Страницы

16.02.2017

Bəs onların milliyətini niyə araşdırmırsınız?

Leyla Elxanlı

Bu haqq-hesabı mənə hörmətli Tunay Əliyeva danışmışdı. Yazım siz də bilin. 
Deməli 2000-ci illərin əvvəllərində QHT-lərin təzə moda düşdüyü vaxtlarda Helsinki Vətəndaş Assambleyasının Bakıdakı nümayəndəsi Arzu Abdullayeva, SDM rəhbəri Leyla Yunusova və Novella Cəfərova (onun QHT-sinin adını unutmuşam, səhv etmirəmsə İRHM idi) və Səidə Qocamanlı bir-birinə sən ermənisən, erməniyə işləyirsən deyibən ikidə bir saçyolduya çıxırmışdılar. "Yeni müsavat" qazeti də böyük məmnuniyyətlə bu saçyoldu səhnələrini tirajlayırdı. Sonra nə oldusa, bir ara səsləri kəsildi, başları qarışdı xarici təşkilatlardan aldıqları QRANTları xımır-xımır yeməyə. 
Erməni də yaddan çıxdı, müsəlman da!..
Elə özləri də hansının erməni, hansının müsəlman olduğunu unutdular. Əşşi, nələrinə lazım idi- əsas müftə pullardı, o da QRANT adı ilə gəlirdi... Vəssalam... Ye, gəz xarici ölkələri, kef elə, erməninin də, müsəlmanın da... düüütt... (sitatın sonu). 
İndi yazacaqlarım öz fikirlərimdir.
Azərbaycanın "orta tarixi"nə nəzər salsaq, "sən ermənisən", "erməniyə işləyirsən" söhbətlərindən zərər çəkən, yəni həbsdə yatan təkcə Leyla Yunusova oldu. Daha sonra Xədicə İsmayılı da oraya qatdılar (bu başqa mövzudur təbii ki).
Əlqərəz gələk ən yeni tarixə. Ötən həftə nə vaxtsa Azərbaycan vətəndaşı olmuş bir nəfər kefi istəyib gedib Ermənistandan vətəndaşlıq istəyib. Hə noolsun?? Nə vay nöhsə salmısız? Nə özünüzə əl qatmısız? Elə keçən il- inişil Ermənistandan Bakıya gətirilib, sığınacaq verilib, üstəlik üçüncü ölkəyə ötürülən Vaan Martirosyan və ailəsini unutmusuz?! Nə tez!
On-on iki il əvvəl Leyla Yunusa ermənipərəstsən deyən Novella Cəfəroğlu xanım erməniləri duz-buz kimi yalayırdı. Evinə aparıb çimizdirib yedirzdirəndə, març-murç öpüşlərlə şəkillərini paylaşanda niyə Novellanın əcdadlarını araşdırmadınız? Novella burdan Ermənistana haça-paça olur, erməni qadınların hüquqlarını müdafiə etməyə çalışır, amma milliyyətcə LƏZGİ olan Azərbaycan vətəndaşı bir xanım Novellanın İçərişəhərdəki ofisinə qədər gedir, onun "hüquqlarımı müdafiə edin" xahişinə Novella 500 manat qiymət oxuyur, "sənin şikayətini imzalayıb baş prokurorluğa göndərirəm" deyib aldadır- bəs onda nitə belə sərt reaksiya verib Novella Cəfəroğlunun millətini araşdırmadınız?!
İndi nə düşmüsüz ortalığa, bineyi qədimdən Azərbaycanda yaşayan qosqoca millətin adını hallandırmağa hamilə qalmısız?..
Bir ay əvvəl erməniləri Bakıya gətirib evlə, işlə təmin edənlərin, mətbuatda şirin-şirin reklam edənlərin millətini niyə araşdırmısız? Niyə? Araşdırın dəə!
Hansısa vətəndaş bezib başqa ölkədən sığınacaq istəyirsə, bunun mənsub olduğu millətə nə dəxli var?! Almaniyaya axışan azərbaycanlıların da belə araşdırılmasına razısız?!..
P.S. İlyarımdır DALlarındakı pazlı iqtisadi böhrandan tükü tərpənməyən camaatın, "yerə quyruqlu asteroid yaxınlaşır"xəbərindən əndişələnməsi kimi gülünc bir vəziyyət yəni.

https://www.facebook.com/permalink.php?story_fbid=1782443955408595&id=100009290242473

Комментариев нет:

Отправить комментарий