Страницы

18.01.2017

Samir Sərrafi - Yuxuma gəl

Hər gecə bir şeir yazıram sənə
Bu dəli könlümü ovutmaq üçün. 
Ovcumda şeirimi qoyub sinəmə
Qəlbimdəki sənə oxutmaq üçün.

Sən bunu heç kimə deyə bilmirsən,
Hər gecə yuxuna gəlirəm sənin.
Bir əlimdə vərəq, bir əldə çıraq
Sənin ürəyində gəzirəm məni.

Tapmayıb özümü sənin qəlbində
Üzüntü içində dönürəm geri.
Divanə aşiq tək öz aləmimdə
Hər gecə yazıram sənə bir şeiri.

Sən mənim yuxuma niyə gəlmirsən?
Səninçün yuxumu bəzəmişəm mən.
Açıb ürəyimi məhz sən gələsən-
Yollara rəsmini döşəmişəm mən.

Комментариев нет:

Отправить комментарий