Страницы

14.01.2017

Ayətullah Sistaninin fətvası: Şiələr leşinizi itlərə atarlar!

İŞİD-in Bağdad və Samirra şəhərləri istiqamətində irəlilədiyi bir vaxtda şiələrin nüfuzlu müctəhidi Ayətullah Sistaninin verdiyi fətva terrorçulara qarşı mübarizəyə kütləvi axının yaranmasına səbəb oldu. Ayətullah Sistani xalqı İŞİD-ə qarşı cihada dəvət edərək bildirdi ki, hamı silah ələ alıb terrorçular qarşı mübarizəyə qalxmalıdır. İraqlılar ölkənin şimal bölgələrində nəzarəti ələ almış vahhabi terrorçularına qarşı döyüşmək üçün paytaxt Bağdad və ölkənin başqa şəhərlərində orduya könüllü yazılmaq üçün çağırış mərkəzlərinə üz tutdular. Fətvadan sonra dünyanın müxtəlif ölkələrindən saysız-hesabsız şiə döyüşmək üçün Kərbəlaya axışdı, hətta Azərbaycandan da 500 nəfər getdi. İraqın baş naziri Heydər əl-Abadi bildirdi ki, həmin fətva İraqı və bölgəni xilas etdi: “Ayətullah Sistaninin cihad fətvası münasib vaxtda verilməklə İŞİD-in qarşısını aldı, ölkədə bu terror təşkilatına qarşı səfərbərlik yaratdı, İraqı və bölgəni xilas etdi, şər planlara mane oldu”. Höccətül-İslam Məhəmmədi Gülpayiqani mərcəiyyətin İŞİD-ə qarşı mübarizədəki rolundan danışarkən deyir: “Bu bir reallıqdır ki, əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla, nə də Nəcəf qalardı. Bu fətvadan sonra alimlərə və mərcəiyyətə güvənən insanlar İŞİD-ə qarşı döyüşmək üçün meydanlara çıxdılar. Bu gün İslam düşmənləri bu gerçəyin fərqinə varıblar. Dolayısıyla mərcəiyyət məqamını sarsıtmaq və xalqın gözündən düşürmək üçün sistematik olaraq çalışırlar. Buna görə də müsəlmanlar son dərəcə ayıq olmalı və düşmənin oyunlarına alət olmamalıdırlar. Təkfirçilər Nəcəf və Kərbəlanı yerlə-yeksan etməkdən sonra Məşhəd şəhərində yerləşən İmam Rza türbəsini də hədəfə almışdılar. Lakin Ayətullah Sistaninin fətvası düşmənin planlarını pozdu. 1 milyon aşiq insan terroristlərə qarşı vuruşmaq üçün hazır vəziyyətə gəldi. Bunu açıq-aşkar söyləyirəm: Əgər Ayətullah Sistaninin fətvası olmasaydı, nə Kərbəla qalacaqdı, nə də Nəcəf!” Şiələrin mütəşəkkilliyindən heyran qalan Rusiya prezidenti Vladimir Putin bildirdi: “İŞİD-çilər şiələri yaxşı tanımırlar. Şiə zülmə səbr edər, haqlarının tapdalanmasına səbr edər, mallarının qəsb olunmasına səbr edər, amma əgər onların müqəddəslərini təhdid etsəniz, sizin leşinizi itlərə atarlar!” Ayətullah Sistaninin xüsusi zəka ilə düşünülmüş və yerində verilmiş cihad fətvası hadisələrin gedişində İraqda 2 milyondan çox şəxsi təkfirçilərlə mübarizəyə səfərbər etdi, eləcə də İraqda baş verə biləcək məzhəblərarası müharibənin qarşısını aldı. Həmin fətva əgər 24 saat gec verilsəydi, Bağdad şəhəri təkfirçilərin əlinə keçəcəkdi və ölkənin parçalanmaqdan başqa yolu qalmayacaqdı. Ayətullahın fətvası həm də məzhəb və dini qarşıdurmaların baş verməsinin qarşısını aldı. Bunu İraqın Əhli-sünnət Alimlər Birliyinin sədri Xalid Molla da vurğuladı. Əhli-sünnət Alimlər Birliyi fətvanı dəstəklədiyini elan etdi və bildirdi ki, Ayətullah Sistani əhli-sünnəni nəinki məzhəb qardaşları kimi, hətta elə şiələrin özü kimi görür. Birliyin sədri Xalid Molla mərcəyi-təqlid tərəfindən cihad hökmünün verilməsinin ağıllı bir addım olduğunu önə çəkdi və dedi ki, bu fətva yalnız şiələrə aid deyil, İraqın bütün əhalisinə aiddir və İraq xalqı arasında birliyin yaranmasına səbəb olmuşdur. Əhli-sünnət Alimlər Birliyi digər ərəb və islam ölkələrini də terrorun qarşısını almağa çağıraraq bildirdi ki, İraqda terror və cinayətkar hərəkətlər törədən terrorçuların sünnilərlə heç bir əlaqəsi yoxdur və bu iki məsələni eyniləşdirmək olmaz. Bundan öncə İraqın Əhli-sünnət Alimlər Birliyinin digər üzvi də Ayətullah Sistanini təkcə İraq şiələrinin böyük müctəhidi deyil, bütün İraq xalqının, ölkədəki bütün dini və milli azlıqların hamısının müctəhidi adlandırmışdı. İraq parlamentinin sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasiri vurğulamışdır ki, İraqda imperializmin nökərliyini edən bəzi fikirlərin bütün səylərinə və xalqı etnik bir döyüşə sürükləmələrinə baxmayaraq sünni və şiə alimləri bu terror qruplarının bütün İraq xalqını hədəf aldığını gözəl anlayır: “İŞİD kimi terror təşkilatları üçün imperializmə qarşı olan hər kəs, istər şiə olsun, istərsə də sünni düşməndir və ortadan qaldırılmalıdır”. Bir çox ekspertlər də bildirirlər ki, İraqda şiə müctəhidinin təkfirçilərlə mübarizəyə dair cihad fətvası olmasaydı, ölkədə sünni və şiə məzhəbi qrupları arasında müharibə qaçılmaz idi. Ona görə ki, şiələrin ifratçı qrupları ifratçı sünnilərin törətdikləri cinayətlərin qisasını almaq üçün oxşar işlər görəcəkdi və bu, İraqda məzhəblərarası müharibə ilə nəticələnəcəkdi. Belə gedişat isə elə ABŞ və İsrailin çoxdankı arzu və proqramlarından biridir. Ümumi düşmənə qarşı cihad fətvasının verilməsi şiə qrupları arasında vəhdət və birliyin yaranmasına, gənclər arasında təbii bir hərəkatın vüsət almasına da səbəb oldu. Fətva İŞİD-ə necə təsir etdisə, terrorçular Sistaninin İraqdan çıxması tələbini qoydular. İŞİD-in yaydığı bəyənatda deyilirdi: “Biz bütün şiələrə xəbərdarlıq edirik ki, Əli Sistani İraqdan çıxmalıdır. Əgər belə olmazsa, biz onu öldürəcəyik”. Ayətullah Sİstaninin evinin və ofisinin mühafizəsi gücləndirildi. Qızğın döyüşlərdən sonra İŞİD şiə könüllüləri qarşısında geri çəkilməyə məcbur oldu. Xalq qüvvələri İraq ordusu və təhlükəsizlik qüvvələrinin kənarında terrorçulara dağıdıcı zərbələr vurdular. İraq parlamentinin sabiq millət vəkili Şeyx Məhəmməd Mehdi Nasiri təfkirçi terror təşkilatının məğlubiyyətinə işarə edərək deyir: “Ümumi olaraq İraq xalqı və xüsusilə də gənclərin Ayətullah Sistaninin cihad fətvasına göstərdiyi misli görülməmiş maraqdan ötəri İŞİD-in manevr sahəsi daraldı. Bu fətva İŞİD terror təşkilatını pərişan etdi və ağır itkilər verdirdi. Qaçaraq dəlik axtardılar”. İtaliyanın xarici işlər naziri Federika Mogerini İraqa səfəri zamanı dedi: “Qərb Ayətullah Sistaninin fətvası ilə İslamın həqiqi üzünü gördü”. Federika Mogerini 2003-ci ilə qədər Səddam dövründə zülm görən şiələrin digər tayfa və məzhəblərdən intiqam almaq fikrindən uzaq olduğunu ifadə edərək, Ayətullah Sistaninin “Əhli-sünnə şiələrin qardaşı deyil, canıdır, özüdür” fikrini xatırladaraq, Ərəb lobbisinin bu fətvanı görməməzlikdən gəldiyini bildirdi. Mogerini İŞİD terrorçularının zülmündən qaçan xristian və yezidilərə də məhz şiələrin kömək etməsini diqqətə çəkdi. Bəli, Qərb bu dəfə də şiə müctəhidliyinin gücünü və statusunu anladı. Adi bir fətva ilə genişmiqyaslı qlobal planları puç olan sionistlər pərişan düşdülər. Ayətullah Sistaninin bir cümləlik fətvası Qərb dövlətlərinin və təkfirçilərin milyardlarla dollar xərclədikləri proqramlarını darmadağın etdi. Mərcəiyyət, şiə rəhbərliyi, fətva kimi sözlər uzun illər milyardlarla dollar bahasına başa gələn planları, bir andaca- yalnız bir cümlə ilə məhv edə biləcək açar sözlərdir.

Avrasiya analitik qrupu

Комментариев нет:

Отправить комментарий