Страницы

11.01.2017

Fariz Fəryad - Bəşər

Görməyib, görməz daha dünya sənin tək bir bəşər,
Kimliyin fəhm etməyə onçun deyil qadir bəşər.

Arif olsa feyz alıb hüsnü cəmalindan sənin
Şükr edib söylərdi hər gün min nəfəs təkbir bəşər.

Varlığında, ey sənəm, bir gizli aləm gizlənib,
Ömrü yetməz möcuzatin eyləsin təfsir bəşər.

Qədrini bilməz sənin, gah ismivə böhtan deyər,
Cəhd edər rüxsarivi gah etməyə təsvir bəşər.

Kimliyin mədh eyləyibdir Xaliqu Aləm sənin,
Sənsən hər bir elmdə ən ali, ən mahir bəşər.

Məxluqatın əşrəfi sənsən, üzü səndən dönüb
Heç rəvadırml ola şeytan ilən əlbir bəşər!?

Bir kəsin, Fariz, nə vaxtdır ki, zühurun gözləyir
Eyləyib naqis əməllərnən onu təxir bəşər.

Комментариев нет:

Отправить комментарий