Страницы

08.12.2016

Yabanı sektalar barədə

Əfsər Hüseynli

Bizim vətənimiz Azərbaycandır və biz də azərbaycanlıyıq. Əhalisinin çox hissəsini şiələr təşkil etdiyi üçün, Azərbaycanı şiə ölkəsi kimi də təqdim etmək olar. Amma son illərdə müxtəlif radikal dini cərəyanların vətənimizə ayaq açdığını hamımız görürük və artıq fəsadları da göz qabağındadır. Çox təəssüflər olsun ki, bəzi dindarlar üçün Azərbaycanı ən ucuz qiymətə digər ölkələrə satmaq, qulluq etdikləri ölkənin kəşfiyyat orqanlarının bircə təlimatı ilə Azərbaycanda müxtəlif vasitələrilə sabitliyi pozmaq, ara qarışdırmaq, hətta partlayışlar törədib vətənimizi müharibə meydanına çevirmək arzudur və bunun həyata keçməsi üçün əllərindən gələni əsirgəməzlər. Hal-hazırda dünyada gedən prosesləri də izləyəndə görürük ki, Allah adına edilən cinayətlər şeytan adına  edilənlərdən daha çoxdur. Nə üçün bu cinayətlər din adına, Allah adına edilir?
Böyük güclərin mənfur planlarını həyata keçirmək, dünyanın siyasi xəritəsində dəyişikliklər etmək üçün hal-hazırda ən əlverişli yol dindir. Çünki hər ölkədə başıboş, axmaq, eyforyaya qapılan, pula həris olan, bir sözlə cürbəcür yollarla aldadıla bilinəsi adamlar var. Bu insanlardan istifadə etməyin ən gözəl yolu da məhz elə din, məzhəb, təriqət üstündə qurulan siyasi maraqlardır. Azərbaycan da bu oyunlara istəməsək də, artıq alət olmuşdur. Bir sıra radikallar əmr aldıqları Səudiyyə Ərəbistanının, başqa biriləri Türkiyənin xüsusi xidmət orqanlarının təlimatları ilə Azərbaycanı həmin dövlətlərin müstəmləkəsinə çevirmək üçün əllərindən gələni edirlər. Özü də İslam adına, din adına... Umumi sözlərlə keçinib üstüörtülü, “xalaxətrin qalmasın deyə” fikir bildirməyəcəm. Artıq açıq danışmağın vaxtıdır məncə...
Vəhhabi-sələfilər radikallıqla, qan tökməklə, terrorla ağalarının, əmr aldıqları ölkələrin siyasətini yeritmək istəyən, din adı altında yaradılan bir qrup oyunçulardır. Onların əsl amacları heç də həqiqi İslam dini, müqəddəs bir amal uğrunda vuruşmaq, İslamı ucaltmaq, gücləndirmək deyildir. Əksinə hər vəchlə, hər addımda, bütün əməlləri ilə İslam dinini gözdən salıb ağalarının, sahiblərinin marağına qulluq etməkdir.
Diğər bir qrup isə özlərinə "Nurçular" adı qoyub “Amerika islamı” yaratmaq istəyən, sözdə mədəni, xoşgörünüşlü bir Islam anlayışı ilə İslamı satanistləşdirməyə yönləndirilmiş azərbaycanlılardır. Onlar da Azərbaycanda din adı altında qulluq etdikləri ölkələrin siyasətini yeridən, bilərəkdən və yaxud bilməyərəkdən böyük güclərin maraqlarına xidmət edənlərdir.
Birdəfəlik beynimizə həkk etməliyik ki, bütün ölkələr dünyanın siyasi xəritəsində yer alır. Sərhədləri var. Deməli, hər  bir bəyəndiyimiz və ya bəyənmədiyimiz ölkənin, dövlətin öz dövlətçilik qanunları, idaretmə üsulları, xüsusi xidmət orqanları, büdcəsi, qoşunu və öz siyasi maraqları vardır. Bura Səudiyyə Ərəbistanı da, Türkiyə də, Qətər də, İordaniya da daxildir. Sadəcə, gəlin bir şeyi dərindən düşünək. Din və şəriət başqa mövqedən çıxış edir, dünya siyasəti isə tam ayrı tərəfdə durur.
Görəsən din insanlara vətənini düşmənlərə satmağı əmr edirmi? Görəsən Uca Allah insanlara əmr edirmi ki, əgər dövlətinizi bəyənmirsinizsə vətəninizi, millətinizi başqa dövlətlərə satın, dəyişin? Müqəddəs kitabımız olan Quranın harasında yazılıb ki, torpağını, vətənini qoyub başqa dövlətlərin siyasətinə qulluq edib, onlar üçün vuruşasan?
Bu sualları sizin öhdənizə buraxıram, ey haqq sevərlər, ey həmvətənlərim! Hamımızin qəbul etdiyimiz bir hədisi nəzərinizə çatdırmaq istəyirəm. Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: ”VƏTƏNİ SEVMƏK İMANDANDIR”.

Комментариев нет:

Отправить комментарий