Страницы

12.01.2017

"Milli Məclis icra başçıları, polis rəisləri, məhkəmə sədrlərinin “tupoy” övladları ilə doludur"

"Bugünlərdə parlamentə, millət vəkillərindən biri ilə (o, həm də parlamentin müvafiq komitələrindən birinin sədr müavinidir) müsahibəyə getmişdim. Müsahibə zamanı birdən həmin millət vəkilinin yadına nəsə düşdü, daha doğrusu, ona nəsə lazım oldu və daxili telefonla komitənin işçilərindən birinə onun yanına gəlməsini xahiş etdi".
mia.az xəbər verir ki, bunu gununsesi.info-ya açıqlamasında tanınmış jurnalistlərdən biri deyib. Onun sözlərinə görə, bir necə dəqiqədən sonra deputatın aradığı işçi- komitənin əməkdaşı qapını döymədən, salam-kəlamsız içəri daxil olub və sadəcə "məni çağırmısınız, eşidirəm…" deyib: "Onun bu hərəkətindən, saymazyana davranışından da deputat "rəng verib rəng aldı”, nə qədər büruzə verməməyə çalışsa da, alınmadı. Sonra isə "zəhmət olmasa, filan sənədi mənə gətirin"-dedi. Həmin şəxs yenə qapını açıq qoyaraq kabinetdən çıxdı. Bu isə deputatı əməlli-başlı özündən çıxardı. "Görürsünüz də… Nə etikası, nə mədəniyyəti var…Salamsız-kəlamsız içəri girdi, qapını açıq qoydu, gedəndə yenə qapını örtmədi… Mənə hörmət etmir, sizə hörmət qoysun, sizə hörmət qoymur, heç olmasa, mənə hörmət qoysun?! Hamısı belədir… Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, digər vəzifəlilərin "tupoy" övladları ilə doludur… Bunlara söz də demək olmur… O saat aləmi qatıb-qarşıdırırlar… Bu da filankəsin oğludur… Özündən də  o qədər razıdır ki... Amma mədəniyyət, etika deyilən şey yoxdur… Hamı deputatlara bəxtəvərlik verir, amma bilmirlər ki, biz belələrinin əlindən nələr çəkirik…".
Bir az sonra həmin işçi deputata lazım olan sənədi gətirib verib, heç nə olmamış kimi də otağı tərk etdi…Eyni hərəkətlərini də təkrarlamaqla, davam etdirməklə…”- jurnalist bildirib.

Комментариев нет:

Отправить комментарий