Страницы

11.01.2017

Ruhulla Amin - Öldürür məni

Cahanda bir gül üzlünün cəfasi öldürür məni,
Dəma-dəm artırır nazın, ədası öldürür məni.

Məni görəndə zülfüni nədən üzə niqab edir?
O nazlı dilbərin abır-həyası öldürür məni.

Bu dərdi-möhnətə, təbib, əbəsdi çarə gəzməyin,
Əgər ki çarə eyləsən, dəvası öldürür məni.

Nahaqdı vədə verməyi xas aşiqə o zahidin,
Əgər ki eşqi yoxsa, iddiası öldürür məni.

Könül açır çiçək kimi gələndə nazlı dilbərim,
Salamı can verir mənə, vidası öldürür məni.

Yoxumdu taqət, Amina, fəraqi yarə dözməyə,
Vurubdu qəlbə atəşi, yarası öldürür məni.

Комментариев нет:

Отправить комментарий