Страницы

10.01.2017

“Suriyanın İraqın vəziyyətinə salınmasına İran və Ayətullah Sistaninin fətvası mane oldu”


Hizbullah lideri Seyyid Həsən Nəsrullah Yaxın Şərqdə aparılan siyasi gedişlər barədə önəmli açıqlamalar verib: “Biz Suriyanı hamımızın varlığı üçün qoruyuruq və bunu hamı bilir. Bu günə qədər əldə edilən nailiyyətlər çox böyükdür. Biz var olan təhlükəni dəf etdik, ancaq hələ iş tamamlanmayıb. Xüsusilə də təkfirci qrupların hələ də Qətər, Türkiyə, Səudiyyə, Amerika və Fransa tərəfindən eyni şəkildə dəstəkləndiyi nəzərə alınarsa. Suriyada silahlı “mülayim müxalif” deyə bir şey yoxdur, onlar ya İŞİD üzvüdür, ya da Əl-Nusra. Suriya bu bölgü ilə demək olar ki, İraqın vəziyyətinə salınacaqdı. Ancaq İranın birbaşa müdaxiləsi və Ayətullah Sistaninin cihad fətvası buna mane oldu. Səudiyyə münaqişələri çox ciddi müstəviyə daşımış və daim Amerika və İngiltərə ilə birlikdə bu münaqişələrə məzhəb ölçüsü qazandırmağa çalışır. Ancaq bu münaqişələr siyasidir və siyasi qalacaqdır”.
Seyyid Həsən Nəsrullah açıqlamalarının davamında Çeçenistanın Qroznı şəhərində keçirilən İslam Konfransının Səudiyyə Ərəbistanı rejimini və vahhabiliyi İslamın dağıdıcısı olaraq adlandırması ilə bağlı bunları söyləyib: “Mövcud münaqişələr əhli-sünnə ilə olan münaqişə deyil. Bu münaqişələr dünyanın qapılarını açmış olduğu, Amerika ilə İngiltərənin köməyilə məscid və məktəblər açan vahhabilik mentalitetinə qarşıdır. Vahhabilik İsraildən daha pisdir, xüsusilə də İslam və tarixlə əlaqəsi olan şeyləri və digər insanları məhv etmək məqsədindədir. Bu layihə 2011-ci ildən başlayıb və məsələ sünni-şiə məsələsi deyil. Bu işdə cəsusluq bürolarının barmağının olduğu çox aydındır. Bizlər bu təhdidləri ilk fürsətdəcə nəzarət altına alma və zərbə vurmaq yoluyla aradan qaldıracayıq”.
Nəsrullah sözlərinin davamında yeni yaranmış ingilis şiəliyinin vahhabilik və sionizmdən daha təhlükəli olduğunu bildirib: “Televiziya kanallarına çıxaraq dini məzhəbi ifadələr verən o adamlar cəsusluq bürolarının agentləridir və onların hədəfi məzhəbləri bir-birinə vurmaqdır”.

Комментариев нет:

Отправить комментарий