Страницы

10.01.2017

Ayətullah Sistaninin fətvası sionistlərin planını necə pozdu?

Ayətullah Sistaninin xüsusi zəka ilə düşünülmüş və yerində verilmiş cihad fətvası İraqda 2 milyondan çox şəxsi təkfirçilərlə mübarizəyə səfərbər etdi, eləcə də İraqda baş verə biləcək məzhəblərarası müharibənin qarşısını aldı
Həmin fətva əgər 24 saat gec verilsəydi, Bağdad şəhəri təkfirçilərin əlinə keçəcəkdi və ölkənin parçalanmaqdan başqa yolu qalmayacaqdı. Bu fətva həm də məzhəb və dini qarşıdurmaların baş verməsinin qarşısını aldı.
Bunu İraqın Əhli-sünnət Alimlər Birliyinin sədri Xalid Molla da vurğuladı. Əhli-sünnət Alimlər Birliyi Sistaninin fətvasını dəstəklədiyini elan etdi və bildirdi ki, Ayətullah Sistani əhli-sünnəni nəinki məzhəb qardaşları kimi, hətta elə şiələrin özü kimi görür. Birliyin sədri Xalid Molla mərcəyi-təqlidi tərəfindən cihad hökmünün verilməsini ağıllı bir addım olduğunu önə çəkərək dedi ki, bu fətva yalnız şiələrə aid deyil, İraqın bütün əhalisinə aiddir və İraq xalqı arasında birliyin yaranmasına səbəb olmuşdur. Bundan öncə İraqın Əhli-sünnət Alimlər Birliyinin digər bir üzvi Ayətullah Sistanini təkcə İraq şiələrinin böyük müctəhidi deyil, bütün İraq xalqının, ölkədəki bütün dini və milli azlıqların hamısının müctəhidi adlandırdı.
Bir çox ekspertlər də bildirirlər ki, İraqda şiə müctəhidinin təkfirçilərlə mübarizəyə dair cihad fətvası olmasaydı, ölkədə sünni və şiə məzhəbi qrupları arasında müharibə qaçılmaz idi. Ona görə ki, şiələrin ifratçı qrupları ifratçı sünnilərin törətdikləri cinayətlərin qisasını almaq üçün oxşar işlər görəcəkdi və bu, İraqda məzhəblərarası müharibə ilə nəticələnəcəkdi. Belə gedişat isə elə ABŞ və İsrailin arzu və proqramlarından biridir. Ümumi düşmənə qarşı cihad fətvasının verilməsi şiə qrupları arasında vəhdət və birliyin yaranmasına, gənclər arasında təbii bir hərəkatın vüsət almasına da səbəb oldu.
Qərb bu dəfə də şiə müctəhidliyinin gücünü və statusunu anladı. Adi bir fətva ilə genişmiqyaslı qlobal planları puç olan sionistlər pərişan düşdülər. Ayətullah Sistaninin bir cümləlik fətvası Qərb dövlətlərinin və təkfirçilərin milyardlarla dollar xərclədikləri proqramlarını darmadağın etdi. Mərcəiyyət, şiə rəhbərliyi, fətva kimi sözlər uzun illər milyardlarla dollar bahasına başa gələn planları, bir andaca- yalnız bir cümlə ilə məhv edə biləcək açar sözlərdir.

Комментариев нет:

Отправить комментарий