Страницы

18.01.2017

Rafail Zülfüqarov - Rәhm eylә

Mәriz bir bәndәnәm, ya Rәbb, mәni bimarә rәhm eylә!
Hәkim etmәzsә bir dәrman, kim eylәr çarә, rәhm eylә!

Sәnә layiq ibadət etmәdim, zay eylәdim ömrü,
Әlim boş, gözlәrim yaşlı, üzümsә qarә, rәhm eylә!

Mәni qovsan qapından sailә bәs kim açar babın?
Olarsa bigüman bәndәn, qalar avarә, rәhm eylә!

Gәlib ki, etsin istiğfar, qәbul eylә sәn, ey Rәhman!
Günahlardan bezib könlüm, gәlibdir zarә, rәhm eylә!

Durubdur bir günahkar, qolları bağlı hüzuruda,
Peşimandır, ümid eylər, çәkilmәz darә, rәhm eylә!

Nә eyb etdimsә gizlәtdin, nә alisәn sәn, ey Sәttar,
Hesab vaxtı bu cür gizlәt, demә aşkarә, rәhm eylә!

Mәni zalimә et lütfün, uzaqlaşdır cәhәnnәmdәn!
Qәrib dözmәz ki, ya Cәbbar, qalanmış narә, rәhm eylә!

Комментариев нет:

Отправить комментарий