Страницы

13.01.2017

Yazıq İsrail əsgərləri və Azərbaycan mətbuatı

Bildiyiniz kimi, uzun illər boyu sionist İsrail rejiminin ağır blokadası şəraitində olan Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına terror hücumu olmuşdur. Gəmilərdə olan dünyanın 40-dan çox ölkəsindən gəlmiş hüquq müdafiəçiləri, jurnalistlər, teleoperatorlar, elm və incəsənət xadimləri, şəhər merləri, parlament deputatları və həmçinin heç bir xüsusi vəzifə daşımayan adi insanlar- yaşlılar, qadınlar və hətta körpə uşaqlar vəhşi yəhudi əsgərlərinin barbar hücumuna məruz qalmışdılar. Beləliklə, təqribən 700 nəfərə yaxın dinc insan sionist “qonaqpərvərliyinin və genişqəlbliliyinin” şahidi olmaq zorunda qaldılar. Bu “qonaqpərvərliyin” nəticəsi isə 20 nəfərə yaxın şəhid, 100 nəfərə yaxın yaralı oldu. Bütün dünya baş vermiş faciədən, onu həyata keçirənlərin soyuqqanlıqlarından dəhşətə gəldi. Hətta İsrailin havadarları və ən yaxın dostları belə bu sinizmin miqyasını gizlədə bilməyərək sionist təsisatını ciddi tənqid etməyə məcbur oldu. Bəs bizim çoxdan sionizmin caynağına keçmiş Azərbaycanda nələr baş verdi? Əlbəttə, Azərbaycanda da bütün sivil dünyada olduğu kimi, baş vermiş faciəyə uygun münasibət sərgiləndi. Özü də ki sıravi insanlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan başlamış hakimiyyətdə təmsil olunan vəzifəli şəxslər səviyyəsinə qədər, hətta dövlət səviyyəsində. Bəziləri çox kəskin, bəziləri bir qədər yumşaq, amma demək olar ki hamı baş vermiş dəhşətli olayı pislədi. Lakin demək olar ki hamı... Bəs niyə demək olar ki? Əcəba bəlkə dinc, silahsız, mülki insanlara vəhşicəsinə hücum edərək onları qətlə yetirməyə, yaralamağa, əsir etməyə dəstək verə bilənlər də oldumu? Bəli! Əfsuslar olsun! Min-min əfsuslar ki, belələri də tapıldı. Əlbəttə, bu dəstəyi bir qədər pərdələnmiş şəkildə, zorla qaraya ağ deyə-deyə verdilər. Beləliklə, Azərbaycan mətbuatının səhifələrini vərəqləyirik... Qəzetlərdən birində jurnalistin “Humanitar aksiya” faciə ilə sona çatdı; söhbət təsadüfi insidentdən, yoxsa hesablanmış təxribatdan gedir?” başlıqlı məqaləsi verilib. Əvvəla qeyd edək ki, məqalədə humanitar adı ilə, hüquq müdafiəçiləri adı ilə əlaqəli bütün ifadələr (humanitar aksiya, humanitar konvoy, hüquq müdafiəçiləri və s.) dırnaqarası verilib ki, bu da avtomatik olaraq bu nəcib hərəkətin humanitar tərkibli olmağını şübhə altına alır. Daha sonra müəllif bir qədər tarixə vararaq, Qəzza bölgəsi haqqında məlumat verməyə çalışır. Bu zaman o, bütün Avropa tərəfindən qanuniliyi tanınan “Həmas” təşkilatının Qəzzada hakimiyyəti ələ keçirdiyini və bu səbəbdən də məzlum İsrailin Misir hakimiyyəti ilə (bu günlərdə devrilmiş İsrail nökəri Hüsnü Mübarək ilə!) birlikdə bu bölgəni blokadaya almağa məcbur olduğunu bildirir. Müəllif yazır: “...hər həftə Qəzzaya 15 min ton humanitar yük daxil olur. Qadağa isə yalnız silaha, ikili təyinatlı mallara və zinət əşyalara aiddir. Amma fələstinlilər isə yenə də siqaret, mobil telefon və s. bu kimi malları qaçaqmalçılıqla Misirdən gətirməyə müvəffəq olurlar. Amma buna baxmayaraq, yenə də ara-sıra müxtəlif insan haqları təşkilatları blokadanı yarmağa çalışırlar”. Bəh-bəh! Belə genişqəlbilikdən adamın qəlbi lap riqqətə gəlir. Sən demə, məsələn, su krantının ağzını bağlayıb istədiyin vaxt istədiyin həcmdə su buraxmaq ixtiyarını özündə saxlamaq- böyük lütfkarlıq demək imiş. Hələ siqaretin, telefonların şübhəli şeylər olmasını demirik. Daha sonra məqalə müəllifi əsas mətləbə keçərək neytral sularda baş vermiş hadisəni təsvir etmək istəyir. O yazır: “İsrailin dövlət radiostansiyası olan “Kol İsrail”in müxbirinin bildirdiyinə görə, israilli hərbçilərin mədəni şəkildə dayanmaq əmrinə Türkiyəyə məxsus olan “Mavi Mərmərə” gəmisinin kapitanı kobud söyüşlərlə cavab verdi. Hadisələrin sonrakı inkişafını isə tərəflərin hər biri öz bildiyi kimi danışır. “Hüquq müdafiəçiləri” bildirirlər ki, İsrailin dəniz piyadaları gəmiyə qalxan kimi atəş açmağa başladılar. İsraillilər isə deyirlər ki, “hüquq müdafiəçiləri” birinci olaraq onlara hücum etmiş və bu zaman yumruqla, daşla (görəsən gəmidə daş nə gəzir?), armatur parçaları ilə, bəziləri bıçaqla və hətta əsgərlərin əlindən aldıqları avtomat silahlarla (görəsən bu nə qəribə xüsusi təyinatlı əsgərlərdir belə?) təzyiq göstərmişlər. Əsgərlərin də həyatı təhlükə altında olduğu üçün onlar atəş açmağa məcbur qalmuşlar. Altı nəfər də əsgər müxtəlif dərəcəli yaralar almışlar”. Yazıqlar! Bir məqamı da xatırlatmaq yerinə düşər ki, müəllif öz məqaləsində gətirdiyi bütün “faktları” İsrail rejiminin mətbuatına istinadən verməyə üstünlük verib. Müəllif məqalənin sonunda ritorik hesab etdiyi bir sual da verir: “Görəsən hüquq müdafiəçiləri gözlədikləri effekti ala bildilərmi?”. Belə! Nə az, nə çox! Necə deyərlər, şərhə ehtiyac yoxdur!

Комментариев нет:

Отправить комментарий