalmayıb. Peyğəmbərin arvadının da dəfn olunduğu Əl-Baqi qəbristanlığı dağıdılanlar sırasındadır. İslami İrs Fondu bildirir ki, Səudiyyənin “könüllü polis” dəstəsi bir müddət idi ki, bu yeri gecə-gündüz qoruyur və adamların buraya gül-çiçək dəstələri qoymasının qarşısını alırdı. “Jannat al-Baqi” kimi də tanınan bu qəbristanlıqda Məhəmməd peyğəmbərin qohumları və silahdaşları dəfn olunubmuş. Buraya ilk basdırılan onun dostu Uthman b. Madhoon olub, buradakı ağaclığın bir hissəsi Peyğəmbərin əmri ilə qırılıb ki, məzar üçün yer açılsın. Sonrakı illərdə Peyğəmbər, ölümünə hönkür-hönkür ağladığı azyaşlı oğlu İbrahimi burada dəfn edib. Bundan sonra çox sayda mədinəli ölənlərini burada basdırırmışlar, çünki Peyğəmbər “Ey Allah, al-Baqi sakinlərinə özün rəhm et”- deyə bu qəbristanlığı şərəfləndirib. Qeyd olunur ki, burada ümumiyyətlə, İmam Həsən ibn Əli, İmam Əli ibn al-Hüseyn, İmam Məhəmməd əl-Bağır və İmam Cəfər əl-Sadiq da daxil olmaqla Peyğəmbərin yaxın ətrafından 700 nəfər dəfn edilibmiş. Və nəhayət tanınmış üləmaları da burada dəfn ediblər və əl-Baqinin müsəlmanlar arasında bu qədər əziz olması təəccüb doğurmur. Əl-İslam saytı yazır: “1221-ci ildə (1806) vəhabilər Mədinyə gələrək bu məzarlığı və məsçidi dağıtmaq istəyiblər, lakin nədənsə bu fikirdən daşınıblar”. Lakin sonrakı illərdə al-Baqi yerlə yeksan edilib və mətbuatın yazdığına görə kral Peyğəmbər ocağının üç qaradərili gözətçisinə orada olan xəzinənin gətirilməsini əmr edib.

Комментариев нет:

Отправить комментарий