Страницы

12.12.2016

Pafos dövrü arxada qaldı

Elxan Zaman

Hay-huy, zart-zurt, zırt-pırt... "şəhidlər ölməz, vətən bölünməz!"... Bunlar elə bilirlər ki, pafosla, hayqırmaqla, şüar deməklə nəyisə həll etmək olar... Deyir ki, Türkiyəyə heç kəs diz çökdürə bilməz...
Türkiyənin bədbəxtçiliyi ondadır ki, diz üstə olduğunu dərk edə bilmir...
Hər şeyi qoyuram bir qırağa, ancaq rabitənin, informasiya texnologiyalarının, xüsusi kəşfiyyat avadanlıqlarının inkişaf etdiyi bir zəmanədə, vətəndaşlar barədə bütün məlumatlara (əqidələri, istiqamətləri, kimlikləri, əlaqələri, hərəkətləri və s.) rahatlıqla sahib ola bilən bir ölkədə silsilə terror hadisələri törədilirsə, bu o deməkdir ki, həmin ölkənin xüsusi xidmət orqanları da, polisi də qəflət yuxusunda yatıb. Əgər bu terroru həyata keçirənlər türk xüsusi xidmət orqanları ilə bağlı deyillərsə, bu türk xüsusi xidmət orqanlarının yarıtmaz işidir. Bu hadisələri ya türk XXO həyata keçirir, ya da bu XXO o qədər yarıtmaz və qafildir ki, onun qulağının dibində, gözünün qabağında hansısa PKK və ya İŞİD kimi bir təşkilat terror hadisələri törədə bilir.
Bütün bunları ört-basdır etmək üçün Ərdoğan aktivistləri küçələrə düşüb pafoslu şüarlar səsləndirirlər və xalqıın fikrini əsas sualdan həmin pafoslu şüarlarla yayındırırlar: XXO-ları hara baxırlar, niyə bu qədər qəflətdədirlər ki, İstambul kimi bir meqapolisdə mühafizə olunan stadiona bu cür ağır fəsadlı hücum təşkil olunur? Bu sualı vermək Türkiyədə, deyəsən heç kəsin ağlına gəlmir!
Türkiyənin həm iqtidarı, həm də müxalifəti türkləri əməlli-başlı dolayıblar, onları sözlər və pafoslar aləminə kökləyib boş-boş, cəfəng və populist fikirlər sırıyırlar və xalq da bunu qəbul edir. Biri çıxıb demir ki, ay vətəndaşlar, bu hökumət niyə bu qədər yarıtmaz, qafildir ki kimlərsə, gəlib rahatlıqla şəhərlərimizdə terror aktları planlaşdıra bilirlər?
Mənim fikrim isə budur ki, bu terrorda bir qazanclı adam var, o da Ərdoğan, xalqı ətrafında birləşdirə bilən Ərdoğan... batan iqtisadiyyat, məhv olmaqda olan xarici siyasət və vətəndaş cəmiyyətindən fikri yayındırmaq və Ərdoğanın "şərrə qarşı dayanmış" yeganə lider olduğu obrazını yaratmaq siyasətidir.
O gün dostlardan kimsə yazmışdı ki, Ərdoğan Qarabağ məsələsini həll edəcək...)) adam 20 ildir PKK və 2-3 ildir ki, Fetoş məsələsini həll edə bilmir, Qarabağı necə həll edəcək?
Əzizlər, pafos, havanı şüarlı və qazlı sözlərlə doldurmaq dövrü 20-ci əsrin əvvəllərində qaldı. İndi tam başqa bir zəmanədir. Anlayırsansa, buna uyğun hərəkət elə, anlamırsansa, rədd ol çıx get də, xalqı niyə avara-gor qoyursan?

Комментариев нет:

Отправить комментарий