Страницы

12.12.2016

Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatının BƏYANATI

Terrorist, işğalçı sionist İsrail rejiminin baş naziri Binyamin Netanyahunun Azərbaycana gözlənilən rəsmi səfərinin dövlət  maraqlarımıza zidd olduğunu bildirərək bu səfərə Təşkilatımız adına etiraz edirik!
İsrail rejimi və onun indiki baş naziri, dinc Fələstin xalqına qarşı bəşəri cinayətlər törətmiş, ərazilərini işğal etməklə yanaşı, kütləvi qətliamlar həyata keçirmişlər. Bu cinayətlər bu gün də davam etməkdədir.
Fələstində hər gün baş verən insan faciəsi nəinki müsəlmanlar tərəfindən, eləcə də Avropa xalqları və xristian camelər tərəfindən də etirazla qarşılanmış, Netanyahu başda olmaqla bütün hərbi cinayətkarların cəzalandırılması dəfələrlə tələb edilmişdir.
Azərbaycan dövləti 25 ildən çoxdur ki, erməni işğalı və terroru ilə üz-üzədür. Xocalı faciəsi kimi XX əsrin ən dəhşətli qətliamını yaşamış, tarixi torpaqları hələ də işğal altında olan Vətənimizdə insanlıq qatili, terrorist və işğalçı İsrail rejiminin cinayətkar baş nazirinin rəsmi səfəri arzu olunan deyil və haqlı olaraq etirazla qarşılanır.
İndiki halda İsrail rejiminin cinayətkar baş naziri ilə İŞİD terror qruplaşmasının başçısı arasında fərq yalnız birinin təşkilatçı və sifarişçi olması, digərinin isə icraçı olması qədərdir.
Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı cinayətkar rejimin nümayəndələrinin ölkəmizə səfərini arzuolunmaz hesab edərək bu səfərə qəti etirazını bildirir!

12.12.2016       Bakı şəhəri

Комментариев нет:

Отправить комментарий