Страницы

13.01.2017

TÜRKLƏR, RƏDD OLUN AZƏRBAYCANDAN!!!

Dövlət Neft Şirkətində çalışan yerli əhaliyə qarşı böyük ayrı-seçkilik vardır. Belə ki, eyni işi görən əcnəbiyə 8 dollar, yerliyə 2,42 isə manat verilir. Türkiyədən gətirdikləri işçilər hotellərdə qalır və hər cür xidməti havayı alırlar; ayda da onlara azından 2-3 min dollar məvacib verilir. Həm də türkiyəlilər Azərbaycanda yüksək məvaciblə çalışsalar da, əsas maaşları öz ölkələrində onların bank hesabına köçürülür. Əmək haqqının əsas hissəsini orada alır, vergi, sosial ödəniş də öz ölkəsinə gedir. Pulun yalnız cüzi bir hissəsi onlara Bakıda verilir. Misal üçün, 2500-3000 dollar maaş alırsa, uzaqbaşı onun 500 dolları burada ödənir, yerdə qalan Türkiyədəki hesaba yatırılır. Çoxunun da işi-gücü ancaq yerli fəhlələrə göstəriş verməkdən başqa uzağa getmir. Məsələn, elektrik mühəndisi adı ilə çalışır, amma elektrik mühəndisliyi sahəsində heç təhsili olmur. Onlara sadəcə deyirlər ki, "Azərbaycana getmək lazımdır". Burada şirkətlərin vergi siyasəti də var; Azərbaycanda qazanıb, xeyiri öz ölkələrinə verirlər. Onlara gündə bir neçə dəfə yemək verilir, kampda paltarlarının təmizlənməsindən tutmuş, kinoteatr xidmətinə qədər hər cür xidmət göstərilir. Eyni işi görən xarici işçi ilə yerlinin məvacibi arasında fərq 3-4 dəfədir. Azərbaycanlı fəhlələr artıq gəlir əldə etmək üçün məcbur qalıb istirahət günləri də işləyirlər. Bununla yanaşı, onlara qrafik üzrə 7 ayda görülməli işləri 2-3 aya gördürürlər.

Комментариев нет:

Отправить комментарий