Страницы

11.01.2017

Qayıtmaz açılan ələ arzular

Fəxrəddin Əli

Bu gecə səs gəlir uca səmadan,
Bu göyün səsidir ildırım səsi.
Göydən bərəkətin tökür yaradan,
Yerdə ağacların doyur gövdəsi.

Su təpəciyin üstə endikcə,
Heç görmədiyimiz susuz böcəklər
Quru torpağlara səpələndikcə
Üstünə tökülür yaş təpəciklər.

Ağacın üstə qırx ayaqlarından,
Sallanar qırxayaq budaq başında.
Qurdlar da sürüşər yarpaqlarından
İz qoyar yarpağın hər qarışında.

Əl aç bu yağışda, göylərə əl aç,
İstə Yaradandan nə istəyin var.
Ən aciz varlığa qılırsa əlac,
Qayıtmaz açılan ələ arzular.

Комментариев нет:

Отправить комментарий