Страницы

12.01.2017

İranlı fizikin terror olunmasında MTN-nin köməyi

Müttəqi Bərməki

7 il qabaq- 2010-cu il nüvə fizikası sahəsində İran alimi və universitet müəllimi Məsud Əliməhəmmədi Tehranda evinin qarşısında terror edildi.
Bu terror, vaxtı ilə İranın bizim dövlətə etdiyi əvəzsiz yardımlar müqabilində Azərbaycanın "təşəkkür" cavabı idi...
İran xüsusi xidmət orqanları bu terrorun üstünü açarkən, qətlin "Mossad" terror təşkilatının sifarişi ilə "Mossad"ın terror şəbəkələrindən birinin üzvu Məcid Cəmalifəş tərəfindən həyata keçirildiyi məlum oldu. Terrorçu Cəmalifəş İran İR dövlət televiziyası ilə çıxışı zamanı, şəhid Əliməhəmmədinin terroru ilə bağlı bütün təlimatları İsraildə "Mossad" terrorçularından aldığını və Tel-Əvivin yaxınlığında yerləşən hərbi hissədə bu terroru məşq etdiyini etiraf etdi.
Ona ilk baxışdan fərqlənməyən məmuli bir laptop vermişdilər ki, flaşka ilə işə düşən ikinci vindous açılırdı. Terrorçu Cəmalifəş həmin notbuk ilə İrandan birbaşa İsrailin kəşfiyyatı ilə əlaqə saxlayırdı: "Necə olur mən İrandan birbaşa israillə əlaqə saxlayaıram, amma İran xüsusi xidmət orqanları bunu aşkarlamır- sualına, Sənin göndərdiyin sms 20 hissəyə bölünüb ayrı0ayrı adreslərə gedir, sonradan onlar birləşib bizə çatır- cavabı vermışdilər.
Məcid Cəmalifəşi iranlı idmançı idi. İdman yarışı vaxtı Azərbaycanda səfərdə olarkən İsrailin Mossad cəsus şəbəkəsi tərəfindən ələ alınıb, daha sonra Azərbaycandakı İsrail səfirliyində ona saxta İsrail pasportu verilərək Tel-Əvivə uçub. Sonradan həmin pasportla Azərbaycana qayıdaraq öz İran pasportu ilə İrana qayıdıb. Bütün bu işlər Azərbaycan MTN-nin dəstəyi və Mossad-la əməkdaşlığı nəticəsində baş verib. O MTN ki, onun rəhbərinin qohumu Azərbaycan vahhabilərinin "xaç atası" idi...

Комментариев нет:

Отправить комментарий