Страницы

11.01.2017

"Onlar bizim torpaqlara köçkün kimi ayaq açdılar"

-Əli, kürdlərin Kərkükü tutması necə olub? 
-Gəlib hökumət nümayəndələrinə deyiblər ki, silahı qoyub gedin, biz sizinlə savaş istəmirik. Buralar bizim torpaqlardı. Hökumətin ordusu da silahı kürdlərə təhvil verib, mülkü paltarda ərazini tərk edib. Topları, tankları, iri çaplı silahları qoyub gediblər. Ailəmizin yaşadığı Duz Xurmatlı da kürdlərin nəzarətinə keçib. Hazırda bizim şəhərdə Bağdad hökumətinin təmsilçisi yoxdur, sadəcəb kürdlər var. Kürdlər xalqa deyirlər ki, bizə tabe olmasanız, dərhal geri çəkilərik. İŞİD gəlib kökünüzü kəsər. Sevinin ki, biz sizi öldürmürük. Bilirsən, biz şiəyik, türkmənik, kürdlər bizi heç sevməz. Heç biz də onları sevmərik. Onlar bizim torpaqlara köçkün kimi ayaq açdılar. Gəlib buralarda məskunlaşdılar. Öncə önəm vermədik. Bir də gördük ki, bunlar bizim torpaqlarda ağalıq edirlər...

Sürixdə yaşayan Əli adlı iraqlı qaçqının dediklərindən

Комментариев нет:

Отправить комментарий