Страницы

11.01.2017

Azər Bandoj - Sən oldun

Məftun eliyən aləmi, ey mah, sən oldun,
Hicrində məni zar eliyən, ah, sən oldun.

Bazardə can satmağa çıxmışdı bu könlüm,
Canım dəyəri dəhrdə vallah sən oldun.

Sultanlıq edənlər özünə xəlqi qul eylər,
Eşqində məni qul eliyən Şah sən oldun.

Mən bilməz idim mey nədi, səhba nədi, ey yar,
Zail eliyən əqlimi hərgah, sən oldun.

Ehsan elədin büsə ləbindən mənə bir kəz,
Bihuş düşən gah mən, gah sən oldun.

Zülfünlə mənim boynuma zəncirini bağlıb,
Yusiflə məni eyliyən həmrah, sən oldun.

Biganələrin tə'nəsinə dözsə də Bandoj,
Nə zülm ki çəkdi buna agah sən oldun.

Комментариев нет:

Отправить комментарий